"Əl-Cəzirə"
kanalı ermənilərin
Füzuli şəhərində
törətdikləri vandalizmlə
bağlı reportaj
İşğaldan azad edilmiş Füzuli şəhərinə
səfər edərək
orada Ermənistanın
törətdiyi müharibə
cinayətlərinin ağır
fəsadları ilə
tanış olan xarici jurnalistlər
arasında "Əl-Cəzirə"
kanalının müxbiri
də olub.
Milli.Az
AZƏRTAC-a istinadən
bildirir ki, kanal ermənilərin Füzuli şəhərində
törətdikləri vəhşiliklərlə
bağlı reportaj yayımlayıb.
Reportajda qeyd edilir ki,
Füzuli 1993-cü ildə
Ermənistan silahlı
qüvvələri tərəfindən
işğal olunub və şəhər demək olar bütünlüklə xarabalığa
çevrilib. On milərlə
Füzuli sakini məcburi köçkünə
çevrilmişdi.
Reportajda Füzuli sakinlərinin bir neçəsinin fikirlərinə də yer verilib. Onlar evlərinin,
məscidlərinin ermənilər
tərəfindən dağıdıldığını
bildirirlər. Qeyd edilir
ki, Füzulidəki ən qədim binalardan biri də 100-dən çox yaşı olan teatr binası idi. İndi həmin
bina tanınmaz haldadır.
Reportajda
Ermənistanın Azərbaycana
qarşı ağ
fosfor tərkibli silahlardan istifadə etməsindən də bəhs olunur. Qeyd edilir ki, fosfor
tərkibli silah insan orqanizmində ciddi fəsadlar yaradan və istifadəsi qadağan edilmiş silahdır.
Azərbaycan rəsmiləri Ermənistanın
bu silahdan mülki əhaliyə qarşı istifadə etdiyini bildirib.
Diqqətə çatdırılır ki,
Füzulidəki Qorqan
postunda yeraltı bunkerlər və səngərlər yerləşib. Geri çəkilməyə məcbur
olan Ermənistan silahlı qüvvələri
silah-sursatlarını burada
qoyub.
Reportajda qeyd edilir ki,
Azərbaycan Prezidenti İlham Əliyev azad edilmiş ərazilərdə artıq
quruculuq işlərinə
başlanıldığını bildirib. Füzulidən Şuşaya çəkiləcək
yolun tikinti işlərinə başlanılıb.
Dövlət başçısı ermənilərin törətdikləri
əməllərə görə
beynəlxalq məhkəmələrdə
cavab verəcəklərini
qeyd edib.
Müxbir deyir ki, bu
şəhərdəki dağıntılara
baxanda burada vaxtilə on minlərlə
insanın yaşadığını
təsəvvürə gətirmək
çox çətindir. Bu gün həmin sakinlər öz rayonlarına qayıtmağa
hazırdırlar.
Süjetdə Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının
xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyevin fikirləri də yer alıb.
Prezidentin köməkçisi bildirib
ki, Ermənistan vandalizm və insanlığa qarşı
müharibə cinayəti
əməllərinə görə
məsuliyyət daşıyır. Bu ərazilərdə qiymətləndirmə
aparıldıqdan sonra
Azərbaycan müvafiq
beynəlxalq təsisatlara,
məhkəmələrə müraciət edəcək.
İki sahil.- 2020.- 21 noyabr.- S.8.