Azərbaycan dövlətinin
şanlı Qələbəsi
Azərbaycan
tarixində bir çox şərəfli anlar olmuş,
xalqımızın qürur mənbəyinə
çevrilmiş hadisələr yaşanmışdır. Amma bu gün
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın
işğaldan azad edilməsi dövlətçilik
tariximizdə xüsusi
əhəmiyyətə malikdir.
Hər bir Azərbaycan vətəndaşı
çox xoşbəxtdir
ki, bu tarixi,
şərəfli anlara
şahidlik edir, möhtəşəm tarixi
günləri yaşayır.
Bəli, bu
gün Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulur. Bu 30 ildə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz
dövlətini gücləndirərək
tarixi anın yetişməsini, bu möhtəşəm xəbəri
gözlədi. Heç
bir beynəlxalq ədalətsizlik, heç
bir əziyyət xalqımızın qələbəyə
olan inamını sarsıtmadı, Azərbaycan
xalqının, Azərbaycan
dövlətinin, Azərbaycanın
liderinin iradəsinə
təsir göstərmədi.
Xalqımız "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması
ilə barışmayacaq,
torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin
ərazi bütövlüyü
tam bərpa edilməli, azərbaycanlılar
əzəli yurdlarına
qayıtmalıdırlar", - deyən Liderinin, Ali Baş Komandanının
ətrafında hər
gün daha sıx birləşdi, birliyimiz hər gün daha da
möhkəmləndi. "Qarabağ
Azərbaycandır və
nida" ifadəsi bizim milli mübarizəmizin
rəmzinə çevrildi.
Bu birlik bizi Qarabağa qaytardı!
Sentyabrın 27-də Ermənistanın cəbhə xəttində
törətdiyi hərbi
təxribatlardan sonra Şanlı Ordumuzun əks-hücum əməliyyatları
- Azərbaycan xalqı
və dövləti üçün Vətən
müharibəsi başladı.
Bu haqq savaşında
bu günə qədər 300-ə yaxın
yaşayış məntəqəsi,
o cümlədən Füzuli şəhəri,
Cəbrayıl şəhəri,
Zəngilan şəhəri,
Qubadlı şəhəri,
Hadrud qəsəbəsi,
Suqovuşan qəsəbəsi,
digər qəsəbələr
və nəhayət iki gün öncə
qədim Şuşa şəhəri Ordumuzun döyüş meydanındakı
qəhrəmanlıqları
nəticəsində işğaldan
azad edildi. Azərbaycan Ordusunun şücaəti,
yüksək döyüş
qabiliyyəti və apardığı əməliyyatlar
dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.
Ötən illər ərzində məqsədyönlü
şəkildə inkişaf
etdirilən, maddi-texniki
bazası gücləndirilən,
dünyanın ən güclü orduları sırasında olan Şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri
nəticəsində ağır
itkilər verən Ermənistanın silahlı
qüvvələrinin müqaviməti
sındırıldı. İşğalçı
ölkə artıq Azərbaycanın Şanlı
Ordusu qarşısında
duruş gətirə
bilməyəcəyini, iflasa
məhkum olduğunu dərk etdi və diz
çökdü!
Qeyd etməliyəm ki,
Azərbaycan Ordusu döyüş meydanında
Zəfər yürüşünü
davam etdirdiyi günlərdə Prezident
İlham Əliyev beynəlxalq mediaya müsahibələrində, bir
çox ölkələrin
liderləri ilə telefon danışıqlarında
Azərbaycanın haqq
səsini dünyaya çatdırdı, ölkəmizin
ədalətli və beynəlxalq hüququn ali prinsip və normalarına söykənən
mövqeyini qətiyyətlə
müdafiə etdi. Bütün dünya həqiqətləri məhz
Azərbaycanın dövlət
başçısından, ən etibarlı mənbədən əldə
etdi. Azərbaycan işğalçı ölkənin
və erməni diasporunun yalan təbliğatını, çirkin
qara piar kampaniyasını dövlət
başçısının qətiyyəti sayəsində
darmadağın etdi.
"Mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm.
Məni heç nə dayandıra bilməzdi", - deyən
möhtərəm Prezident
İlham Əliyevin yüksək diplomatik səriştəsi, sarsılmaz
iradəsi və möhtəşəm liderliyi
ilə diplomatiya sahəsində də parlaq qələbələr
təmin olundu.
Xalqımızın öz lideri ətrafında bir yumruq kimi birləşməsi
düşməni bütün
cəbhələrdə məğlubiyyətə
uğratdı və Azərbaycan hər bir platformada gücünü göstərdi.
Son illər ərzində ölkəmizdə möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi
ilə görülən
işlər və həyata keçirilən
çoxşaxəli islahatlar,
möhkəm əsaslara
malik xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət
səviyyədə qurulması
və həmrəyliyin
təmin olunması, Azərbaycanın beynəlxalq mövqelərinin
gücləndirilməsi və
bu kimi əhəmiyyətli
nailiyyətlər bu Qələbəni şərtləndirən
mühüm məsələlər
sırasındadır.
Nəhayət, noyabrın 10-da Azərbaycan
Respublikasının Prezidenti,
Ermənistan Respublikasının
baş naziri və Rusiya Federasiyasının Prezidenti
arasında bəyanat imzalandı. Birmənalı
şəkildə qeyd
etməliyik ki, bu bəyanat Azərbaycan dövlətinin
şanlı Qələbəsi,
Ermənistan üçün
isə faktiki olaraq hərbi kapitulyasiya deməkdir. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi möhtəşəm
qələbələr, Azərbaycan
Liderinin, Ordumuzun, xalqımızın dəmir
yumruğu Ermənistanı
bu bəyanata imza atmağa məcbur etdi.
Bu bəyanatın
tarixi əhəmiyyəti
olduqca böyükdür.
İlk növbədə,
bu bəyanat 30 ilə yaxındır davam edən işğala son qoyur. Bu sənəd
hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam,
Laçın, Kəlbəcər
rayonlarını qan tökülmədən geri
qaytarmağa imkan verir. Həmçinin Naxçıvan Muxtar Respublikasının Azərbaycanın
əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Azərbaycanın ərazi
bütövlüyü tamamilə
bərpa olunur və azərbaycanlılar
öz doğma torpaqlarına, yurd-yuvalarına
qayıdırlar. Budur,
Qələbənin, Zəfərin
xoşbəxtliyi! Möhtərəm
Prezident İlham Əliyevin təbirincə
desək, "Xoşbəxtəm
ki, biz öz
Vətənimizə, doğma
Qarabağımıza qayıdırıq,
Qarabağımızın tacı
olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!
Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!".
Azərbaycan dövləti bu zəfəri həm döyüş meydanında,
həm də siyasi müstəvidə qazandı. Öz Liderinin, öz Ordusunun gücü, xalqın sarsılmaz birliyi sayəsində zəfər əldə etdi. Qəhrəman əsgərlərimizin şücaəti,
fədakarlığı nəticəsində
biz torplaqlarımızı
işğaldan azad etdik. Vətən müharibəsində öz
qanı, canı bahasına torpaqlarımızı
qoruyan şəhidlərimizə
Allah rəhmət eləsin, onlar bizim qəlbimizdə əbədi yaşayacaq. Bütün yaralı hərbçilərimizə şəfa
diləyirəm.
Beləliklə, əldə etdiyimiz bu tarixi zəfər,
torpaqlarımızın azad
edilməsi həm də Azərbaycan xalqının özünə
inamını qaytardı,
xalqın öz liderinə, onun gücünə etibarını
daha da möhkəmləndirdi.
Dünyanın harasında
olmasından, harada yaşamasından asılı
olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş
Komandan İlham Əliyev və rəşadətli Azərbaycan
Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının,
onun Liderinin, Şanlı Ordumuzun gücünü bütün
dünyaya nümayiş
etdirdi. Qətiyyətli
Lider, müzəffər
Ordu, yenilməz xalq birliyi Azərbaycanın
yeni və möhtəşəm tarixini
yaradır.
Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır! Yaşasın
Azərbaycan!
İki sahil.- 2020.- 11 noyabr.- S.19.