Şəfiqə Məmmədova: “Rasim Ocaqov milli kinomuzun  simvoludur

 

“Bir vaxtlar Azərbaycan milli kinosunun özündə elə bil ayrıca “kino adası” vardı -​ “Ocaqovun kinosu” var idi, var və həmişə yaşayacaq. Sanki özü üçün yaratmışdı o aləmi.. Öz senaristləri ilə, öz sevimli aktyorları ilə, öz bəstəkarları ilə, yaradıcı heyəti ilə bu aləm sözün əsl mənasında onun əsl həyatı idi.Başqahəyatı özü üçün istəmirdi.

 

mən özümü xoşbəxt insan sayıram ki, Rasimin sənət aləmində, onun kinosunda var idim. Mən onun ən şöhrətli, ən uğurlu filmlərində çəkilmişəm. Bir yerdə yaşadıq o uğurları -​ “İstintaqfilminə görə SSRİ Dövlət Mükafatına, “Ad günüfilminə görə isə Azərbaycan Dövlət Mükafatına laiq görüldük. Bu filmlər mənim həyatımda, taleyimdə ən bəxtəvər gözəl illər kimi yadda qalacaq.

 

Rasim Ocaqov öz aktyorlarını çox sevirdi. Onun üçün filmin uğurunu şərtləndirən əsas amil aktyor ansambılının bütövlüyü idi... Heç bir məsələdə kompromislərə getməzdi..Dosluqda çox möhkəm, vəfalı sədaqətli idi.

 

Rasim Ocaqov mənalı gözəl həyat yaşadı. Düz yaşadı! Heç nədə gözü yox idi. Azərbaycan Milli Kinosu idi onun varlığı, həyatı.

 

Kamera, çəkiliş meydançası öz dünyası - bunlar idi onun dövləti, varı.O da bu varlığı, çəkdiyi filmləri öz xalqına miras qoyub gedib. Xalqım da yaşadır onun adını həmişə.Elə çəkdiyi filmlər Rasim Ocaqovu əbədi yaşadacaq!

 

Hansısa tədbirdə çıxış edəndə etiraf elədim ki, “ Mən səhnədə çəkiliş meydançasında çox xoşbəxt azad idim”. Kamera qarşısında isə çətin məqamlardaazad xoşbəxt olmaq, yaşamaq, yaratmaq hissini mənə Rasim Ocaqov bəxş edib. Binlar üçün mən Rasimə minnətdaram! Minnətdaram onun mənə olan böyük hörmətinə görə, diqqətinə görə, sevimli aktrisası olmağıma görə çox uzun illər davam edən dostluğumuza görə.

 

Ömrünün son aylarında bir yerdə idik həmişə.Demək olar hər günİttifaqımızda görüşürdük. Hansısa səbəblərdən çəkilişləri dayandırmışdı. Çox narahat idi. Özünə yer tapmırdı. Nəhayət bir gün çox ehtiyatla soruşdum; Rasim, nədir səni incidən, səni belə narahat edən? Üzümə baxdı susdu. Sonra çox inandırıcı məyus şəkildə cavab verdi. “ Çəkmirəm, deməli yaşamıram. Mən belə yaşaya bilmirəm. Mən belə yaşamaq istəmirəm”. Elə oldu......... Rasim yaşamadı.........

 

Azərbaycan Milli Kinomuza elə bir böyükitki üzvermişdi ki, bu günə kimi biz onun ağrısını çəkməkdəyik.

 

Ömrünü Azərbaycan kinosuna həsr elədi Rasim Ocaqov özü ilə kinomuzuntəkrarsız epoxasını da apardı. Artıq bu gün Rasim Ocaqov Milli Kinomuzun bir simvolikasıdır!

 

​PS. Xatirələrim o qədər çoxdur ki, qismət olsa Rasim Ocaqov haqda bir xatirə kitabı yazacam...

 

İki sahil.- 2020.- 20  noyabr.- S.31.