Anar Kərimov:
İşğaldan azad
olunmuş torpaqlara qiymətləndirmə missiyası
göndəriləcək
"Azərbaycan
xalqını Qələbə münasibətilə təbrik
edirəm. Müzəffər Ali Baş Komandanın
rəhbərliyi ilə
rəşadətli Ordumuz
uzun illərdən bəri düşmən tapdağı altında olan Azərbaycan torpağı Qarabağı
işğaldan azad etdi. Bu, bizim
üçün tarixi
bir qələbədir.
İndi xalqımız
çox böyük qürur hissi keçirir. Bu prosesdə Azərbaycan xalqı bir daha öz birliyini
nümayiş etdirdi. Çox sevindirici haldır ki, tarixi bir məqamda
Azərbaycan bir yumruq olaraq birləşərək
düşməni torpaqlarımızdan
qovdu. İndi biz Qarabağımızı
canlandırıb ona yeni həyat verməliyik".
"İki sahil"
xəbər verir ki, bu fikirləri
mədəniyyət nazirinin
birinci müavini, nazirin vəzifələrini
müvəqqəti icra
edən Anar Kərimov AZƏRTAC-a müsahibəsində
deyib.
“Prezidentimizin müvafiq Fərmanına əsasən azad olunmuş torpaqlarda müvəqqəti inzibati
idarəetmə komendaturaları
yaradılıb ki, Mədəniyyət Nazirliyi
də onların tərkibinə daxil edilib. Bu, bir
daha Prezidentimizin mədəniyyət sahəsinə
böyük önəm
verdiyini göstərir.
Mədəniyyət Nazirliyi
olaraq ön cəbhədə fəaliyyət
göstərməyimizdən fərəh hissi keçiririk, bu məsələyə müqəddəs
bir missiya kimi baxırıq. Bildirmək istərdim ki, beş rayon
üzrə fəaliyyət
göstərən komendaturalarda
Mədəniyyət Nazirliyinin
hər rayon üzrə təhkim olunan nümayəndələri
vardır. Nümayəndələr
artıq öz işlərinə başlayıb.
Onların missiyası
azad olunmuş torpaqlarda mədəniyyət
müəssisələrinin, tarixi abidələrin vəziyyətinin öyrənilməsi
və mühafizəsinin
təmin edilməsindən
ibarətdir. Aparılmış monitorinqlərin ilkin
nəticələrinə əsasən
bu rayonlarda 151 mədəniyyət müəssisəsi,
o cümlədən 72 kitabxana,
62 mədəniyyət evi
və klub, 8 muzey, 9 uşaq musiqi məktəbinin olduğu dəqiqləşdirilib.
Ürəkağrısı ilə deməliyəm ki, sözügedən
müəssisələrin hamısı
dağıdılmış vəziyyətdədir. Monitorinqlər
zamanı 67 tarixi abidə aşkar edilib ki, onlarda
34-ü işğalçılar tərəfindən tamamilə
dağıdılıb. Həmin
abidələr arasında
ölkə əhəmiyyətli
abidələr də var. Bunlardan Xudafərin körpüləri,
Xocavənd rayonunda olan Qırmızı Alban məbədi, Hadrutda yerləşən digər Alban məbədi, Zəngilandakı
Qız qalası və Məmmədbəyli
kəndində olan Səkkizguşəli türbə,
Füzulinin Qarğabazar
kəndindəki Karvansaray,
bir sıra rayonlarımızda olan
XVIII əsrə aid olan məscidlərimiz. Sadaladığım bu abidələr ya dağıdılmış və
ya ev heyvanları
üçün tövlələrə
çevrilmişdir. Bu
nəinki beynəlxalq
hüquqa, həm də insani dəyərlərə, İslama
zidd bir fəaliyyətdir. Biz bunların hamısını
kəskin şəkildə
qınayırıq. Bu
vəhşiliklər UNESCO-nun
1954-cü və 1970-ci illərdə
qəbul etdiyi konvensiyalara ziddir. Ümumilikdə qeyd etsək, erməni vandalları bu ərazilərdə azərbaycanlıların
min illik yaşamasına dəlalət
edən izlərin silinməsi ilə məşğul olublar. Buna mədəni terror və təmizləmə siyasəti
adı vermək lazımdır. Çünki
30 il bundan qabaq ermənilər birinci etnik təmizləmə
aparıb sonra isə mədəni təmizləmə ilə
prosesi bitirməyə
çalışıblar. Burada
məqsəd, əlbəttə
ki, azərbaycanlılara
məxsus hər şeyin həmin ərazilərdən tamamilə
silinməsi idi. Sözügedən ərazilərdə
ermənilərin mənimsəmə,
özününküləşdirmə, tarixi faktların saxtalaşdırılması izləri
də aşkar olunub. Bu daha
çox Alban məbədlərinə aid
olan bir fəaliyyətdir. Dağlıq
Qarabağda, Qafqaz Albaniyasına aid olan Azərbaycanın mirası sayılan çoxsaylı məbədlərimiz,
kilsələrimiz ermənilər
tərəfindən özününküləşdirilib.
Onlar bunu həmin ərazilərə
olan iddialarını gücləndirməkdən ötrü
edirdilər. Təbii ki, bu belə
davam edə bilməzdi. Biz beynəlxalq ekspertləri dəvət edəcəyik
və saxtalaşdırılmış
tarixi abidələrdə
olan faktları qeydiyyatdan keçirəcəyik.
Aşkar olunmuş bu cinayətləri də tərəfimizdən
bütün dünyaya
bəyan edəcəyik”,
- Anar Kərimov vurğulayıb.
O bildirib ki, bu vandalizm
faktları aşkarlandığı
andan başlayaraq, yəni müharibə gedən zamandan həm peyk, həm də mediada dərc olunmuş şəkillər
vasitəsilə ermənilərin
vandalizmi barədə
beynəlxalq təşkilatlara,
xüsusilə UNESCO-ya
mütəmadi məlumatlar
verilib: “İndi biz daha da
gərgin şəraitdə
işləyərək
dediyim bu cinayət faktlarını
aidiyyəti beynəlxalq
qurumlara çatdırırıq.
Artıq apardığımız
ilkin monitorinqlərin nəticələrini UNESCO, ISESCO və BMT-nin Sivilizasiyalararası Alyansına
təqdim etmişik. Eyni zamanda, sosial
profillərimiz vasitəsilə
də fəal olmağa çalışırıq.
Sosial şəbəkələrdə
müxtəlif kampaniyalara
başlamışıq. Qarabağın
mədəniyyətimizin beşiyi
olması haqqında məlumatların insanlar arasında yayılması,
onların bu haqda məlumatlılıq
səviyyəsinin artırılması
barədə addımlar
atmışıq. Çoxlu
sayda videoçarxlar hazırlanıb. Bu yaxınlarda “Xristian irsimizi tanıyaq” adlı sosial kampaniyaya start vermişik. Bu kampaniya ölkəmizdə
əsrlərboyu qorunan
qədim xristian abidələrinin cəmiyyətimiz
tərəfindən tanıdılması
məqsədi daşıyır.
Eyni zamanda, cəmiyyətə də bir mesaj verilir
ki, Azərbaycan xristian irsinə sahib çıxır, onu qoruyur və
bərpa edir. Bu, belə də
davam edəcək, Qarabağda da eyni siyasəti aparacağıq. Çünki
beynəlxalq mətbuatda
ermənilər tərəfindən
bir qarayaxma kampaniyası başlanıb.
Təəssüflər olsun
ki, bir çox
təşkilatlar bu kampaniyanın tərkib hissəsinə çevriliblər.
Onlar iddia edirlər ki, Azərbaycan Qarabağda olan xristian abidələrini
dağıdacaq, mədəni
terror törədəcək.
Ancaq biz bildiririk ki, bu tamamilə yalandır, əsassız iddialardır. Biz mənşəyindən asılı olmayaraq bütün abidələrimizi,
o cümlədən islam
və xristian abidələrimizi qoruyub bərpa edəcəyimiz barədə bəyanatlar vermişik. Çünki biz islam və
xristian abidələri
arasında fərq qoymadan bunu mədəni
irsimiz hesab edirik. Bu, bizim əcdadlarımızdan
qalan mirasdır və biz onları
qorumalıyıq”.
Anar Kərimov
deyib ki, ilk növbədə mədəni irsimizə dəymiş ziyanın beynəlxalq təşkilatlar
və ekspertlərin köməyi ilə düzgün qiymətləndirilməsinə
çalışılır: "Bu, eyni zamanda,
beynəlxalq auditoriyaya
çıxışımıza səbəb olacaq. Buna görə də azad olunmuş
torpaqlara qiymətləndirmə
missiyası göndəriləcək,
dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara
və məhkəmələrə
müraciət olunacaq.
Təbii ki, Ermənistan bununla bağlı məsuliyyət
daşımalı və
bütün təzminatları
ödəməlidir. Onu
da qeyd edim
ki, məbləğ böyük olacaq, çünki abidələrin
qiyməti yoxdur, onlar adi infrastruktur
sayılmır. Ona görə də abidələrin qiymətləndirilməsi
heç də asan olmayacaq, müəyyən meyarlar var ki, onların
üzərində olacaq".
Nazir müavini
Şuşanın Qarabağın
mərkəzi, Azərbaycanın
ürəyi sayıldığını,
xalqın Şuşaya
uzun illər həsrətlə baxdığını
da vurğulayıb:
"Noyabrın 8-də Azərbaycan
Ordusunun canı və qanı bahasına Şuşanı
azad etməsi cəmiyyətimizdə böyük
coşqu yaratdı. Bu da gözlənilən
idi. Biz Şuşaya öz
ruhunu qaytarmalıyıq.
Çünki Şuşa
muğamın beşiyidir.
Şuşa, eyni zamanda, xalçaçılıq
məkanıdır, Şuşa
bizim qədim Çövkən milli oyunudur, Şuşa bizim dahi şəxsiyyətlərimizin
göz açdığı
məkandır. Məhz
buna görə Şuşa bizim üçün böyük
bir məna kəsb edir. Təbii ki, biz oranı yenidən quracağıq.
Şuşa işğaldan
azad olan kimi Mədəniyyət Nazirliyi olaraq bu şəhərin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunması ilə bağlı istəyimizi bildirdik. Hesab edirik ki, Şuşa
buna layiqdir və bütün meyarlara cavab verir. Artıq ilkin mərhələni keçmişik, 2001-ci ildə
Şuşa UNESCO-nun adı çəkdiyim siyahısına daxil edilmişdi. Təbii ki, bu proses
asan deyil. Buna baxmayaraq, biz əzmkarıq və bunu edəcəyimizə
inanırıq. Şuşa,
eyni zamanda, ulu öndər Heydər Əliyevin bizə qoyduğu əmanətdir. 1977-ci ildə
ulu öndərin fərmanı ilə Şuşa tarix-memarlıq
qoruğu elan edilmişdir. Bu əmanəti biz qorumalı və gələcək nəsillərə
ötürməliyik. Orada
çoxlu dağıdılmış
abidələrimiz var.
Bildiyiniz kimi Molla Pənah Vaqifin məqbərəsi dağıdılıb. O həmin
məqbərədir ki,
Ulu Öndərimiz
1982-ci ildə onun açılışında iştirak
etmişdir. Həmçinin
Xurşidbanu Natəvanın
evi dağıdılıb,
Bülbülün ev muzeyi bərbad vəziyyətə salınıb.
İndi bizim missiyamız bütün bu abidələri bərpa etməkdir”.
İki sahil.- 2020.- 24 noyabr.- S.26