Azərbaycanın müstəqillik və hərb tarixinə qızıl hərflərlə
yazılan qələbə
salnaməsi
Azərbaycan
xalqı bu gün sözlə ifadə edilməsi mümkün
olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət
duyğuları, hədsiz fərəh, qürur hissləri
yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
və yenilməz, rəşadətli Azərbaycan
Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində
10 milyonluq Azərbaycan
xalqı 44 gün ərzində 28 ildir həsrətində olduğu
doğma Qarabağımızı işğaldan azad etdi, Vətənimizin ərazi bütövlüyü bərpa
olundu, müstəqil Azərbaycan əzəli düşməni olan işğalçı Ermənistan
üzərində qətiyyətli
tarixi qələbə
qazandı, onilliklər
boyunca Vətən torpağında həlak olan şəhidlərimizin,
etnik zəmində xüsusi qəddarlıqla qətlə yetirilən dinc azərbaycanlıların,
amansız işgəncələrə
məruz qalan günahsız insanlarımızın,
körpələrin, qadınların,
uşaqların, ahılların
doğma yurd-yuvasından
didərgin salınan soydaşlarımızın qisası
bu faciələri törədən erməni qatillərindən
və onların cinayətkar-faşist dövlətindən
alındı. Ali Baş Komandan İlham Əliyev Xalq-İqtidar-Ordu birliyinin
nəticəsi olan “dəmir yumruğ”u ilə işğalçı
Ermənistanın belini
qırdı, sözün
əsl mənasında
“terror dövləti” olan bu kriminal
rejimin, ümumilikdə “dünya erməniçiliyi” mifinin
başını əzdi,
ermənilərin əsl
xislətini, həyasız
yalanlarını, faşist
simasını əsaslı
sübutlar və konkret faktlarla bütün dünya ictimaiyyətinə nümayiş
etdirdi.
Hər bir azərbaycanlının
qəlbində yüksək
qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan
xalqında milli oyanışa, yeni bir dirçəlişə,
birliyə səbəb
oldu. 44 günlük Vətən müharibəsində
Azərbaycan dövləti
qətiyyətli qələbə qazandı, işğalçını əzəli
torpaqlarımızdan “iti
qovan kimi qovdu”. Eyni zamanda bütün
Azərbaycan xalqı Prezidentimizin ətrafında
dəmir yumruq kimi birləşərək
sözün əsl mənasında böyük
xalq olduğunu, ulu türk millətinin
cəsur, qəhrəman
bir boyu olduğunu bir daha sübut etdi, bugünlərdə misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə
mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı.
Xalq öz Liderinə ürəkdən
inandı və Ali Baş Komandan
İlham Əliyev Azərbaycan xalqının
etimadını əməli
fəaliyyəti və
şanlı zəfəri
ilə hər zaman qeyd etdiyi
kimi doğrultdu.
Möhtərəm Prezidentimiz öz
qətiyyəti, sarsılmaz
iradəsi, cəsərəti,
Azərbaycana edilən
bütün təzyiqlərə
məharətlə sinə
gəlməsi və son dərəcə mürəkkəb və çətin müharibə
şəraitində hərbi
meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq
qələbələr qazanaraq
Azərbaycan xalqına
söz verdiyi kimi sona qədər
getdi, Azərbaycanın
ərazi bütövlüyünü
bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın
qisasını aldı.
Əminliklə deyə
bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son
200 ildə ən şanlı və müzəffər sərkərdəsi
kimi Azərbaycan xalqının yaddaşına
qızıl hərflərlə
əbədi həkk etdi. İlham Əliyev Azərbaycanın
ürəyi olan Qarabağın tacı, göz bəbəyi, mədəniyyət paytaxtı
Şuşa şəhərini,
eyni zamanda 28 ildir ki, işğal altında olan Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl şəhərlərini, neçə-neçə
qəsəbələrimizi, kəndlərimizi, strateji yüksəkliklərimizi, tarixi
Xudafərin körpüsünü,
bir sözlə Azərbaycanın mənfur
düşmən tapdağında
olan 20% ərazisini işğaldan azad edən Fateh oldu.
Şanlı Vətən Müharibəsində,
İkinci Qarabağ Savaşında qazandığımız
bu tarixi qələbədə əlbəttə
ki, Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin bütün
komandir heyətinin, əsgər və zabitlərinin, Azərbaycan
hərbiçilərinin misilsiz
rolu mütləqdir.
Ali Baş Komandanımızın
rəhbərliyi ilə
Azərbaycan Ordusu yüksək peşəkarlıq,
məharət və fədakarlıq nümayiş
etdirərək müasir
hərb tariximizin ən şanlı qələbələrini qazandı
və XXI əsrin yeni müharibə modelini bütün dünyaya təqdim etdi. İşğaldan
azad olunan bütün torpaqlarımızın hər
qarışı, ərazi
bütövlüyü bərpa
olunan Şanlı Azərbaycanın mənfur
düşməndən təmizlənmiş
torpaqlarında məğrurluqla
dalğalanan üçrəngli
Azərbaycan bayrağı
şəhidlərimizin qanı
ilə sulandı. Müqəddəs Azərbaycan
torpağını Vətən
edən bütün qəhrəmanlarımızın,
şəhidlərimizin, qazilərimizin,
ön və arxa cəbhədə fədakarlıqla bu işə töhfə verən Azərbaycan hərbiçilərinin, onların
valideynlərinin, ailə
üzvlərinin, xüsusilə
bütün şəhid
analarının qarşısında
baş əyirik.
Bu qələbə sevincimizi, Vətən torpağının azadlığını
biz Ali Baş
Komandanımıza və
Azərbaycan əsgərinə,
bu şanlı tarixi qanı, canı ilə yazan şəhidlərimizə
borcluyuq. Azərbaycan xalqı 44 günlük
Vətən müharibəsinin
hər bir günündə düşmənin
başına od ələyən, onu əzib keçən, Azərbaycan xalqına hər gün yeni qələbə xəbərləri, yeni azad olunmuş torpaqların zəfər xəbərini bəxş edən Azərbaycan əsgərlərinin
hər birinin əziz xatirəsini daim yaşadacaq və uca tutacaqdır.
Bu qədər qısa
müddət ərzində
yeni əsrin yeni hərb nümunəsini yaradan, mənfur düşmənin
illərlə qurduğu,
möhkəmləndirdiyi istehkamları,
saysız-hesabsız hərbi
texnikasını məhv
edən və Qarabağı azad edən Azərbaycan Ordusunun müzəffər
Ali Baş Komandanı İlham Əliyevin bu möhtəşəm hərbi qələbəsi
hələ uzun illər hərbi ekspertlər, tarixçilər,
siyasətçilər və
s. tərəfindən araşdırılacaq,
öyrəniləcək və
zəfərlə nəticələnən
uğurlu müharibə
dastanına çevriləcəkdir.
İşğaldan azad olunan Qarabağda, Azərbaycan torpaqlarında, Şuşada
bu gün 28 ildən sonra azan səsləndirilir, Şanlı Azərbaycan bayrağı dalğalandırılır,
uzun illərdir ermənilər tərəfindən
işğal altında
saxlanılan 132 km-lik Azərbaycan-İran sərhədində
artıq Azərbaycan sərhədçiləri
dayanır, gənc nəslin tarix dərsliklərində haqqında
oxuduğu Xudafərin
körpüsündə Azərbaycan
bayrağı ucalır
və Azərbaycan xalqı Qarabağa qayıdır. Müzəffər
Ali Baş Komandanımızın sözləri
ilə desək: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bəli, biz Qarabağa qayıdırıq.
Biz işğaldan azad olunan o torpaqları
cənnətə çevirəcəyik.
Dağıdılmış məscidlərimizi, məktəblərimizi,
digər sosial infrastruktur obyektlərimizi
yenidən quracağıq,
yaradacağıq, tikəcəyik,
dağıdılmış iqtisadiyyatı bərpa edəcəyik. Bu bölgədə mövcud
olan böyük potensialı iqtisadi dövriyyəyə cəlb
edəcəyik. Ərazi
bütövlüyü bərpa
olunmuş müstəqil
Azərbaycanı ən
inkişaf etmiş dövlətlərdən birinə
çevirəcəyik.
Azərbaycan xalqı xoşbəxt
xalqdır, çünki
bu xalq müzəffər
Ali Baş Komandan İlham Əliyevə inandı və “dəmir yumruğu” ilə şərəfini, milli qürurunu, müqəddəs
Vətən torpağının
ərazi bütövlüyünü
bərpa etdi. Gözün aydın, Vətən! Gözün aydın, Azərbaycan! Gözün aydın, Şuşa, Qarabağ! Möhtəşəm Azərbaycanın
şanlı tarixinin yeni salnaməsi başlayır! Yaşasın
bu xalqa milli mənliyini, şərəfini, qürurunu
qaytaran Ali Baş Komandanımız İlham Əliyev! Yaşasın yenilməz, rəşadətli Azərbaycan
Ordusu! Qarabağ Azərbaycandır! Və bu həqiqət əbədidir.
İki sahil.- 2020.- 14 noyabr.- S.18.