AHİK-də Türkiyənin aparıcı
ictimai təşkilatlarının
rəhbərləri ilə
görüş keçirilib
Noyabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında
(AHİK) qurumun sədri,
Milli Məclisin deputatı Səttar Möhbalıyevin Türkiyənin
aparıcı ictimai təşkilatlarının rəhbərləri
ilə görüşü
keçirilib.
AZƏRTAC xəbər
verir ki, görüşdə İşçi
Həmkarlar İttifaqları
Təşkilatları Konfederasiyası
(TÜRK-İŞ), İşçilərin
Həmkarlar İttifaqları
Təşkilatları Konfederasiyası
(HAK-İŞ), İşəgötürənlər
Həmkarlar İttifaqları
Təşkilatları Konfeederasiyası
(TİSK), İctimai İşçilərin
Həmkarlar İttifaqları
Təşkilatları Konfederasiyası
(T. KAMU-SEN), Dövlət
Qulluqçuları Həmkarlar
İttifaqları Təşkilatları
Konfederasiyasının (MEMUR-SEN) rəhbərləri iştirak
ediblər.
S.Möhbalıyev bildirib ki, sentyabrın
27-dən başlayaraq Ermənistan
silahlı qüvvələrinin
bütün cəbhəboyu
hücuma keçməsi
ilə əlaqədar
Azərbaycan Silahlı
Qüvvələri əks-hücum
əməliyyatına başlayıb.
Ermənistan silahlı
qüvvələrindən fərqli
olaraq Azərbaycan Ordusu yalnız qarşı tərəfin
atəş nöqtələrini
susdurmaqdadır. Nəticədə işğal olunmuş ərazilərimizin bir hissəsi, o cümlədən
4 şəhər, 3 qəsəbə,
200-ə yaxın kənd
işğalçılardan azad edilib, strateji
əhəmiyyət kəsb
edən bir sıra yüksəkliklər
ordumuzun nəzarətinə
keçib. AHİK sədri
Azərbaycanın haqq
savaşına tərəddüdsüz
dəstəyə görə
bütün Türkiyə
xalqına minnətdarlıq
edib, qardaşlığımızın
dönməz və əbədi olduğunu bildirib.
S.Möhbalıyev qeyd edib ki,
Ermənistan atəşkəsi
pozaraq Azərbaycanın
dinc əhalisinə qarşı qadağan olunmuş silahlar istifadə edirlər. Erməni faşistlərinin həyata
keçirdikləri bu
cinayət əməlləri
nəticəsində yalnız
dinc əhali zərər çəkir.
4, 11 və 17 oktyabr tarixlərində cəbhə
xəttindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə
qadağan olunmuş raketlərdən atəş
açmaqla, 10 qadın,
6 uşaq olmaqla
26 nəfər qətlə
yetirilib. Eyni zamanda, 27-28 oktyabr tarixlərində Bərdə
şəhərinə erməni
vandalları tərəfindən
edilən hücum nəticəsində də
26 nəfər mülki
şəxs həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb. Hər iki şəhərdə yerləşən mülki
infrastruktur obyektləri,
çoxmənzilli yaşayış
binaları, şəxsi
evlər və nəqliyyat vasitələri
xeyli ziyan çəkib. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin
Tərtər, Ağcabədi,
Goranboy, Naftalan, Ağdam, Göygöl rayonlarına endirilən raket zərbələri nəticəsində də
mülki şəxslər
həlak olmaqla yanaşı, onların şəxsi əmlakları,
o cümlədən yaşayış
evləri və digər əmlakları xeyli zərər
görüb. Törədilən
vəhşiliklər 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulması,
dinc əhaliyə qarşı Ermənistanın
XX əsrin əvvəllərindən
Azərbaycan xalqına
qarşı başlatdığı
soyqırımı siyasətinin
davam etdirilməsinin sübutudur. Ermənistan rəhbərliyinin cəbhə
xəttindən uzaqda yerləşən və heç bir hərbi obyekt olmayan əraziləri atəşə tutmaqda əsas məqsədləri
həmin ərazilərdə
yaşayan əhali içərisində təşviş
yaratmaqdır. Lakin onlar unudurlar ki, hazırkı Azərbaycan keçən
əsrin 90-cı illərdə
müstəqilliyini yenicə
qazanmış Azərbaycan
deyil.
Bu gün
Azərbaycan Prezidenti,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi güclü Azərbaycan var. Bununla yanaşı,
ermənilər bu gün davam edən əməliyyatlara
üçüncü tərəfi
də cəlb etmək məqsədini güdürlər. Lakin onlar unudurlar ki, bu gün
Azərbaycanın yanında
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan olmaqla bütün Türkiyə
dayanıb. Təbii ki, Ermənistan hansı məqsədləri
güdməsindən asılı
olmayaraq onların silahlı qüvvələri
Azərbaycan Ordusu qarşısında diz çöküb. Ermənistan Azərbaycana
qarşı törətdikləri
bütün əməllərə
cavab verməli olacaq. İnanırıq ki, yaxın vaxtlarda müzəffər
ordumuz Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Şuşa və Xankəndi də daxil olmaqla
keçmiş Dağlıq
Qarabağ vilayətinin bütün yaşayış məntəqələrində
Azərbaycan bayrağını
dalğalandıracaq.
Daha sonra
çıxış edən
qonaqlar bildiriblər ki, dünya ictimaiyyətinə də məlumdur ki, ermənilərin atdıqları
bütün addımlar
məqsədli xarakter
daşıyır. Onların
özləri də bilirlər ki, mülki əhaliyə qarşı ballistik raketlərdən, kasetli bombalardan, qadağan olunmuş silahlardan istifadə cinayətdir. Ermənilərin insanlığa
qarşı cinayət
və humanitar hüququn pozulması ilə bağlı Ermənistan hökumətini
idarə edən və bu qərarları
verən şəxslərin
məsuliyyətə cəlb
edilməsi təmin edilməlidir. Türkiyənin
hər zaman Azərbaycanın yanında
olduğunu deyən qonaqlar bu haqq
savaşında daim qardaş ölkəni dəstəkləyəcəyini qeyd ediblər.
İki sahil.- 2020.- 3 noyabr.- S.21.