Pənahəli xanın nəslindən olan Martin Cavanşiri
Polşa Prezidentini Azərbaycanın ədalətli
mübarizəsini dəstəkləməyə
çağırıb
Azərbaycanın böyük maarifçisi
Cəlil Məmmədquluzadənin
və Qarabağ xanı Pənahəli xanın nəslinin nümayəndəsi Həmidə
xanım Cavanşirin nəticəsi, əslən
həm polyak, həm də azərbaycanlı olan Martin Cavanşiri Polşa Prezidentinə Azərbaycanın ədalətli
mübarizəsini
dəstəkləməyə çağıran məktub
ünvanlayıb.
Xatırladaq ki, Martin Cavanşiri
və Həmidə xanımın kötükcəsi
Pşemislav Cavanşiri
Polşanın Lodz şəhərində yaşayırlar.
AMEA-nın birinci
vitse-prezidenti İsa Həbibbəyli uzun illər apardığı
araşdırmalardan sonra
C.Məmmədquluzadənin davamçılarını tapıb.
2019-cu ildə Martin Cavanşiri İsa Həbibbəylinin təşəbbüsü
ilə Azərbaycana gəlib və ulu babası Cəlil Məmmədquluzadənin
həyat və yaradıcılığı ilə
tanış olub. O, həmçinin Azərbaycanın Polşadakı
səfirliyi ilə daim sıx əməkdaşlıq
edərək bütün
tədbirlərə qatılır.
İkinci Qarabağ müharibəsi
zamanı Martin Cavanşiri Polşa Respublikasının Prezidenti
Andjey Dudaya məktub yazaraq Ermənistanın Azərbaycana
hərbi təcavüzündən
və müharibə zamanı döyüş zonasından uzaqda yerləşən şəhərlərə,
dinc əhaliyə qarşı törətdikləri
cinayətlər haqqında
məlumat verib, Polşa Prezidentinin Azərbaycan xalqını
ədalətli mübarizəsində
dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Martin Cavanşirinin
Polşadakı səfirliyimizin
xətti ilə
AZƏRTAC-a daxil olan məktubunda deyilir:
"Mən əslən
həm polyakam, həm də azərbaycanlı. Mənim
babamın əsli Naxçıvandan, nənəm
isə Qarabağdandır.
Nənəm Həmidə
xanım Cavanşir sadəcə qarabağlı
deyil, Qarabağın xan nəslindəndir. Nənəmin babası Qarabağ xanı olub. Mən polyak olaraq nənəmin
xan babasının Cavanşir soyadını daşıyıram. Ulu babam Cəlil Məmmədquluzadə Azərbaycanın
görkəmli ictimai xadimi olub. Azərbaycanda
onun adını daşıyan şəhər
var, onun adı küçələrə
verilib, abidələri
ucaldılıb”.
Azərbaycan dilini bilmədiyini,
babası və nənəsindən fərqli
olaraq müsəlman deyil, xristian-katolik olduğunu, bu səbəbdən Azərbaycana
çox nigarançılıq
hissi ilə getdiyini qeyd edən Martin Cavanşiri yazır ki, Azərbaycanda polyaklara yüksək hörmət və məhəbbətin şahidi
olub. Orada Azərbaycanın müstəqilliyi
uğrunda canından keçmiş polyak Maçey Sulkeviçi unutmurlar. Mənə dedilər ki, Sizin də həm
Maçey Sulkeviçə,
həm də Polşa ordusunun əslən azərbaycanlı
olan polkovniki Vəli bəy Yadigara böyük hörmətiniz var. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə
onların şərəfinə
Varşavada abidə ucaldılıb. Polşanın
şəhər və
kəndlərində Azərbaycan-Polşa
dostluğunu tərənnüm
edən 30-dan çox
abidə qoyulub. Bu abidələri də Azərbaycan tərəfinin təşəbbüsü
ilə ucaldıblar.
Azərbaycanda çoxlu polyak izləri qorunur. Azərbaycanlılar Bakıda
əslən polyak olan Pavel Pototskinin
şəhərin mərkəzindəki
məzarını qardaşlıq
rəmzi olaraq ən əziz xatirə kimi qoruyurlar. Müsəlman şəhəri Bakıda
Katolik kilsəsi yerləşir. Orada mənə dedilər ki, böyük polyak II Yan Pavel
Bakıda olanda Heydər Əliyev ona bu torpağı
hədiyyə verib və orada Katolik
kilsəsinin tikintisinə
müsbət yanaşıb.
"Hörmətli cənab Prezident, mən Sizə sadəcə öz taleyimi deyil, təmsil etdiyim iki xalq, polyak
və Azərbaycan xalqlarını qardaşlaşdıran
məqamlardan danışdım.
Mənim nənəmin
vətəni Qarabağ
Ermənistan tərəfindən
zəbt olunub. BMT-nin Təhlükəsizlik Şurası Ermənistandan
tələb edib ki, o torpaqları azad etsin. Lakin
27 ildir ki, Ermənistan bunu etmir. Azərbaycan xalqı bu işi
özü etməyə
məcbur olub. Hansı xalq dözər ki, onun torpaqları yad əlində qalsın”, - deyə məktubda vurğulanır.
Martin Cavanşiri məktubunda
xatırladır ki, son günlərdə Qarabağda gedən döyüşlər zamanı
Ermənistan silahlı
qüvvələri mülki
yaşayış məntəqələrini
və cəbhə bölgəsindən uzaq olan Gəncə şəhərini atəşə
tutdular. Hər hansı bir qarşıdurmada hər iki tərəfdən mülki əhalinin çox əziyyət çəkdiyini başa düşürəm. Ancaq
unutmayaq ki, müharibə Azərbaycan
Respublikasının ərazisində
gedir və ən çox əziyyət çəkənlər
də onun mülki vətəndaşlarıdır.
Məktubda daha
sonra deyilir: "Az da olsa,
bəzən eşidilir
ki, polyaklar xristian olduqları üçün gərək
xristian-ermənilər tərəfində
dayanıb müsəlman
azərbaycanlılara qarşı
çıxsınlar. Düşünürəm
ki, bu, ancaq
məni deyil, milyonlarla namuslu polyakı narahat edir. Axı biz xalq olaraq
gərək ədalətin
tərəfində olaq”.
Martin Cavanşiri
Polşa Prezidentinə
məktubunu bu sözlərlə tamamlayır:
"İnanıram ki,
Siz Azərbaycan xalqının ədalətli
mübarizəsini dəstəkləyəcəksiniz”.
İki
sahil.- 2020.- 14 noyabr.- S.15