Azərbaycan dövlətçiliyində
Şah Təhmasib mərhələsi
(Mehman Süleymanovun “Səfəvilər
– Şah Təhmasib “ əsəri haqqında)
Müstəqilliyini yenidən əldə
etmiş ölkəmizdə milli dövlət quruculuğunun
memarı və rəhbəri, xalqımızın ulu öndəri
Heydər Əliyev tariximizin, o cümlədən Azərbaycan
Səfəvilər dövlətinin tarixinin hərtərəfli
tədqiq edilməsinə və dərindən öyrənilməsinə
böyük əhəmiyyət verirdi və bunu tarixçilərimizə
tövsiyə edirdi. Müstəqillik illərində ölkəmizdə
bu sahədə bir sıra əsaslı elmi tədqiqatlar
aparılmış, uzaq və yaxın tariximizin qatı
açılmamış səhifələrinə işıq
salınmış, müxtəlif ölkələrdən əldə
edilmiş tarixi mənbələr və arxiv sənədləri
əsasında tariximizin tədqiqata cəlb edilməmiş, ya
da özgə tarixçı-lər tərəfindən qərəzli
şəkildə saxtalaşdırılmış bir sıra
məsələləri yenidən, obyektiv şəkildə
araşdırılmışdır.
Bu günlərdə tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanovun Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Şah Təhmasib haqqında ikicildlik monoqrafiyasının birinci kitabı çap olunmuşdur. “Maarif” nəşriyatında çap edilən bu irihəcmli monoqrafiya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə elmi əməkdaşlığının nəticəsi kimi ərsəyə gəlmişdir. Kitabın baş elmi məsləhətçiləri general-leytenant Heydər Piriyev və AMEA həqiqi üzvü, Əməkdar elm xadimi Yaqub Mahmudov, redaktorları tarix elmləri doktorları Tofiq Nəcəfli, Eynulla Mədətli və Səməd Bayramzadədir.
Bu əsərdə Azərbaycan
tarix-şünaslığında ilk dəfə
Şah Təhmasibin həyatı, dövlətçilik
fəaliyyəti, Azərbaycan xalqının ictimai,
mədəni, ədəbi fikrinin
inkişafı sahəsindəki misilsiz fəaliyyəti
ilkin mənbələr əsasında geniş və əhatəli tədqiqatın obyekti olmuşdur. Qeyd edilməlidir ki, M.Süleymanov
uzun müddətdir ki,
Səfəvilə-rin tarixi ilə
bağlı araşdırmalar aparır və onun
Şeyx Səfiəddin Ərdəbili və
Şah İsmayıl haqqında bundan əvvəlki samballı tədqiqatları
elmi ictimaiyyətimiz tərəfindən maraqla qarşılanmışdı. Onun bu yeni
tədqiqatı da Şah İsmayıl ənənələrinin
layiqli davamçısı olan və onun əsasını
qoyduğu Səfəvilər dövlətini
öz inkişafının yeni səviyyəsinə qaldıran Şah Təhmasib haqqında elmi
fikirdə mövcud olan
boşluğun aradan
qaldırılması üçün dəyərli
bir addımdır.
Şah Təhmasibin hakimiyyəti
Əsərdə xüsusi qeyd edilir ki, Şah Təhmasib Azərbaycan tarixində ən uzun müddət hakimiyyət başında olmuş hökmdardır. 1524-cü ildə Səfəvi dövlətinin şahı elan ediləndə Şah Təhmasibin cəmi on yaşı var idi. Bu baxımdan o hətta atası Şah İsmayıldan da daha erkən taxt-tac sahibi elan edilmişdi. Amma Şah İsmayıldan fərqli olaraq Şah Təhmasib ona miras olaraq ötürülmüş hazır hakimiyyətə sahib olmuşdu. Onun hakimiyyət müddəti haqqında İsgəndər bəy Münşinin “Tarix-i aləmara-yi Abbasi” əsərində belə bir məlumat vardır ki, Şah Təhmasib 64 il bir ay 25 gün ömür sürmüş və 53 il altı ay 26 gün şahlıq etmişdi. Bu tarix hicri-qəməri təqvimi əsasında verilmişdir. Miladi təqvimlə isə Şah Təhmasib 62 il səkkiz ay yarım həyat sürmüş (1514-1576) və 52 il hakimiyyət başında olmuşdu.
Təhmasib Şah İsmayılın həm böyük, həm də sevimli oğlu idi. Ağır xəstəlik yatağına düşəndə Şah İsmayıl həyata göz yummasından əvvəl həm Səfəvi taxt-tacını, həm də Səfəvi təriqətinə mürşidi-kamilliyi Təhmasibə vəsiyyət etdi. Şah İsmayıl onun yatağı ətrafına toplanmış əmirlərinə də bildirdi ki, hakimiyyətin Təhmasibə verilməsi yalnız onun özünün istəyi deyil, həm də Əmir əl-möminin Həzrət Əlinin yuxuda ona verdiyi tövsiyədir. Şah İsmayılın hökmünə əsasən, tanınmış qızılbaş əmirlərindən olan Div Sultan da Təhmasibin lələsi təyin olundu və Şah Təhmasib həddi-büluğa çatana kimi hakimiyyətin onun adından idarə edilməsi Div Sultana tapşırıldı.
Amma çox tezliklə səltənət idarəçiliyində yüksək vəzifə tutmuş tanınmış qızılbaş əmirləri arasında daha böyük nüfuz əldə edilməsi üçün silahlı qarşıdurma baş verdi. Bu qarşıdurma itkilər-siz ötüşmədi və hətta Şah Təhmasibin lələsi olan Div Sultan da həlak oldu. Həmin hadisə 1527-ci ildə baş vermişdi. Bu zaman Şah Təhmasibin 13 yaşı var idi və səltənətin dayaqları olan qızılbaş əmirləri arasındakı qanlı qarşıdurma onu heç də sarsıtmadı. Əksinə, bu hadisələrdən sonra Şah Təhmasib hakimiyyət səlahiyyətlərini bütünlüklə öz əlində cəmləşdirdi və Səfəvi mərkəzi hakimiyyətini zəiflətməyə çalışan əmirlərə ciddi zərbə vurdu.
1528-ci ildə Şah Təhmasib Səfəvi torpaqlarına girmiş özbək qoşunlarına qarşı döyüşmək üçün özü 30 minlik qoşunla səltənətin şərqinə doğru hərəkətə başladı. Mənbələrdə olan məlumata görə, Şah Təhmasibin yollandığı bu döyüşdə özbək qoşunlarının sayı 100 min nəfərdən az deyildi. Səfəvi qoşunlarının sayca az olmasını özbək xanları da bilirdilər və ona görə də qələbəni asanlıqla əldə edəcəklərini güman edirdilər. Lakin Şah Təhmasib bu döyüşdə inanılmaz təpər, qətiyyət və təşəbbüskarlıq göstərdi, ilkin döyüslərin uğurlarından arxayınlaşmış özbək qoşunlarının üzərinə ildırım kimi şığıdı və özbək xanlarının təsəvvür edə bilməyəcəyi bir qələbə əldə etdi. Beləliklə, 13 yaşından başlayaraq Şah Təhmasib yaşına uyğun olmayan bir müdriklik və məharət nümayiş etdirə bildi, Şah İsmayıldan miras qalmış səltənət bayrağını daha da yüksəklərə qaldırdı.
Şah Təhmasib hüdudsuz səlahiyyətlərə malik idi, səltənətin və dövlətin taleyi onun iradəsi ilə müəyyyənləşirdi. Mənbələrdə onun adının qarşısında çox müxtəlif titul və ləqəblər sadalanmışdır: xilafətin pənahı, ədalətin təminatçısı, aləmlərin şahı, dünya qüdrətli şah, cahan padşahı, İsgəndər bənzəri və s. Şah Təhmasibə verilmiş titullardan biri də Xaqani sahibqəran (dünya sahibi) idi. Şah Təhmasibdən əvvəl dünyanın yalnız üç əzəmətli hökmdarı bu titula layiq görülmüşdü: İsgəndər Zülqərneyn, Çingiz xan və Əmir Teymur.
Şah Təhmasib 1555-ci ildə dövlətin paytaxtım Təbrizdən Qəzvinə köçürdü. Bu, paytaxtın təhlükəsiuzliyinin təmin edilməsi ilə bağlı idi. Osmanlı qoşunları həm Şah İsmayılın dövründə, həm də bir neçə dəfə onun dövründə hücum edib Təbrizi tutmuşdular. Belə təhlükə ilə qarşılaşmamaq üçün Şah Təhmasib paytaxtı Qəzvinə köçürmək məcburiyyətində qaldı. Qəzvin də Azərbaycan şəhəri idi və əhalisi də Azərbaycan türklərindən ibarət idi.
Şah Təhmasibin tarixi xidmətlərindən biri də Azərbaycanın şimalının tam itaətə gətirilməsi idi. Məlum olduğu kimi, Şah İsmayılın vaxtında Şirvan şahlığı Səfəvilər dövlətinə birləşdirilmişdi da bu vilayət hələ nisbi müstəqilliyini saxlayırdı. Lakin Şirvan hakimləri Osmanlılarla sövdələşmələrə gedəndə Şah Təhmasib bu ənənəvi hakimiyyətə son qoydu və Şirvanı birbaşa mərkəzə tabe edərək qardaşı Elqas Mirzəni ora hakim təyin etdi. Amma bir müddət sonra qardaşı orada qiyam qaldırdı və Səfəvilərdən qopmağa çalışdı. Şah Təhmasib buna imkan vermədi və Şah İsmayılın bacısı oğlu Abdulla xanı Şirvana hakim təyin etdi və itaətsizliyə həmişəlik son qoydu.
İran səfəvişünaslığında, xüsusən də fars müəlliflərinin əsərlərində Şah Təhmasibin şəxsiyyəti ilə bağlı çoxlu sayda qərəzli və qısqanc fikirlərlə də müəllif öz elmi münasibətini bildirmişdir. Bu fikirlər əsasən, Şah Təhmasibin soykökü ilə əlaqədar idi. Çünki o da ata-babasının ənənələrini davam etdirərək türk mənsubiyyətinə, türk dilinə hər zaman önəm verir, dövlətin qurucusu olan Azərbaycan türklərinə arxalanırdı.
Qeyd etmək lazımdır ki, Şah Təhmasib Azərbaycan tarixşü-naslığında Səfəvilər kontekstində müxtəsər olaraq tədqiq olunub, tanınmış tədqiqatçı və tarixi romanlar müəllifi Yunus Oğuzun eyni adli romanı nəşr edilib, lakin aləmlərin şahı, dünya qüdrətli şah, cahan padşahı, İsgəndər bənzəri və s. Şah Təhmasibə verilmiş titullardan biri də Xaqani sahibqəran (dünya sahibi) idi. Şah Təhmasibdən əvvəl dünyanın yalnız üç əzəmətli hökmdarı bu titula layiq görülmüşdü: İsgəndər Zülqərneyn, Çingiz xan və Əmir Teymur.
Şah Təhmasib 1555-ci ildə dövlətin paytaxtım Təbrizdən Qəzvinə köçürdü. Bu, paytaxtın təhlükəsiuzliyinin təmin edilməsi ilə bağlı idi. Osmanlı qoşunları həm Şah İsmayılın dövründə, həm də bir neçə dəfə onun dövründə hücum edib Təbrizi tutmuşdular. Belə təhlükə ilə qarşılaşmamaq üçün Şah Təhmasib paytaxtı Qəzvinə köçürmək məcburiyyətində qaldı. Qəzvin də Azərbaycan şəhəri idi və əhalisi də Azərbaycan türklərindən ibarət idi.
Şah Təhmasibin tarixi xidmətlərindən biri də Azərbaycanın şimalının tam itaətə gətirilməsi idi. Məlum olduğu kimi, Şah İsmayılın vaxtında Şirvan şahlığı Səfəvilər dövlətinə birləşdirilmişdi da bu vilayət hələ nisbi müstəqilliyini saxlayırdı. Lakin Şirvan hakimləri Osmanlılarla sövdələşmələrə gedəndə Şah Təhmasib bu ənənəvi hakimiyyətə son qoydu və Şirvanı birbaşa mərkəzə tabe edərək qardaşı Elqas Mirzəni ora hakim təyin etdi. Amma bir müddət sonra qardaşı orada qiyam qaldırdı və Səfəvilərdən qopmağa çalışdı. Şah Təhmasib buna imkan vermədi və Şah İsmayılın bacısı oğlu Abdulla xanı Şirvana hakim təyin etdi və itaət-sizliyə həmişəlik son qoydu.
İran səfəvişünaslığında, xüsusən də fars müəlliflərinin əsərlərində Şah Təhmasibin şəxsiyyəti ilə bağlı çoxlu sayda qərəzli və qısqanc fikirlərlə də müəllif öz elmi münasibətini bildirmişdir. Bu fikirlər əsasən, Şah Təhmasibin soykökü ilə əlaqədar idi. Çünki o da ata-babasının ənənələrini davam etdirərək türk mənsubiyyətinə, türk dilinə hər zaman önəm verir, dövlətin qurucusu olan Azərbaycan türklərinə arxalanırdı.
Qeyd etmək lazımdır ki, Şah Təhmasib Azərbaycan tarixşü-naslığında Səfəvilər kontekstində müxtəsər olaraq tədqiq olunub, tanınmış tədqiqatçı və tarixi romanlar müəllifi Yunus Oğuzun eyni adli romanı nəşr edilib, lakin onun haqqında ayrıca elmi əsər ilk dəfədir ki, yazılmışdır. Əlbəttə, İranda Şah Təhmasib barəsində fars dilində kitab və məqalələr çap olunub. Ancaq farslar bu türk hökmdarına qısqanclıqla yanaşırlar, onun dövlətçilik fəaliyyətinə kölgə salır, səxsiyyətini alçaltmaq üçün ən müxtəlif bəhanələrə əl atırlar. Şahın türk dilinə xüsusi fikir verməsi, dövlətçilik işində və hərbdə türk tayfalarına arxalanması, gənc yaşlarında tövbə edərək sağlam həyat tərzini seçməsi, övladlarına Şah İsmayıldan fərqli olaraq qədim fars hökmdarlarının adlarını verməməsi kimi hərəkətləri fars millətçiliyi mövqeyində duran tədqiqatçıları belə mövqe sərgiləməyə sövq etmişdir.
Müəllif haqlı olaraq vurğulayır ki, Şah Təhmasibin hakimiyyəti illərində Səfəvi dövləti daha da gücləndi, idarəçilik sistemi daha da möhkəmləndi. Bu idarəçilik sistemi dövrün məhdudiyyətlərindən xali olmasa da, Şah Təhmasib onun etibarlılığını daha da artırdı. Böyük vilayətlərin hakimliyi şah ailəsinin üzvlərinə verilsə də, Şah Təhmasibin özünün də etiraf etdiyi kimi, “elm, fəzilət, hüsn-xətt, inşada, ədəb qaydaları, adət və qayda-qanunları bilməkdə bərabəri olmayanlar” ən yüksək vəzifələrə layiq görülürdülər. Bu vəzifə sahiblərinin fəaliyyətini Şah Təhmasib həmişə nəzarət altında saxlayırdı ki, “məbada, Allah eləməmiş, bir balaca səhv edib təqsirkar olsalar, şiddətli surətdə cəzalandırılsınlar”.
M. Süleymanov haqlı olaraq belə nəticəyə gəlir ki, Şah Təhmasib bütün fəaliyyəti ilə şah obrazını və
standartlarını daha da
təkmilləşdirdi və bütövləşdirdi, yetkin bir dövlətçilik
təfəkkürü formalaşdırdı.
Şah Təhmasib Ayinnaməsi
Şah
Təhmasib Azərbaycanın tək-tək
hökmdarlarındandır ki, öz idarəçiliyini
yalnız saray ənənələri üzərində
qurmamışdı, eyni zamanda bu idarəçiliyin, indiki
ifadə ilə desək, hüquqi-normatıv bazasını
yaratmışdı. Bu mənada onun hazırladığı
və dövlət idarəçiliyində rəhbər
tutduğu Ayinnaməsi tarixi əhəmiyyət kəsb edir.
Onun özünün də qeyd etdiyi kimi, bu Ayinnamə səltənət
idarəçiliyində yer tutmuş “ali rütbəli
qardaşlar və övladlara, bəylərbəylə-rə,
valilərə, xüləfalara, sərdarlara, əmirlərə,
böyük xanlara, digər mənsəb sahiblərinə və
vəzirlərə, müstövfilərə, zabitlərə,
böyük kiçik adamlara, qala kutvallarma, el
ağsaqqallarına, kələntərlərə, kətxudalra,
yol sahiblərinə, şah sarayının xidmətçilərinə,
nahiyyələrin və ərazi vahidlərinin hakimlərinə”
ünvanlanmışdı. Şah Təhmasib bu vəzifə mənsublarına
tapşırırdı ki, onun tərtib etdiyi ayinlərin
icrasından bir tük qədərincə də sapmasınlar
və fəaliyyətlərində Allah rizasına
arxalansınlar.
Şah Təhmasib Ayinnaməsi 70 bənddən ibarətdir və bu ayinlərdə səltənətin idarə edilməsi qaydaları öz əksini tapmışdı. Diqqətəlayiqdir ki, M.Süleymanov tərəfindən həmin ayinlər tərcümə edilərək monoqrafiyaya daxil edilmişdir. Burada həmin ayinlərdən bir neçəsini oxuculara da təqdim edirik. Vəzifə mənsublarına müraciətlə Şah Təhmasib öz ayinlərində belə tələb edirdi:
- İş və fəaliyyət zamanı səbir və hövsələ nümayiş etdirilsin, çoxsaylı əyanların və ərbabların yalan və yaltaqlıqlarına yol verilməsin, qohumluq, düşmənçilik, dostluq, yadlıq nəzərə alınmadan hamının işi xoşluqla və ürək rahatlığı ilə sona çatdırılsın;
- Öz fəaliyyətində yalnız özünə arxayın olmasın, bilikli adamlarla da məsləhətləşməyi özünə yol seçsin. Belələri gəlməsə və məşvərət verməsələr, onda nadanlardan ibrət götürülsün;
- İnsanların təqsirləri, günahları ədalətli şəkildə haqq-hesab edilsin, onların hər biri əməlinə görə qiymətləndirilsin, hər birinə ədalət gözü ilə baxılsın, bu qrup adamlara düzgün yanaşılsın;
- Yolunu azanlar nəsihətlə, xoş münasibətlə, davamlı olan yaxşılıqlarla düz yola istiqamətləndirilsinlər. Əgər nəsihət və tədbirlər nəticə verməsə, onda onun həbsi, cəzalandırılması tö-rətiyi əməllərə görə olsun. Edam etmək hünər sayılmasın, mümkün qədər səbr nümayiş etdirilsin;
- Qəzəblənən zaman ağıl əldən verilməsin, ehtiyatla və səbirlə iş görülsün;
- Ucuzluq zamanı imkan verilməsin ki, bəzi dəllallar dövlətin icazəsi olmadan tamah məqsədi ilə malları alıb anbarlara yığsınlar, sonra da onu baha satmağa başlasınlar;
Ayinnamənin 65-66-cı bəndlərində Şah Təhmasibin yetim uşaqlarla bağlı tələbləri belə əks olunmuşdu:
- Əgər səltənətin hər hansı bir şəhərində və kəndində bir yetim uşaq qalmış olsa və onun bir qohumu olmasa onun tərbiyəsi təmin edilsin. Əgər o, kiçikdirsə ona dayə təyin olunsun və uşaq dayəyə tapşırılsın ki, o da uşağı tərbiyə etsin. Yuxarı yaşa çatanda oğlan uşağı üçün bir əməli saleh müəllim, qız uşağı üçün isə ismətli dul qadın müəllim təyin edilsin, yetimlər onlara tapşırılsın, onların təlim-tərbiyəsi aparıl-sın. Oğlan uşağı münasib sənət və peşə öyrənmək istəsə gündüz bu işlə məşğul olub gecə müəlliminin yanına gəlsin. Həddi-bülu-ğa çatanda isə oğlan uşağı bir xanımla nikah edilsin. Hər ilin novruzunda uşağa və onun müəlliminə iki dəst təzə paltar, qışın başlanğıcında isə bir dəst qış paltarı verilsin;
- Onların (yetim
uşaqların) toyu zamanı həyat
ehtiyaclarının ödənməsi üçün
hər şey ali divan hesabına ödənsin - yetim
uşaqların sayı bir nəfər də
olsa, yüz nəfər
də olsa. Ona görə
də hər bir şəhərin kələntəri
və hakimləri deyiləni icra edib hər il onların (yetim uşaqların) adlarını saraya təqdim etsinlər;
Eynulla Mədətli
AMEA Fəlsəfə
İnstitutunun elmi
işlər üzrə
direktor müavini, tarix elmləri
doktoru
Ardı var
İki sahil.- 2020.- 19 may.- S.13.