Erməni-fransız həmrəyliyinin mayasında
türkə nifrət
durur
Demokratiyadan,
insan azadlığından söz düşəndə
“ağzına çullu dovşan sığmayan” Fransanı
tarixin səhnəsində oynadığı rollardan
yaxşı tanıyırıq. Vaxtilə
müstəmləkə altında
saxladığı 225 ölkə
və əyalətdən
rüsvayçılıqla qovulan Fransa ötən əsrin ikinci onilliyində də erməni separatçıları ilə əlbir olmuşdu. Türkiyənin cənub-şərq vilayətlərində qəhrəman
türk əsgərinin gücünü
görən Fransa Antepdə, Maraşda, Urfada ağır məğlubiyyətin
acısını dadmışdı.
Ermənilərlə bərabər
burnu əzilən və müstəmləkəçilik
siyasətinə ciddi zərbə vurulan Fransa həmin tarixi məğlubiyyətdən sonra
hər fürsətdə
Türkiyəyə qarşı
qərəzli mövqe
tutmuşdur. Hətta onunla eyni hərbi-
siyasi blokun üzvü olmasına baxmayaraq, Türkiyənin Avropa Birliyinə üzvlük təşəbbüslərini önləmək
üçün vaxtaşırı
gündəmə gətirdiyi
qondarma "erməni soyqırımı" siyasətindən
alət kimi istifadə etmişdir.
Təbii ki, indi öz torpaqlarını erməni
işğalından azad
edən Azərbaycana qarşı qərəzli münasibət
bəsləyən Fransa
parlamentinin qondarma “dqr”i tanımaq barədə məsələni gündəmə
çıxarması təəccüb
doğurmurdu. Çünki bu, o Fransadır ki, "Azadlıq, Bərabərlik və Qardaşlıq"
şüarı altında
1789-cu ildə inqilab edərək ən yüksək əxlaqi dəyərlərin həyat
normasına çevrildiyini
bəyan etsə də, dünya tarixinin səhifələrində aparıcı dövlətlərin soyqırımı
reytinqində ön sıralarda durur. Qəsbkarlıq,
işğalçılıq, müstəmləkəçilik sahəsində heç bir dövlət Fransanın tarixi rekordunu üstələyə bilməz.
Bu işğalçı
dövlət Əlcəzairdə
1,5 milyon, Vyetnamda, Mərakeşdə, Cibutidə,
Çadda, Qabonda, Tunisdə yüzminlərlə insanı
məhv etmiş, İslam dinini qadağan etmiş, din xadimlərini qətlə yetirmişdir.
Bəli, bu, o Fransadır ki, yer üzündə
elə bir qitə, materik, arxipelaq yoxdur ki, ötən əsrlərdə orda hökmranlıq etməsin,
ölkələri amansız
istismara, xalqları qırğına, zülmə
məruz qoymasın. Yaxın Şərqdə Misir, Suriya, Livan və müasir
dövlətlərin ayrı-ayrı
əyalətləri Fransa
əsarətinin, zülmünün
acısını dadmışdır.
Yerli əlcəzairlilərə
"ən yaxşı
əlcəzairli - ölü
əlcəzairlidir" deyən Fransa Kamerunda da törətdiyi
milli, mənəvi soyqırımı izlərinə
aid sənədlər
elmi mübadiləyə
daxil edilmişdir. Fransa Nigeriyada da 1960-cı ilə qədər qırğınlar törətmiş,
müqavimət göstərənləri
öldürmüş, xristianlaşmanı zor gücünə həyata
keçirmişdir. Ən maraqlısı
da budur ki, fransızlar ABŞ-ın ayrı-ayrı ştatlarını,
Kanadanın ən böyük vilayətlərini
uzun illər öz müstəmləkəsi edib.
Bir sözlə,
Fransanın işğal
edib müstəmləkəyə
çevirdiyi, soyqırımlara
məruz qoyduğu ölkə və diyarların sayı 225-dən artıqdır.
Tarix elmləri
doktoru, professor Həsənbala Sadıqov “Bəşəriyyətə
qarşı törədilmiş
ən qanlı soyqırımlarının müəllifi
məhz Fransadır” məqaləsində yazır
ki, Fransa saxta erməni soyqırımı yerinə
doğrudan da tarix boyunca həyata
keçirdiyi soyqırımı
aktlarını parlamentində
müzakirə edib qərarlaşdırmış
olsaydı, dünyada dırnaqarası
insan haqlarının və düşüncə
azadlığının vətəni
olduğunu sübut etmiş olardı.
İndi Fransanın
prezidenti Emmanuel Makron bir tərəfdən
Şərq
ölkələrinə səfəri zamanı müstəmləkəçiliyi ölkəsinin böyük
səhvi hesab edir, digər tərəfdən
Azərbaycanın torpaqlarını
30 ilə yaxın işğalda saxlamış faşist Ermənistanı
və
qondarma “dqr”i aşkar şəkildə dəstəkləyir. Xocalı soyqırımında
iştirak edən erməni əsilli vətəndaşlarının cinayət əməllərinə göz
yuman Fransa ATƏT-in Minsk qrupunun
həmsədri olsa da, haqq-ədalətin bərpa olunmasına, BMT-nin qətnamələrinə qarşı çıxıb. Bu azmış kimi, Paris Meriyası Azərbaycana aid torpaqlarda qeyri-qanuni fəaliyyət göstərən separatçı
rejimin tanınması
barədə qətnamə
qəbul etmişdir.
Dünya erməni terrorunun Fransada yaranıb böyüdüyünü
unutmamalıdır. Ermənilər məhz Fransada türk diplomatlara qarşı silsilə terror aktları törədə bilmişdilər.
Əfsus ki, indiyə qədər “erməni genosidi”ni ard- arda bir neçə
dəfə tanıyan,
bununla ürəyi soyumayıb, “genosidi inkar edənlər”ə qarşı cinayət işinin açılması
barədə parlament qanunu qəbul edən yeganə ölkə də Fransadır.
Bu gün Fransa antiislam təbliğatını
dövlət siyasətinə
çevirib. İslam peyğəmbərinin təhqir
olunduğu karikaturalar
və onların sayını dəfələrlə
artırmağa “söz
azadlığı” donu
geydirən Fransa həm də bununla antiislam mövqeyini ortaya qoyur. "İslam bu gün
bütün dünyada böhran içində olan bir dindir
və biz bunu yalnız öz ölkəmizdə görmürük" deyən
Makronun çıxışı
təkcə əsl antiislamçı olduğunu
ifşa etmir, eyni zamanda, Fransada təhsil alan müsəlman tələbələrin həyatını
təhdid edir. Fransa rəhbərinin Ermənistan-Azərbaycan münaqişəsi
ilə bağlı mövqeyi həm onun erməni lobbisinin təsiri altında olması, həm də İslam aləminə nifrəti ilə birbaşa əlaqəlidir.
Makronun çıxışı sosial
mediada da mübahisələrə səbəb
olub.
Fransalı akademik
Rim-Sarah Alaoune “Twitter” səhifəsində
bu barədə belə yazıb: “Prezident Makron İslam dinini bu gün bütün
dünyada böhran içində olan bir din kimi
xarakterizə edib. Nə deyəcəyimi bilmirəm. Bu, o qədər axmaq bir fikirdir ki,
(üzr istəyirəm
amma bu, belədir) burada heç başqa bir təhlilə də ehtiyac yoxdur. Narahatlığımı
gizlətməyəcəyəm. Kraystçerç şəhərində baş verən dəhşətli terror aktını, Fransanın rasizmi ixrac edən
ölkə olmasını
da qeyd etmək
lazımdır.” Fransız
müsəlman fəalı
Yasser Louati isə öz “Twitter” səhifəsində yazıb:
“Əvvəllər müsəlmanlara
qarşı repressiya bir təhlükə idisə, indi bu, artıq reallığa çevrilib.
Bir saatlıq çıxışı
zamanı Fransa prezidenti dünyəviliyi dəfn edib, ifrat sağçılara və müsəlmanlar əleyhinə solçulara
stimul verərək, qlobal pandemiya şəraitinə baxmayaraq,
evdə təhsil almaq üçün kəskin məhdudiyyətlərin
həyata keçirilməsinə
çağırış edib və müsəlman
tələbələrin həyatını təhdid
edib.”
Makronun siyasətini
tənqid edənlərin arasında məşhur fransalı aktyor Jerar Depardiye
də var. Aktyor prezident Makronun hərəkətlərini və
yeritdiyi siyasətin Fransanı uçuruma apardığını deyib
və son hadisələrə görə
müsəlmanlardan üzr
istəyib.
Butün bunlara baxmayaraq, Makron Fransası öz müsəlman vətəndaşlarını sıxışdırmaq
üçün antihumanist
addımlar atmaqda davam edir. Məktəb
və universitetlərdə müsəlman,
türk düşmənliyi
açıq-aşkar təbliğ
olunur, dərsliklərdə
bu məsələ önəmli yer tutur. İslamın dəyər və simvolları ələ salınır, məscidlərin
sayı azaldılır.
Onu da qeyd
edək ki, Fransa əhalisinin 10 faizə qədəri əsasən ərəb əsilli müsəlmanlardan
ibarətdir. Bunların
əksəriyyəti isə
Fransanın Yaxın Şərq, eləcə də Mərkəzi və Şimali Afrikadakı keçmiş
müstəmləkələrindən köçüb gələnlərin
nəsilləridir.
Bu gün parlamenti
erməni lobbisinin “məsləhəti ilə”
qərarlar qəbul edən Fransanın Azərbaycanın
Vətən müharibəsində
erməni faşistləri
üzərində qalibiyyətini həzm edə bilməməsi onu göstərir ki, keçmişdə müstəmləkəçilik və soyqırımı siyasəti aparan Fransa ilə indi Napoleon Bonapartın ən uğursuz xələfi hesab olunan Makronun
idarə etdiyi Fransa arasında mahiyyətcə
elə bir fərq yoxdur!
Sözsüz ki, dünya birliyi əsrlərboyu qonşu dövlətlərin
torpaqlarına göz dikən Ermənistanın
iç üzünü
geç-tez görəcək.
Elə Fransa prezidenti Emmanuel Makronun da “Qarabağ
və ətrafındakı
ərazilər beynəlxalq
hüquqa əsasən
Azərbaycan ərazisidir
və suveren ölkə tərəfindən
müraciət olmadıqca
biz ora müdaxilə
edə bilmərik” etirafı da bu qənaətimizin
ilkin əlamətidir.
Nurəddin Muğanlı
İki sahil.- 2020.- 24 noyabr.- S.20.