Dağ yəhudiləri
Azərbaycan xalqının
yanındadır
Uzun zamanlardan
bəri Azərbaycanda
ölkənin milli palitrasına xüsusi rəng qatan dağ yəhudiləri yaşayır. Azərbaycan
və dağ yəhudisi xalqlarının
mədəniyyəti və
ənənələri uzun
müddətdir ki, sıx təmasdadır və bir-birini zənginləşdirir. Azərbaycanın
dağ yəhudilərinin
vətənpərvərliyi və sədaqəti zamanın sınağından
keçib və hətta ölkə xaricində də çox məşhurdur.
Dağ yəhudisi
xalqının mədəniyyətinin
qorunması və inkişafı ilə
2001-ci ildə yaradılmış
STMEGİ beynəlxalq xeyriyyə
fondu fəal məşğul olur. Fondun prezidenti German Zaxaryayevin təşəbbüsü ilə
4 il əvvəl Bakıda STMEGİ-Azərbaycan
Fondu təsis edilib. Strukturun Azərbaycandakı nümayəndəliyinə
Bakı dağ yəhudi icmasının liderlərindən biri, ictimai xadim Şaul
Davıdov rəhbərlik
edib. Fond dağ yəhudilərinin Bakı, Quba, Sumqayıt və digər yerlərdəki dini icmalarını, tədris müəssisələri
və mədəniyyət
təşkilatlarını fəal dəstəkləyir,
humanitar yardım paylayır, maarifləndirmə
işləri aparır.
Fondun fəaliyyətinin
vacib istiqaməti, həmçinin Azərbaycanın
İsraillə və digər dövlətlərlə
beynəlxalq əlaqələrinin
inkişafıdır.
Dağ yəhudiləri
bir ay əvvəl
başlamış Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı öz həmyerlilərinin
problemlərində kənarda
qalmayıb. Təəssüf
ki, aktiv döyüş əməliyyatları
bir neçə həftə davam edir və dinc
şəhər və
kəndlərdə çoxsaylı
qurbanlara səbəb olub. Azərbaycan xalqı öz ordusunun döyüş ruhunun dəstəkləmək
və zərərçəkənlərə
kömək göstərmək
üçün əlindən
gələn hər şeyi edir. STMEGİ-Azərbaycan Fondu da istisna olmayıb:
Fondun əməkdaşları
Bərdə və Gəncə şəhərlərində
döyüş əməliyyatlarında
zərər çəkmiş
şəxslərə humanitar
yardımın yollanmasın
təşkil edib. Bu aksiyanın reallaşırılmasında Azərbaycan-İsrail
Beynəlxalq Assosiasiyası
(Azİz) və onun sədri Vahid Bayramov fəal dəstək göstərib. Aksiya zamanı Fondun
nümayəndəsi İqor
Şaulov ümidvar olduğunu bildirib ki, təqdim olunan kömək faydalı olacaq və qeyd edib
ki, dağ yəhudiləri və onların simasında
STMEGİ-Azərbaycan Fondu
gələcəkdə də
qardaş Azərbaycan
xalqına dəstək
göstərməyə hazırdır
İki sahil.- 2020.- 6 noyabr.- S.14.