Ermənistan mifini darmadağın edən ordu Ali Baş Komandan

Artıq bu işğalçı ölkənin hərbi-siyasi varlığı sual altındadır

 

 

44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri dünyanı heyrətə gətirən taktiki döyüşləri ilə hərb tarixinə  adını qızıl hərflərlə yazdı. Məhz bu uğurlu döyüşlərin nəticəsidir ki, işğalçı ölkə məğlubiyyətini elan etdi. Belə ki, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya imza atdı. Azərbaycan Prezidenti İlham Əliyev müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmək torpaq qəsb etmək məqsədi güdmədiyini bildirirdi. Məğlubiyyət bəyanatının Ermənistan tərəfindən imzalanması isə sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqi oldu.  Azərbaycan Prezidenti cənab İlham Əliyev bu barədə çıxışlarında deyib: «Mən münaqişənin İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi Azərbaycan bunu döyüş meydanında sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın beləliklə, bizim bugünə qədər işğal altında qalan Ağdam, Laçın Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır».

 

Qeyd edək ki, Azərbaycan Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin bəyanatı ordumuzun zəfər yürüşü nəticəsində yaranmış reallığa tam uyğundur Ermənistanın kapitulyasiyasının rəsmi-hüquqi təsdiqidir. Beləliklə, Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük Qələbənin sevincini yaşayır. Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq torpaqlarımızı azad etməsi dövlətçilik tariximizi qürurlandırdı, hər birimizə intizarında olduğumuz qələbənin sevincini yaşatdı. Eyni zamanda haqq davamızın nəticəsi olan bu Qələbə xalqımızı daha da bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin xalqımızın iftixar ünvanına çevrildi. Bu gün böyükdən kiçiyə qədər  vəzifəsindən, əqidəsindən, sosial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı bu gün özünü daha vüqarlı, daha mətin hiss edir. Çünki artıq biz qalib bir xalqın nümayəndələri olmağımızla, torpaqlarımızı hünər meydanında azad etməyimizlə fəxr edirik, öyünürük, qürurlanırıq.

 

Bu Qələbə istər Azərbaycan, istər Ermənistanla bağlı həqiqətlərə yeni işıq saldı. Azərbaycanla bağlı həqiqət ilk növbədə ölkəmizin hərbi qüdrəti ilə bağlıdır. 44 gündə Azərbaycan Ordusu özünün möhtəşəm qələbələri ilə dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimizin kompleks inkişafı modernləşdirilməsi ilə bağlı son 17 ildə cənab İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Hərbi əməliyyatların aparıldığı 44 günlük müddət göstərdi ki, Azərbaycan Ordusu mümkün olmayanı etməyə qadirdir. Ermənistana gəldikdə, İkinci Qarabağ müharibəsi ilk gündən göstərdi ki, bu işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. Zəfər döyüşlərimiz  təsdiqlədi ki, işğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə qalıb inkişaf baxımından bir addım belə irəliləyə bilməyib. Bütün dünya gördü ki, Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.

 

44 gündə Ermənistanın baş naziri N.Paşinyan xilas olmaq üçün hər gün ayrı-ayrı dövlət başçılarına yalvarmaqla məşğul oldu. Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan Fransa ciddi-cəhdlə bu prosesi dayandırmağa çalışdı. Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmaslarının, ardıcıl olaraq Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi Ermənistanı tam iflasdan qurtarmaq idi. Təsadüfi deyil ki, sonda Fransa Xarici İşlər Nazirliyi öz simasını tam ifşa edərək açıq ermənipərəst bəyanat da yaydı. Lakin heç Azərbaycanı öz yolundan döndərə bilmədi ordumuz Qarabağın incisi Şuşaya qədər gedib işğalda olan torpaqlarımızı azad edərək öz vəzifəsini yerinə yetirdi. Həmin günlərdə Prezident İlham Əliyev bütün siyasi təzyiqlərin qarşısını aldı, dünya erməniliyinin ölkəmizə qarşı diplomatik cəbhə yaratmasına imkan vermədi. Fransadan digər ölkələrdən Ermənistana silah daşınması ilə əlaqədar çoxsaylı faktlar var idi, ancaq müxtəlif kanallarla bütün siyasi təzyiqlərə Ermənistana olan hərbi yardımlara baxmayaraq, Azərbaycan Prezidenti ölkəmizin diktə etdiyi şərtlərlə münaqişəni həll etdi.

 

İndi Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Azərbaycan xalqının yüksək əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. Bu baxımdan Prezident İlham Əliyev bu Qələbə ilə kimin kim olduğunu bütün dünyaya göstərdi. Cənab İlham Əliyev sübut etdi ki, güclü Azərbaycanın qarşısında Ermənistan heç vaxt duruş gətirə bilməz. Eyni zamanda heç bir qüvvə Azərbaycanın iradəsinə təsir göstərə bilməz.

 

Azərbaycanın işğal olunmuş ərazilərini güc yolu ilə azad etməsi Dağlıq Qarabağ problemi ətrafında da tamamilə yeni reallıq formalaşdırıb. Yeni reallıq ondan ibarətdir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdi Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı bütün planlarının üstündən xətt çəkildi. Bütün dünya gördü ki, separatçı rejimlərə işğal siyasətinə necə son qoyulur beləliklə, 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Məlum olduğu kimi, danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantları var idi. Lakin indi hansısa razılaşmadan söhbət belə gedə bilməz bütün şərtləri Azərbaycan diktə edir. Bir mühüm məsələni qeyd edək ki, xalqımızın bu Qələbəsi ilə həm Naxçıvan blokadadan azad olunur. Belə ki, ilk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaq ki, bu da qazandığımız böyük Qələbənin mühüm nəticəsidir.

 

Artıq Ermənistanın Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratlarını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşüb. Dağlıq Qarabağla bağlı bütün tənzimlənələr yalnız yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həll ediləcək. İndi bütün şərtləri sarsılmaz AzərbaycanOrdusu qətiyyətli Ali Baş Komandanımız diktə edir.

 

Elçin Zaman

İki sahil.- 2020.- 24 noyabr.- S.17.