Britaniya parlamentinin Lordlar Palatasının üzvü: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir Lord Malkolm Brus

 

 

 

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Malkolm Brus bu ölkənin Xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Dominik Raaba məktub ünvanlayıb.

 

"Report" xəbər verir ki, o, məktubunda Dağlıq Qarabağ münaqişəsinin daha da gərginləşməsindən narahatlığını ifadə edərək, Böyük Britaniya hökumətini problemin həlli yollarının axtarılmasında dünya birliyi ilə əməkdaşlığa çağırıb.

 

Məktubda deyilir: Mətbuatda tez-tezmübahisəlikimi təsvir edilən həmin ərazi Azərbaycanın ayrılmaz hissəsidir. 1988-ci ilə qədər ermənilərin azərbaycanlılarla birlikdə yaşadığı Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ uğrunda iki həftə davam edən şiddətli döyüşlərdən sonra atəşkəs razılaşması əldə olunub. Həmin vaxtda yerli erməni əhalisi erməni millətçilərinin təhriki ilə Dağlıq Qarabağın Ermənistana birləşməsi tələblərini səsləndirməyə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri qanunsuz olaraqmüstəqilqondarmaDağlıq Qarabağ respublikası”nın yaradılmasına razı oldular. Nəticədə yüz minlərlə azərbaycanlı vətəndaşın qaçqın məcburi köçkün halına düşməsinə səbəb olan ağır silahlı toqquşmalar baş verdi”.

 

Qeyd olunur ki, Ermənistan Dağlıq Qarabağdakı erməniləri dəstəkləsə , o, bu ərazini Azərbaycanın ərazisi kimi tanıyır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Dağlıq Qarabağdan onun ətrafındakı işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, 26 ildir ki, vəziyyət demək olar dəyişməz qalıb. “Oktyabrın 10-da Azərbaycan ilə Ermənistan arasında hər iki tərəfin əsir cəsədlərinin mübadiləsinə icazə verilməsi üçün əldə edilmiş humanitar atəşkəs razılaşmasının pozulması, oktyabrın 11-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə döyüş zonasından tamamilə kənarda yerləşən digər şəhərlərinin Ermənistan tərəfindən raket hücumuna məruz qalması xəbərləri məni çox kədərləndirir narahat edir. Nəticədə uşaqlar da daxil olmaqla, mülki şəxslər qətlə yetirilib yaralanıb”, - deyə məktubda vurğulayıb.

 

Etnik erməni azlıqların hüquqlarını qorumaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamənin qəbul edilməsinin vaxtının çatdığını bildirən Lord Malkolm Brus yazıb: “Beynəlxalq səviyyədə əldə olunmuş atəşkəs yalnız münaqişənin uzadılmasına xidmət edir. Azərbaycanda işləyən azərbaycanlılarla birgə təcrübəsi olan biri kimi əminliklə deyə bilərəm ki, Azərbaycan çox dinc tolerant insanları olan dünyəvi dövlətdir. Azərbaycanda ləzgilər, talışlar, kürdlər, ruslar yəhudilər daxil olmaqla, bir çox etnik azlıqlar birgə yaşayırlar. Həqiqətən bu ölkədəki yəhudilər əsrlər boyu Azərbaycan müsəlmanları ilə heç bir münaqişə ya narahatlıq ilə üzləşməyiblər. Azərbaycan böyük bir yəhudi icmasının məskunlaşdığı nadir müsəlman ölkəsidir”.

 

Mən BMT-nin qəbul etdiyi qətnamələrə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpası davamlı atəşkəsə, sülhə nail olmaq məqsədilə Böyük Britaniya hökumətini öz nüfuzundan istifadə etməyə çağırıram”, - deyə Lord Malkolm Brus məktubunda vurğulayıb.

 

İki sahil.-2020.-17 oktyabr.- S.9.