Erkən nigahla mübarizə

 

Milli Düşüncə Milli-Mənəvi Dəyərlərin Təbliğiİctimai Birliyi bu adda kitabça çap edib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilənErkən nigahla mübarizə istiqamətində tədbirlərin təşkililayihəsi çərçivəsində Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi əsasındaMilli Düşüncə Milli-Mənəvi Dəyərlərin Təbliğiİctimai Birliyinin çap etdiyiErkən nigahla mübarizəadlı kitabça sosial problem kimi hazırda nəinki dünyada, o cümlədən ölkəmizdə aktuallıq kəsb edən erkən yaşda nigahayoxdemək üçün maarifləndirmə işinin gücləndirilməsinə böyük töhfədir.

Adından da göründüyü kimi, İctimai Birlik milli-mənəvi dəyərlərin təbliğini, onların qorunmasını inkişaf etdirilməsini əsas hədəf kimi qarşıya qoyub. Bu fakt inkaredilməzdir ki, hər bir xalqı dünyada tanıdan onun mədəniyyəti, elmi milli-mənəvi dəyərləridir. Tarixin hər bir dövründə ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması onun gələcək nəsillərə çatdırılması aktual olub. Milli-mənəvi dəyərlər sistemində ailənin rolu daim yüksək qiymətləndirilir, ona ülvi müqəddəs dəyərlərin tərənnümçüsü kimi baxılır, milli genefondun saflığının qorunmasında ailəyə böyük önəm verilir. Ölkəmizdə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti bunun bariz nümunəsidir.

KitabçanınÖn söz”ündə bu kimi məqamlar geniş şəkildə oxucu auditoriyasına çatdırılır. Qeyd edilir ki, ölkənin inkişaf səviyyəsini, sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafını digər məsələləri özündə əks etdirən erkən nigahla bağlı ayrı-ayrı dövlətlər, təşkilatlar öz narahatlıqlarını ifadə edir, ailə institutunun, insan hüquqlarının müdafiəsi istiqamətində həm yerli, həm beynəlxalq səviyyədə müzakirələr aparır, qanunlar qəbul edirlər. Əsas çağırış bu yönümdə bütün ölkələrin səylərini daha da artırması, insanlığa yaraşmayan belə halların qarşısını almaq üçün imkanların birləşdirilməsidir.

Kitabçada erkən nigahların yaranmasında gender bərabərsizliyindən, erkən evliliklə mübarizə sahəsində həyata keçirilən Strategiyalardan, dünyada Azərbaycanda belə halları doğuran səbəblərdən qarşısının alınması yollarından, problemin həllini hüquqi, iqtisadi, təhsil, maarifləndirmə və sair kimi istiqamətlərdə aparmaqla məqbul nəticələr əldə etməyin mümkünlüyündən, respublika üzrə qırmızı, narıncı sarı xəttə daxil olan bölgələrdən, eyni zamanda, belə nigahların fəsadlarından bəhs olunur, tövsiyələr diqqətə çatdırılır. Bildirilir ki, “Ailə cəmiyyətin təməlidirprinsipindən çıxış edərək, həmçinin ailənin kiçik dövlət olaraq düzgün formalaşdırılmasının hər bir ölkənin inkişafında rolunu nəzərə alaraq kiçik yaşda evliliklərin qarşısının alınması, ailənin şüurlu ata analar tərəfindən yaradılması, uşaqların qorunması təmin edilməlidir. Tədqiqatlar göstərir ki, qızların təhsil səviyyəsi artdıqca erkən nigahların mövcudluq faizi azalır. Bu reallıq da xüsusi qeyd olunur ki, ölkəmizdə qadınların xoşbəxt yaşamaları, həyatda fəal mövqe tutmaları üçün hər cür şərait yaradılıb. Dövlətimiz öz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirməyi bacaran, fəal, güclü ailələrin formalaşması üçün çalışır. Bu istiqamətdə mütəmadi olaraq cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzinin təbliği istiqamətində ardıcıl işlər görülür. Erkən nikahın ailə zorakılığının ən ağır formalarından biri olduğu təbliğ edilir.

Bu günümüzün əsas çağırışlarından biri cəmiyyətin inkişafına öz mənfi təsirini göstərən erkən nigahların qarşısını almağa dəstək olmaqdır. Hər bir məsələnin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulması əsas amil kimi önə çəkilir. Düşünürük ki, “Milli Düşüncə Milli- Mənəvi Dəyərlərin Təbliğiİctimai Birliyinin çap etdiyiErkən nigahla mübarizəadlı kitabça ictimaiyyət arasında güclü təbliğat maarifləndirmə işlərinə öz töhfəsini verəcək. Məqsəd erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm insan psixologiyasına təhlükə yaratdığını böyük fəsadlara yol açdığını aşılamaqdır.

 

 İki sahil.- 2020.- 6 noyabr.- S.-17.

.