Qarabağ Azərbaycandır
və nida” ifadəsi artıq bir milli şüara
çevrildi
Azərbaycan tarixi Qələbəyə
imza atdı. Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı 30 ilə yaxın dövrün reallıqları son anda xalqımızın səbir
kasasını doldurdu,
sentyabrın 27-dən Ermənistan
silahlı qüvvələrinin
müxtəlif istiqamətlərdən
hücumlarının Azərbaycan
Ordusu tərəfində
qətiyyətlə alınması,
eyni zamanda, Silahlı Qüvvələrimizin
tarix yazması qürurverici olmaqla yanaşı, xalqımızın
sabaha, işğal altında olan bütün torpaqlarımızın
azad olunacağına əminliyini artırdı.
Bu gün xalqımız
inamında yanılmadığını
gördü. Dövlətimizin
başçısı, Azərbaycan
Silahlı Qüvvələrinin
Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz hər günü tariximizə Qələbə səhifəsi
kimi yazdı. Artıq hər gün dövlətimizin başçısı
İlham Əliyevdən
qələbə xəbərini
eşidəcəyimizi səbirsizliklə
gözlədik. Cənab
İlham Əliyev xalqa müraciətlərində
də bu məqamı xüsusi qeyd edir ki, çox
xoşbəxtəm ki,
zəfər xəbərlərini
mən xalqımıza
çatdırıram.
Bu gün böyük fəxr hissi ilə qeyd edirik:
Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın
olsun, dünya azərbaycanlıları! Hazırda nəinki paytaxt Bakımız, bütün bölgələrimiz,
kənd və qəsəbələrimiz üçrəngli
bayrağımıza qərq
olub. Hər addımda müstəqilliyimizin, suverenliyimizin,
kimliyimizin, qürurumuzun
rəmzi olan bayraqlarımızı görəndə
böyük qürur hissi keçiririk. Uşaqdan tutmuş böyüyədək hər
kəs bu qələbənin sevincini yaşayır. Dövlətimizin başçısı
İlham Əliyev İkinci Qarabağ müharibəsinin getdiyi
hazırkı dönəmdə Türkiyənin
“A Haber” televiziya kanalına
müsahibəsində «Yəqin
ki, Qarabağı azad etmək rəhmətlik atanızın
vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən
Sizdən öyrənmək
istərdik. Vəsiyyətini hazırda həqiqətən
yerinə yetirirsiniz.
Sizi də, Azərbaycan xalqını da Türkiyə
xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti
barədə nə söyləmək istəyirsiniz»
sualına cavabında
bildirmişdir ki, mən
hər zaman çalışmışam ki,
atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən
əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər
üzrə onun yolu ilə gedəcəyəm.
Şadam
ki, sözümə sadiq oldum, sözümü
tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə
böyük hörmətə
malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata
keçirilməsi, əlbəttə
ki, Heydər Əliyev yolunun davamıdır.
Bu reallıq da cənab İlham Əliyevin cavabında öz əksini tapmışdır ki, dünya
dəyişir, dünyadakı
güclər nisbəti
də dəyişir. Bugünkü dünya
2003-cü ildəki dünya
ilə müqayisə
edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz
olaraq qalır. O
da müstəqilliyi möhkəmləndirmək,
müstəqil siyasətə
sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş
əyməmək, öz
qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü
bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.
Ərazi bütövlüyümüzü bərpa etmək xarici siyasətimizin prioritet məs’ləsi kimi daim öndə
dayanıb. Azərbaycan buna nail olmaq üçün siyasi,
iqtisadi, diplomatik, hərbi sahələrdə
mühüm uğurlara
imza atıb. Bu gün
Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Hazırda ordumuzun potensialı
bütün dünyanın
gözü önündədir.
Azərbaycan Silahlı Qüvvələri
döyüş meydanında
qələbələri ilə
işğalçı Ermənistana
və onun havadarlarına hansı imkanlara malik olduğunu göstərdi.
Ermənistan Azərbaycan Ordusunun
qarşısında diz
çökdü. Nikol Paşinyanın
kömək üçün
dünyanın aparıcı
dövlətlərinə, nüfuzlu
beynəlxalq təşkilatlarına
yalvarışları nə
qədər aciz olduğunu təsdiqlədi.
Ölkəsinin, xalqının gələcəyini
düşünməyən rəhbərin sonda belə acınacaqlı vəziyyəti yaşaması
qaçılmazdır. Ən əsası tarixi saxtalaşdırıb
özlərinə tarix
yazan Ermənistan rəhbərliyi illərdir
əsassız torpaq iddiaları nəticəsində
yaranan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin həllində
qeyri-konstruktiv mövqe
nümayiş etdirməklə
ölkələrini təcrid
vəziyyətinə salıblar.
Kasıb, dilənçi
bir ölkənin «yenilməz erməni ordusu» mifini yaratması, illərdir özlərini bu yalanlarına inandırmaları
son 44 gündə Azərbaycan
Ordusu tərəfindən
darmadağın edildi.
Dağlıq Qarabağ münaqişəsinin
həllində Azərbaycanın
qələbəsi bir
daha bütün
sahələrdə malik
olduğu imkanların
ümumi mənzərəsini
yaratdı. Qələbəmizdə Prezident-xalq-ordu birliyinin rolu böyükdür. Bu müharibə, eyni zamanda, Azərbaycan
xalqının məğrur,
yenilməz, öz tarixinə, torpaqlarına
sahib çıxan xalq
olduğunu bir daha təsdiqlədi. Xalqımız
tam əmindir ki, möhtərəm Prezidentimiz,
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində
Azərbaycan öz ərazi bütövlüyünü
bərpa edəcək,
üçrəngli bayrağımız
işğal altında
olan bütün torpaqlarımızda dalğalanacaq,
o ərazilərimizdə yeni
həyat başlayacaq.
Qarabağın ürəyi,
tacı olan Şuşamızın işğaldan
azad olunması növbəti qələbələrimizin
müjdəçisi kimi
dəyərləndirildi. Son
üç gün Azərbaycanın çoxəsrlik
tarixinə biri-birindən
parlaq səhifələr
yazdı. Azərbaycanın
döyüş meydanında,
eyni zamanda, siyasi müstəvidə Qələbəsi otuz
ildən artıq davam edən işğala
son qoyacaq! Ədalətsizliyə
son qoyacaq!
Qələbəmiz, eyni zamanda, şəhidlərimizin
qanı ilə yazıldı. Şəhid verən xalq yenilməzdir. Şəhidlərimizin qanı yerdə qalmır. Onların qisası döyüş
meydanında alındı.
Atıq bu əminliyi də ifadə edə bilərik ki, Azərbaycanın tarixi Qələbəsi ilə şəhidlərimizin
də ruhu şaddır. Allah bütün
şəhidlərimizə rəhmət
etsin, yaralılarımıza
şəfa versin.
Bu gün, eyni zamanda, qürur anıdır. 30 ilin nisgili, ümidsizliyi,
əzabları, üzləşdiyimiz
faciələr
xalqımızın iradəsini sındırmadı,
əksinə,
daha da
möhkəmləndirdi, gücləndirdi,
qalib xalq özünü dünyaya
təqdim etdi. Eşq olsun, bu uğuru Azərbaycana,
xalqımıza qazandıran
ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm
Prezidentimiz, Ali Baş
Komandan İlham Əliyevə! Eşq olsun, Azərbaycan Ordusuna! Məğrur, yenilməz xalqımız,
alnı açıq,
üzün ağdır.
Qarabağımızla birgə qarşıda
bizi daha böyük, möhtəşəm
uğurlar gözləyir.
Daim irəli doğru!
Nurlana Əliyeva
İki sahil.- 2020.- 11 noyabr.- S.23.