Ukraynalı jurnalist: "Azərbaycan öz torpağı üçün mübarizə nümunəsi göstərdi"

 

 

Reportukraynalı jurnalist, Ukrayna Müstəqil Media Platformunun həmtəsisçisi Roman Revecukla müsahibəni təqdim edir.

 

- Noyabrın 10-da Azərbaycan Rusiya prezidentləri, Ermənistan baş naziri bəyanat verərək 44 gün davam edən hərbi əməliyyatlara son qoyublar. Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytara bildi. Bunlara dair fikirləriniz?

 

- Noyabrın 10-da Dağlıq Qarabağdakı hərbi əməliyyatlar başa çatıb. Lakin regionda sabitliyin həqiqi sülhün bərqərar olması tezliklə baş verməyəcək. Yenidən qovuşma heç asan başa gəlməyəcək. Bununla belə döyüşlər mərhələsi başa çatıb, bu da əsas məsələdir, yəni inkişaf yolu açılır. Mənim dəyişməz mövqeyimə görə insan həyatı sağlamlığı dünyanın ən böyük nemətidir. Ona görə döyüşlərin aktiv mərhələsinin başa çatmasını alqışlayıram. Azərbaycan 25 ildən artıq vaxt kəsimindən sonra öz qətiyyəti ilə torpaq uğrunda mübarizənin nümunəsini göstərdi. Sözsüz ki, Azərbaycan dövləti ordu quruculuğuna diqqət yetirməsəydi, bunlar da baş verməzdi. Ermənistana dair isə bunu demək olmaz. Sovet ittifaqının süqutundan sonra Ermənistanda hakimiyyətə gələnlər yalan talana əsaslanan siyasətlərini inqilabi şüarlarla ört-basdır etməyə çalışıblar. Lakin təcrübə göstərdi ki, təkcə şüarlarla güclü dövlət, ələlxüsus da sivil dövlət qurulmaz. Azərbaycanda isə Əliyev tərəfindən qurulan dünyəvi dövlət həm Qafqazda, həm Avropa sivilizasiyalar evində hörmət qazanıb. Bu gün Azərbaycandakı vəziyyət əyani göstərir ki, hətta on illərlə dondurulan münaqişələr gec-tez yenidən qızışacaqdı. Hərbi münaqişələrini başlayanların iştirakı ilə sülh yolu ilə həlli barədə dəm vurmağı xoşlayanlar bunu qulağına sırğa etməlidir. Rusiya kimi Ermənistan da öz tarixini xeyli dərəcədə yalan uydurmalar üzərində quraraq qonşu xalqları alçaldır, əksər hallarda yaxın xalqlara qarşı namərdlik edir. Beynəlxalq hüquqa görə Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağın işğal olunması da buna əyani sübutdur. Üstəlik, müasir Ermənistan dövləti Ukraynanı da düşmənləri siyahısına salıb. Beynəlxalq tədbirlərdə onlar beynəlxalq hüququ pozaraq daim Ukraynaya qarşı səs verirlər. Bu il isə Rusiyaya yarınmaq üçün işğal edilmiş Krıma təyyarə uçuşlarına da icazə verdilər.

 

- Azərbaycan-Ukrayna münasibətlərini necə dəyərləndirirsiniz?

 

- Keçmişə nəzər salsaq, Azərbaycan tarixi Ukrayna tarixinə çox bənzəyir. Ayrı-ayrı məqamları kənara qoysaq, bütövlükdə türk xalqları Ukrayna xalqları ilə daha çox tərəfdaş münasibətində olub, həm Kiyev Rus dövləti, həm Osmanlı dövləti dövründə dost olublar. Bu gün Ukrayna ilə Azərbaycan arasında möhkəm dostluq əlaqələrinin müasir Avropa dünyası üçün mühüm əhəmiyyət daşıdığını söyləyə bilərik. Bu gün Azərbaycan öz ərazisini işğaldan təmizləyir. İşğalçı Ermənistan bu davada uduzub. Ermənistanın təslim olmasına dair razılaşma noyabr ayının əvvəlində imzalanıb, amma Azərbaycan Ordusu Ermənistanın işğalçı qüvvələrini hələ oktyabrın axırında darmadağın etdi. İndi erməni təbliğatı öz ictimaiyyətinə qədər yalan satırsa-satsın, Ermənistanın hərbi siyasi rəhbərliyi qədər böyük itkilərə düçar olduqlarını, bərpa olmaq üçün heç bir ehtiyatlarının olmadığını başa düşür. Çünki hər şey talan edilib. Azərbaycan Ordusu isə bu gün əslində NATO prinsiplərinə standartlarına əsasən qurulub. Ona görə təslim sazişi Ermənistan üçün yeganə çarə oldu. Mən ukraynalı siyasətçi, respublikaçı kimi Azərbaycan xalqını salamlayır, Azərbaycan dövlətini bu qələbə münasibətilə təbrik edirəm. Tarix göstərir ki, sülh istəyən gərək müharibəyə hazırlaşsın. Bu da çox kədərli məsələdir. Azərbaycanın Dağlıq Qüarabağı işğaldan xilas etməsi təkcə sizin qələbəniz deyil, həm tarixi haqq-ədalətin qələbəsidir.

 

- Ermənistanın uğradığı bu məğlubiyyətin başlıca səbəbləri nədir?

 

- Bugünkü Ermənistan dövləti tənəzzül etdiyinə görə dava-dalaşa meyl edir. Mən qəti olaraq bütün erməni xalqına qarşı deyiləm, çünki sadə xalqın təqsiri yoxdur. İşğalçılara isə mən natamamlıq hissinə qapılmış yarımçıq imperialistlər deyirəm, bunlar öz hikkələrini yeritmək üçün bütöv xalqın gələcəyini məhv etməkdən çəkinmir. Erməni xalqına müdrik olmağı, öz ölkəsinin, gələcəyinin məsuliyyətini üzərinə götürüb həmin yarımçıq imperialistlərinə həddini bildirərək hamı ilə dost mehriban münasibətləri qurmağa başlamağı, dövləti sivil məcrada inkişaf etdirməyi arzulayıram. Bu gün erməni siyasətbazları Qarabağda guya üç ordunun döyüşməsi barədə uydurmalar yayır ki, əslində özlərini gülünc vəziyyətə qoyurlar. Bu gün-sabah hələ kosmosdan gələnlərin Azərbaycan tərəfində vuruşduqlarını eşidə bilərik. Bu yerdə Azərbaycana guya Ukraynadan satılmış kaset bombaları barədə xəbərlər yada düşür. Belə silahlar Ukrayna ordusunun cəbbəxanasında heç yoxdur. 2014-cü ildə Rusiya da eyni şəkildə guya Amerikanın bizə satdığı fosfor bombaları ilə Donbas şəhərlərini vurmamız barədə yalanları ortaya atmışdı. Məncə, bu kimi ağlasığmaz yalanları dövriyyəyə buraxanlar daha inandırıcı olsun deyə əvvəlcə özlərini ona inandırırlar. Bu gün Ermənistanda daxili vəziyyət xeyli qarışıb, vətəndaş müharibəsi həddinə belə çata bilər. Erməni xalqı sadə bir həqiqəti unutmamalıdır: indi çəkdikləri əziyyətlər yerli siyasətbazların illər boyu ölkəni öz məqsədləri naminə aldatmalarının acı nəticəsidir.

 

 

İki sahil.- 2020.- 13 noyabr.- S.21.