Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərinə
müraciət edib
Azərbaycanın Mədəniyyət Nazirliyi
Fransanın tanınmış
mədəniyyət xadimlərinə
müraciət ünvanlayaraq
onları dürüst
olmağa və Dağlıq Qarabağla bağlı qərəzsiz
mövqe tutmağa çağırıb.
Bu barədə 24Media-ya nazirlikdən məlumat verilib.
Qurumdan bildirilib ki, Fransanın tanınmış
bir qrup mədəniyyət xadimi
(rejissor, yazıçı,
aktyor, musiqiçi, jurnalist, müğənni)
Qarabağdakı erməni
separatçılığını açıq şəkildə
dəstəkləyən, yalan
və böhtan üzərində hazırlanmış
müraciəti imzalayıb:
"Müraciət ermənilərlə
həmrəyliyi, onların
Qarabağdakı taleyi
üçün narahatlığı,
qondarma “1915-ci il soyqırımı”nın
təkrarlanmasını, erməni
separatçılığına dəstəyi, ümumiyyətlə,
Azərbaycanın məkrli
planlarının olmasını
nümayiş etdirir.
Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi bildirir ki, otuz ilə
yaxın müddətdə
Ermənistan BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini
icra etməyərək
Azərbaycan Respublikasının
beynəlxalq səviyyədə
tanınmış ərazilərini,
Dağlıq Qarabağ
bölgəsi və ona bitişik yeddi rayonu qanunsuz
olaraq işğal altında saxlayıb.
Uzun illər davam etmiş işğal zamanı Ermənistanın
təcavüzkar siyasəti
nəticəsində həmin
ərazilərdə Azərbaycan
xalqına məxsus daşınmaz tarix və mədəniyyət
abidələri dağıdılıb,
mənimsənilib, tarixi-mədəni
təyinatına uyğun
olmayan şəkildə
istifadə olunaraq vandalizmə məruz qalıb. İşğal edilmiş ərazilərdə
yerləşən yaşayış
evləri, təhsil, sənaye obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət
müəssisəsi, o cümlədən
4,6 milyon kitab fondu olan
927 kitabxana, 808 mədəniyyət
sarayı, klub və mədəniyyət
evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən
artıq eksponatın toplandığı 22 muzey
və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert
müəssisəsi, 8 mədəniyyət
və istirahət parkı, 2000-dən artıq
tarix və mədəniyyət abidəsi
bu vandalizminin qurbanına çevrilmişdir.
Mədəni irsə, o cümlədən
xüsusi əhəmiyyətə
malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid
kimi dəyərləndirilməlidir.
Müvafiq dəlillərə və faktlara, elmi araşdırmaya və tədqiqata əsaslanmadan dünya ictimaiyyətinə
təqdim olunan bu müraciətdə nüfuzlu mədəniyyət
xadimlərinin iştirakı,
onların erməni təbliğatının alətinə
çevrilmələri təəssüf
doğurur. Bu qeyri-peşəkar
yanaşma həmin şəxslərin imicinə
və qərəzsizliyinə
kölgə salır.
Diqqətə çatdırırıq ki, UNESCO-nun “Silahlı münaqişə zamanı
mədəni mülkiyyətin
müdafiəsi haqqında”
1954-cü il Haaqa Konvensiyası və “Mədəni mülkiyyətin
qanunsuz olaraq ölkəyə gətirilməsi,
ölkədən çıxarılması
və mülkiyyət
hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına
yönəldilmiş tədbirlər
haqqında” 1970-ci il
Paris Konvensiyasına üzv
dövlət olmasına
baxmayaraq, Ermənistanın
vaxtilə işğal
etdiyi ərazilərdə
Azərbaycanın mədəni
irsini necə məhv etdiyi, saxtalaşdırdığı və talan etdiyi
barədə təkzibedilməz
faktlar və dəlillər mövcuddur.
Nazirlik Azərbaycana qarşı
törədilən mədəni
soyqırımın şahidi
olmaq və Azərbaycanın dağıntıya
və vandalizmə məruz qalan irsinin hazırki vəziyyətinə real məkanda baxış keçirmək məqsədilə
Fransanın tanınmış
mədəniyyət və
elm xadimlərini işğaldan azad olunmuş ərazilərimizə
dəvət edir
İki sahil.- 2020.- 24 oktyabr.- S.19