Kəlbəcərin işğaldan azad edilməsi siyasi-diplomatik qələbəmizdir
Ermənistanın
sentyabrın 27-də növbəti hərbi təxribatından
sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum
əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə
başa çatdı. Həmin gün Azərbaycan,
Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan
birgə bəyanatla silahlı qüvvələrimizin hərbi
cəbhədəki möhtəşəm
qələbəsi diplomatik
sahədə də rəsmiləşdirildi. Beləliklə,
xalqımızın 30 il
çəkən torpaq
həsrətinə son
qoyuldu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident,
Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan
Ordusu ən güclü ordu, xalqımız isə ən böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi.
İmzalanan birgə
bəyanata əsasən
Kəlbəcər noyabrın
15-də Azərbaycana qaytarılmalı
idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların
rayondan çıxarılması
üçün əlavə
10 gün vaxt istədi. Buna görə də Azərbaycan dövləti
öz humanist xarakterini bir daha nümayiş etdirməklə, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, müddəti noyabrın
25-dək uzatdı və
həmin gün Kəlbəcər rayonu işğaldan xilas edildi.
Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 ildir
sadəcə kağız
üzərində qalan
qətnaməsinin tələblərini
Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı.
Sentyabrın 27-də növbəti
erməni təxribatının
qarşısını alan
Cənubi Qafqazın ən böyük ordusu ərazilərimizi bir-birinin
ardınca düşmən
tapdağından azad etdi. Digər çıxış yolunun
olmadığını aydın
şəkildə başa
düşən Ermənistan
hakimiyyəti isə işğalçı ordusunu
Ağdam və Kəlbəcərdən çıxarmağa
məcbur oldu.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən
diplomatik məharəti
nəticəsində Ağdam
kimi, Kəlbəcər
rayonu da qan tökülmədən,
şəhid verilmədən
geri qaytarıldı. İndi növbədə isə Laçındır...
Xatırlatamaq yerində düşər
ki, bu gün
təhlükəsiz şəkildə
və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli
olaraq, 1993-cü ildə
Kəlbəcər rayonunun
azərbaycanlı əhalisinin
oradan zorakılıqla
qovulublar. Azərbaycan
əhalisi özü ilə heç nə götürə bilməmiş, sakinlərin
bütün əmlakı
Ermənistan ordusu tərəfindən qarət
olunmuşdu. Bu gün isə Kəlbəcərdə baş
verənlər həm
də XXI əsrdə
erməni vandalizminin əyani nümunəsinə
çevrilib. Ermənilər
buranı tərk edərkən evləri yandırıb, vandallıq
edib, meşələrə
od vuraraq, suları çirkləndirərək
ekoloji fəlakət törədiblər. Onlar ev əşyalarından tutmuş, qəbir daşlarına qədər
özləri ilə aparıb, ağacları doğrayıb daşıyıb,
evlərə od vurub yandırıblar.
Ölkə Prezidenti
cənab İlham Əliyev Kəlbəcərin
işğaldan azad edilməsi münasibətilə
xalqa müraciətində
bu məsələyə
toxunaraq demişdir: “Mənfur düşmən
bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur,
meşələri yandırırlar
ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri
qırırlar, aparırlar
ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı
ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin
evlərinə giriblər,
soxulublar, orada yaşayıblar. Məktəbləri
yandırırlar, apara
bilmədikləri ev heyvanlarını öldürürlər.
Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə
idik! Mən bir daha deyirəm
və hər dəfə də deyəcəyəm, bizim qələbəmiz təkcə
Ermənistan dövləti
üzərində əldə
edilmiş qələbə
deyil, biz erməni faşizmini məhv etdik.”
Təəssüf ki, 27 illik işğal müddətində
Kəlbəcər rayonunun
infrastrukturu Ermənistan
tərəfindən varvarcasına
dağıdılıb və
təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal
nəticəsində Kəlbəcərə
ən azı on milyard dollarla
ziyan dəyib. Ermənistanın bu rayonumuza da vurduğu
ziyana görə təzminatın tələb
edilməsi üçün
ziyan məbləğinin
dəqiq qiymətləndirilməsi
aparılacaq.
Ekspertlərin də bildiridikləri
kimi, hərbi əməliyyatlar çox
mürəkkəb relyef
quruluşuna, böyük
əraziyə malik olan Kəlbəcərdə
də aparılsaydı,
bu zaman itkilərimiz daha çox olardı. Lakin Ali Baş
Komandan cənab İlham Əliyev tərəfindən böyük
məharətlə hazırlanmış
hərbi əməliyyatlar
planı və son dərəcə yüksək dəqiqliklə,
vaxtında edilən siyasi-diplomatik gedişlər
hadisələrin gedişini
məhz bu məcraya yönəltdi. Belə ki, Müzəffər Ali Baş Komandanın
rəhbərliyi ilə
şanlı Azərbaycan
Ordusu Cəbrayılı,
Füzulini, Zəngilanı,
Qubadlını, Murovdağı,
Suqovuşanı, Hadrutu,
Xocavənd rayonunun böyük bir hissəsini və Şuşanı hərbi yollarla azad etməklə,
döyüş meydanında
düşmənin belini
qırdı. Şuşanın azad olunmasından bir gün sonra
isə 70-dən çox
kəndin ildırım
sürətilə azad
edilməsi düşməni
diz çökdürdü
və Ermənistan kapitulyasiya aktını imzalamalı oldu və Kəlbəcər, Laçın və Ağdam rayonlarını tərk edəcəyinə
dair öhdəlik götürdü.
Həqiqətən də Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün
apardığı bu Vətən müharibəsində
əldə etdiyi tarixi qələbəs ilə, əslində, bütün Qafqazı erməni faşizmindən
xilas etdi. Eyni zamanda da
bu qələbə erməni faşizminin bütün bəşəriyyət
üçün nə
dərəcədə təhlükəli
bir cərəyan olduğunu bütün dünyaya göstərdi.
Orucova
Nigar
İki sahil.- 2020.- 28 noyabr - S.10.