Laçın rayonunda yerləşən
abidələr erməni
vandalizminin qurbanı olub
Ermənistan
uzun illər ərzində işğal altında
saxladığı Dağlıq Qarabağ və ona bitişik
rayonların erməni torpaqları olması barədə iddiasını
əsaslandırmaq üçün bu ərazilərdə yerləşən
müxtəlif əsrlərə aid abidələrin
dağıdılaraq yox edilməsinə və mənimsənilməsinə
çalışıblar. Bu baxımdan Laçın rayonunun Sultanlar (Hüsülü) kəndi
ərazisində yerləşən
abidələr də erməni vandalizminin qurbanı olub.
Avtosfer.az bildirir ki, bu fikirləri
AZƏRTAC-a açıqlamasında Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı,
Beynəlxalq Memarlar Akademiyasının həqiqi
üzvü Faiq İsmayılov deyib.
O bildirib ki,
Laçın rayonunun
Sultanlar kəndi Azərbaycan tarixinin öyrənilməsi baxımdan
olduqca maraqlı və əsrarəngiz bir ərazidir: "Burada hündür dağ silsiləsinin ətəyində böyük
saray komplekslərinin qalıqları mövcuddur.
Rəvayətə görə,
Zəngəzur vilayətinin
bir hissəsi uzun illər bu mərkəzdən idarə edilib. Vaxtilə burada iki saray kompleksi
olub. Bu sarayların birincisi "Soltan Əjdər" sarayı adlanır. Onun dəqiq tikilmə tarixi hələ məlum deyil. İkinci saray "Həmzə Soltan" adlanır. Bu sarayın isə tikilmə tarixinin 1761-ci ilə aid olduğu ehtimal edilir. Müşahidə zamanı kompleksin uçuqları arasında
sarayın ətrafının
qalın qala divarları ilə çevrələndiyi açıq
görünür. Sarayın ümumi
mənzərəsindən aydın
olur ki, qəsrin hündür qülləsi olub. Qəsrin cənub tərəfinin küncündə giriş
qapısı var idi. Gözəl tağlı tavanları
qalın yan divarlara bərkidilən saray ikimərtəbəlidir.
Saray geniş və böyük zala, xeyli sayda yardımçı
otaqlara və divanxanaya malikdir".
Faiq İsmayılov
diqqətə çatdırıb
ki, Sultanlar kəndinin ərazisi kurqanlar, bədii daş nümunələri,
türbələr və
daş heyvan fiqurları ilə zəngindir. Ərazidə orta əsrlərdən
qalma su dəyirmanlarının qalıqları
da var.
Lakin ermənilər
bu əraziləri işğal etdikdən sonra abidənin ümumi görünüşündə
dəyişiklik edilib,
abidəyə bitişik
evlər tikilib, kənd qəbiristanlığından
at və qoç fiqurları gətirərək
abidənin həyətinə
qoyulub. 1998-ci ildə
bu abidənin üzərindən bir neçə yazılı
daş (daş kitabə) nümunəsini
İrəvan şəhərinə
aparıblar.
Ermənistan hökumətinin qərarı
ilə 2007-ci ildən
Sultanlar kəndinin adı dəyişdirilərək
Melikatun adlandırılıb,
"Həmzə Soltan"
sarayı isə təmir edilərək otel kimi istifadə
olunub.
"Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə ordumuz tarixi ata-baba torpaqlarımızı işğaldan
azad etdi. Əminəm ki, Ermənistan dövləti
ərazilərimizdə törətdiyi
bütün vandal aktlara görə beynəlxalq hüquq qarşısında tezliklə
cavab verəcək.
Azərbaycan öz tarixi torpaqlarında erməni vandalizminə məruz qalan bütün tarixi-mədəni
abidələrini ilkin
memarlıq quruluşuna
uyğun bərpa edəcək", - deyə
Faiq İsmayılov qeyd edib.
İki sahil.- 2020.- 14 noyabr.- S.16