Adil Əliyev: Zəfər bizimdir
Bu gün
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanlarında
şücaət göstərir,
qəhrəmanlıqlarla dolu
zəfər dastanını
yazır.
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Milli Məclisin Sədrinin müavini Adil Əliyev bildirib.
Adil Əliyev xatırladıb
ki, rəsmi Moskvanın vasitəçiliyi
ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə
hər iki tərəfin razılığı
əsasında humanitar
atəşkəs elan
olunmasına baxmayaraq,
Ermənistan şərtlərə
qətiyyən əməl
etmədi. İşğalçı
ölkə üzərinə götürdüyü
öhdəliyi kobudcasına
pozdu və təmas xəttindən kənarda yerləşən,
Azərbaycanın ikinci
ən böyük şəhəri Gəncənin
dinc əhalisini raket zərbələrinə
məruz qoydu. Cənubi Qafqazın ən böyük su elektrik stansiyası
yerləşən Mingəçevir
şəhəri, Goranboy,
Ağcabədi, Tərtər,
Bərdə rayonları
intensiv olaraq atəşə tutuldu.
Xocalı soyqırımını
törətmiş faşist
Ermənistanın mülki
əhalini hədəfə
almasının yenilik
olmadığını qeyd
edən Milli Məclis Sədrinin müavini bildirib: “Mənfur xislətli qonşularımız 30 ilə
yaxındır ki, hər zaman bölgələrimizdə mülki
əhalini hədəfə
alır, fasiləsiz olaraq qətllər törədir. Ermənistanın cəbhə xətti
ilə əlaqəsi olmayan ərazilərə raket zərbələri endirməsinin, mülki əhalini hədəfə
almasının yeganə
səbəbi ölkəmizi
əks-hücuma təhrik
etməkdir. İstəyirlər
ki, biz də
Ermənistanın digər
şəhər və
rayonlarına zərbələr endirək, bununla da işğalçı dövlət üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatını (KTMT) və digər dövlətləri müharibəyə
cəlb etsin - baxmayaraq ki, artıq KTMT-yə üzv olan dövlətlər
çoxdan Ermənistandan
üz çevirib.
Bu ilin iyulunda
da onlar törətdikləri təxribatla
əlaqədar KTMT-yə
müraciət edib kömək istəmişdilər.
Bu təşkilat isə Ermənistanın müraciəti ilə əlaqədar heç görüş belə təşkil etmədi, əksinə, üzv dövlətlərdən bəziləri
Azərbaycanla həmrəy
olduğunu bildirdi”.
A.Əliyev diqqətə çatdırıb
ki, bu gün
dünyanın bir çox dövləti Azərbaycanın haqq mübarizəsini, öz torpaqları uğrunda mübarizə apardığını
görür, bilir və buna görə
də bizi daha yaxından dəstəkləyir, xeyrimizə
bəyanatlar qəbul edirlər. Xüsusilə
də dünyanın lider dövlətlərindən
biri, ölkəmizlə
tarixi bağlılığı
olan dost və qardaş Türkiyə Respublikası
bu proseslərdə əsl qardaşlıq örnəyi ortaya qoydu. Münaqişənin
ilk vaxtlarından dəstəyini əsirgəməyən
Pakistan və Ukrayna dövlətlərinin
ədalətli mövqeyi
də bizim üçün olduqca vacibdir. Hazırda dünyanın bizim
haqq işimizə bu səviyyədə dəstək olmasının
səbəbi yalnız
Azərbaycanın qüdrətli
və regionda lider dövlət olması deyil, eyni zamanda, ölkəmizin
dürüst şəkildə
yürütdüyü xarici
siyasətdir.
Biz münaqişənin
sülh yolu ilə həllini uzun illər gözlədik. Bütün
hallarda sülhün tərəfdarı olduğumuzu
göstərdik. Bu gün bir daha
qeyd edirik ki, münaqişənin diplomatik həll yoluna, beynəlxalq hüquq normalarına üstünlük veririk. Lakin mövzu artıq Vətənimiz, torpağımız, ərazi
bütövlüyümüzdürsə və qarşı tərəf təcavüzkar
siyasətindən heç
bir vəchlə əl çəkmirsə,
o zaman söz artıq Azərbaycan Ordusunundur.
Milli Məclis
Sədrinin müavini vurğulayıb ki, Ali Baş Komandanın
rəhbərliyi ilə
Ordumuzun döyüş
meydanında qazandığı
uğurlar hər birimizi sevindirir. Demək olar ki, hər gün
yeni ərazilərimizin
işğaldan azad edilməsi xəbərini eşidirik. Bu qələbələrdə xalqımızın
rolu da danılmazdır.
İnsanlar artıq öz evlərinin dağılmasından, təsərrüfatlarının
məhv olmasından narahat deyillər. Xalqımız ona görə
rahatdır ki, dövlətin onların arxasında olmasından, daha yaxşı evlərlə təmin ediləcəklərindən, rifah
hallarının yaxşılaşdırılması
üçün bütün
zəruri tədbirlərin
görüləcəyindən əmindir.
“Hamımızın yeganə məqsədi, nə olursa olsun, işğal altındakı torpaqlarımızın
azad edilməsidir. Xalq-Ordu vəhdəti ilə yanaşı, diplomatiya sahəsindəki
uğurlarımız da
baş verən müsbət proseslərin
məntiqi davamıdır.
Bu gün heç bir dövlət və ya beynəlxalq təşkilat haqq mübarizəsini dayandırması
ilə bağlı Azərbaycana ciddi təzyiq edə bilməz, buna haqları yoxdur. Axı münaqişənin
nizama salınması məqsədilə mandat almış ATƏT-in Minsk qrupunun həmsədrləri 28 ildir
faktiki olaraq heç bir iş görməyiblər.
Qəbul etdikləri bəyanatlarda ölkəmizin
ərazi bütövlüyünü
tanısalar da, Ermənistana həmin ərazilərdə işğala
son qoyması ilə bağlı təsir göstərməyi
bacarmayıblar. ATƏT-in
Minsk qrupu bu 28 ildə ortaya bir iş
qoya bilməyibsə, deməli, artıq tərkibi dəyişməlidir.
Habelə Minsk qrupunda təmsil olunan ölkələrdən
hər hansı biri Ermənistanın mövqeyini müdafiə edirsə, deməli, Azərbaycanın layiqli tərəfdaşı olan
Türkiyə də o
qrupda yer almalıdır.
Bu o deməkdir
ki, Ermənistan bu gün həm
cəbhədə, həm
də diplomatiyada məğlub olub. Bu bir az
da belə davam etsə, işğalçı ölkənin
tənəzzülü qaçılmaz
olacaq. Zəfər bizimdir, zəfər xalqımızındır! Qarabağ
Azərbaycandır!”, - deyə
Adil Əliyev fikrini tamamlayıb.
İki sahil.- 2020.- 17
oktyabr.- S.9.