İlham Əliyev: Bizim əsas dəyərimiz,
ən böyük nemətimiz müstəqilliyimizdir
Ölkəmizin 29
illik müstəqillik
tarixini vərəqləyərək bu gün cəbhə
bölgələrindən gələn qələbə xəbərlərindən
qürur duyur, növbəti ildönümə
böyük inamla qədəm
qoyuruq
Azərbaycanın dövlət müstəqilliyini
yenidən bərpa etməsinin
29 illiyini qeyd edirik. Tarix baxımdan çox da
böyük olmayan bu dövrün ölkəmizə
qazandırdığı uğurların miqyası geniş
olmaqla yanaşı, qürurvericidir. Uğurlarımıza
qısa baxışa keçmədən öncə tarix yazan
Azərbaycan Îrdusunun qələbələrini
önə çəkərək «Zəfər sizinlədir,
Azərbaycan əsgəri» söyləyərək, dövlətimizin
başçısı İlham Əliyevin qətiyyəti,
xalqımızın iradəsi, Silahlı Qüvvələrimizin
gücü, qüdrəti sayəsində bütün
işğal altında olan torpaqlarımızın azad
olacağına, üçrəngli bayrağımızın
Şuşada, Xankəndidə dalğalanacağına əminik.
O gün uzada deyil. Qələbə müjdəli əsgərlərimizin
döyüş ruhu yüksəkdir.
Təbii ki, bu uğurlar möhkəm təmələ,
dövlətimizin düşünülmüş və məqsədyönlü
siyasətinə, tarixi həqiqətlərə və real
faktlara əsaslanır. Azərbaycan
bir qarış torpağını belə düşmənə
verməyəcək.
Dövlətimizin
başçısı İlham Əliyevin Rusiyanın Ria
Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq
İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova
müsahibəsində «Cənab Prezident, bu müharibə
öz qəddarlığına görə artıq tarixə
düşüb və Siz artıq bu müharibənin tarixinin
bir hissəsisiniz. Siz tarixdə necə qalmaq istərdiniz»
sualına cavabını bir daha xatırlatmaq istərdik.
«Bilirsiniz, hər bir müharibə qəddarlıq, qurbanlar,
insanların iztirabları, yaxın adamların itirilməsi deməkdir.
Fərq ondadır ki, Azərbaycan xalqı
üçün bu müharibə azadlıq müharibəsi,
Ermənistan üçün isə
işğalçılıq müharibəsidir» söyləyən
ölkə Prezidenti İlham Əliyev tarixdə rol məsələsinə
gəldikdə bir daha dövlətimizin, xalqımızın
maraqlarının hər şeydən üstün
olduğunu, qəbul olunan qərarlarda xalqın iradəsinin əsas
götürüldüyünü xüsusi vurğulayaraq
bildirmişdir: «Bilirsiniz, mən əvvəllər heç
vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm.
Mənim əsas amalım Azərbaycan
xalqının etimadını doğrultmaq, bu vəzifədə
olduğum bütün illər ərzində verdiyim vədləri
yerinə yetirmək və ölkəni inkişaf yolu ilə
aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir.
Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi
isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan
xalqının iradəsindən asılı olaraq müəyyən
ediləcək. Ona görə
düşünürəm ki, bu məsələni o
adamların mülahizəsinə saxlamaq lazımdır ki,
onların fikri məndən ötrü bu və ya digər qərarların,
o cümlədən Dağlıq Qarabağ məsələsi
ilə bağlı qərarların qəbul edilməsində
həmişə əsas olub.»
Cənab İlham Əliyevin bu cavabı Azərbaycanın
29 illik müstəqillik tarixində qazandığı
uğurların aydın mənzərəsini yaradır. Bu
baxımdan ki, dövlətinin, xalqının gələcəyini
düşünən lider hər zaman uğurların təminatçısı
olur. Müstəqilliyimizin ilk illərinin xaosunun,
özbaşınalıqlarının, hakimiyyət uğrunda
mübarizələrin hansı uğursuzluqlara yol
açdıgı tariximizin
qara, ləkəli səhifəsi
kimi xatırlanır. Həmin illərdə
ölkəmizə rəhbərlik edənlərin öz şəxsi
ambisiyalarını hər şeydən üstün
tutmaları Azərbaycanın öz dövlət müstəqilliyini
itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən
silinmək təhlükəsi ilə üz-üzə
qoymuşdu. Ən əsası Silahlı
Qüvvələrimizin torpaqlarımızın deyil,
ayrı-ayrı dairələrin maraqlarının
qorunmasına xidmət etməsi ərazilərimizin
işğalına gətirib çıxardı. Bu gün Azərbaycan
Ordusunun işğaldan azad etməyə səy göstərdiyi
ərazilər AXC-Müsavat
cütlüyünün səriştəsizliyi
ucbatından düşmənə verilib.
«1993-2003-cü illər ölkəmizdə
sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır.
Çünki məhz o illərdə həm dövlətçiliyin
əsasları qoyuldu, Azərbaycan
dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin
Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları
qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycançılıq
məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən
qoyulan bu əsaslar bu gün Azərbaycan
xalqına yol göstərir.» Dövlətimizin
başçısı İlham Əliyev bu fikirləri ilə
müstəqil Azərbaycanımızın 29 illik tarixinin
aydın mənzərəsini yaradır. Cənab
İlham Əliyev bunu da qarşıya mühüm vəzifə
kimi qoyur ki, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik
tarixində keçdiyi yol düzgün şərh edilməli,
bugünkü və gələcək nəsillərə
çatdırılmalıdır.
1991-ci il oktyabrın 18-də Azərbaycan Ali
Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya
Aktını qəbul etmişdir. Beləliklə, Azərbaycan
XX əsrdə ikinci dəfə müstəqilliyə
qovuşdu. Bu, tarixdir. Bu tarixi hər bir Azərbaycan vətəndaşlı
bilməli, yaddan çıxarmamalıdır. Azərbaycan
tarixinə qızıl hərflərlə yazılan səhifələrin müəllifi müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, ulu öndər Heydər
Əliyevdir.
Tariximizin səhifələrini vərəqləyək.
1990-cı il 20 Yanvar faciəsindən
sonra ulu öndər Heydər
Əliyev birinci şəxs idi
ki, Qanlı Yanvar faciəsini
törədənlərə qarşı öz
iradlarını irəli sürdü, onları ittiham etdi,
Sovet hökumətini, onun rəhbərinin fəaliyyətini
pislədi. Sovet İttifaqı Kommunist Partiyasının
sıralarını tərk etdi və bu, müstəqillik
uğrunda birinci addımlar idi. Ondan sonra,
artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri
kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet
Sosialist Respublikasının adını dəyişdirərək,
«Sovet Sosialist» sözlərini çıxardı. Azərbaycan
Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o
vaxt ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi
elan edilmiş və Azərbaycan Ali Soveti qarşısında
vəsatət qaldırılmışdır ki, burada da bu
addım atılsın. 1991-ci
ilin əvvəllərində Sovet İttifaqının
saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə
Naxçıvanda ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə referendum keçirilməmişdir. Bütün bu
addımlar müstəqillik yolunda atılan addımlardır.
Eyni zamanda, yuxarıda da qeyd etdiyimiz kimi, bu addımlar onu
göstərir ki, ulu öndər
Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin
təşəbbüskarıdır, onun banisidir.
Müstəqilliyimizin ilk illərində
ulu öndər Heydər
Əliyev hakimiyyətdə
olsaydı, Azərbaycan
dövləti, xalqı həmin illərdəki faciələri,
çətinlikləri yaşamazdı. Müstəqilliyimizin birinci
dövrü, yəni 1991-1993-cü illər Azərbaycan tarixinə faciəvi dövr, ən əsası
qara bir ləkə kimi yazılıb.
Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, tariximizin hər
bir səhifəsi bizim üçün əzizdir. Şübhəsiz ki, tariximizin parlaq səhifələri
ilə yanaşı qaranlıq
səhifələri də vardır. Bu səhifələri vərəqləndikcə Azərbaycan
tarixinin zənginliyi təsdiqlənməklə yanaşı,
keçdiyi yolun nə qədər çətin, hamar
olmadığı aydın görünür.
Reallıq budur
ki, 1993-cü il dönüş
ili idi. Ulu öndər Heydər
Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı ilə
növbəti mərhələnin - inkişaf, tərəqqi
dövrünün əsasını qoydu. Dövlətimizin
başçısı İlham Əliyevin Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunmuş tədbirdə
söylədiyi bu fikirləri xatırlatmaq istərdik: «İyirmi il həm böyük bir
müddətdir, həm də kiçik. Kiçikdir ona
görə ki, tarix
üçün 20 il heç nədir. Müstəqil bir ölkənin
inkişafı üçün 20 il
o qədər də böyük müddət deyildir.
Ancaq eyni zamanda, bu 20 il ərzində
o qədər böyük işlər
görülmüşdür ki, biz bu 20 ili böyük
müddət kimi də qəbul edə bilərik və
edirik... Müstəqil Azərbaycan bundan sonra əbədi
yaşayacaqdır. Bu 20 il 120 il, 220 il, 520 il olacaqdır.»
Sözsüz
ki, ölkə Prezidenti İlham
Əliyevin bu əminliyinə əsas
verən amillər mövcuddur. Ulu öndər
Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi
siyasət və bu xəttin uğurlu davamı Azərbaycanın
qarşısında daha
böyük zirvələri fəth etmək, biri-birindən əhəmiyyətli
uğurlara imza atmaq imkanları yaradır. Bu fikir beynəlxalq
səviyyədə də qeyd edilir ki, inkişafın Azərbaycan
modeli öyrənilməli və digər ölkələr
bunu tətbiq etməlidir. Hər zaman önə
çəkilən bir fakt da
bunun təsdiqidir. 2008-ci ildən dünyanı
bürüyən və nəticələri bu günə qədər
hiss olunan iqtisadi və maliyyə böhranından Azərbaycanın
uğurla çıxması, hazırkı dövrdə
dünyanın COVID-19-la
mübarizə apardığı zamanda ölkəmizin təkmil
təcrübəni ortaya qoyması
düşünülmüş və məqsədyönlü
siyasətin nəticəsidir. Azərbaycan yalnız daxildə
deyil, beynəlxalq aləmdə də
həyata keçirdiyi tədbirlərlə diqqət mərkəzindədir.
Azərbaycan təşəbbüsləri ilə
dünyanı bir araya gətirdi.
Bu gün Azərbaycan
iqtisadi möcüzələr ölkəsi kimi tanınır,
yeni iqtisadi və sosial çağırışların
müzakirə olunması üçün əsas məkan
seçilir. Dünyanın 20 ən islahatçı ölkəsi
sırasında yer almaq düzgün qurulan siyasətin,
uğurlara yol açan
sosial-iqtisadi islahatların nəticəsidir. Bu
günün əsas çağırışlarından biri
həyata keçirilən iqtisadi islahatların fonunda əhalinin sosial müdafiəsini
gücləndirmək, yoxsulluq problemi ilə mübarizə
aparmaqdır. Azərbaycanın özünü dünyaya
sosial dövlət kimi təqdim etməsi bu sahədə əldə
olunan uğurların təsdiqidir.
Yoxsulluğun azaldılmasına xidmət
edən Dövlət Proqramlarının uğurlu icrası, əhalinin
məşğulluğunun təmin edilməsi, aztəminatlı
ailələrin ünvanlı sosial yardım proqramlarından bəhrələnməsi
və s kimi addımlar bu
gerçəkliyi təsdiqləyir ki, insan amili dövlətin
siyasətində prioritet məsələdir. Təbii ki,
bu addımları şərtləndirən əsas amillərdən
biri ölkənin iqtisadi imkanlarının genişlənməsidir.
Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın
inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi
idi. Ümummilli Lider dünya təcrübəsinə
istinadən bildirirdi ki, heç bir ölkə təcrübə
mübadiləsi olmadan, səylər birləşdirilmədən
təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ulu öndər Heydər
Əliyevin brinci şah əsəri kimi dəyərləndirilən
«Əsrin müqaviləsi»nin ölkəmizə
qazandırdığı uğurların miqyası o qədər
genişdir ki, onları bir yazı
çərçivəsində əhatə etmək
qeyri-mümkündür. Ən önəmlisi «Əsrin
müqaviləsi» Azərbaycanın dövlət
müstəqilliyini daha da möhkəmləndirdi, Azərbaycanın
bu gününə və sabahına inamı daha da
artırdı. «Əsrin
müqaviləsi»nin əsas tərkib hissəsi olan BTC və
BTƏ neft-qaz kəmərlərinin ardınca Cənub Qaz Dəhlizi, TANAP, TAP dünyaya səs saldı.
2017-ci ildə «Yeni əsrin müqaviləsi» imzalandı.
Azərbaycan etibarlı tərəfdaş kim mövqeyini bir
daha möhkəmləndirdi. Eyni
zamanda bu faktı da qeyd etmək yerinə düşər ki,
bu gün ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi
270 milyard dollardan artıqdır
ki, bunun da böyük həcmi
neft-qaz sektorunun payına düşür. Neft gəlirlərinin
idarə olunmasında şəffaflıq prinsipini qoruyan, şəffaflıq
kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən
Dövlət Neft Fondunun aktivlərinin
həcmi artaraq, müxtəlif
sosial-iqtisadi layihələrin gerçəkləşməsini
təmin etdi. Hazırda qurumun vəsaitlərinin həcmi 41
milyard dollardan artıqdır.
Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmlənməsində «Əsrin müqaviləsi»nin
rolunun təsdiqi kimi Azərbaycan neftinin 2006-cı ildə
Ceyhan terminalına məhz 28 may-Respublika Günündə
çatmasını xüsusi önə çəkən
dövlətimizin başçısı İlham Əliyev
bunun rəmzi mənası olduğunu belə açıqlamışdır: «Əsrin müqaviləsi»
imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi durumunu və
beynəlxalq münasibətlər sistemində yeri və rolunu
təsəvvür etmək
çətin deyildi.» Ölkəmizin iştirakı
olmadan hazırda bölgədə
hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin
mümkünsüzlüyü, Azərbaycanın təşəbbüsləri
gerçəkləşdirən ölkə kimi
tanınması da deyilənlərin təsdiqidir. Azərbaycan öz təbii sərvətlərinin sahibinə çevrilməklə təşəbbüsçüsü
və iştirakçısı olduğu layihələr, eyni
zamanda, müstəqil siyasəti
ilə bugünkü
uğurlara geniş yol açdı.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı illərində qeyd etdiyi «Biz bu çətin
günləri keçib gedəcəyik, müstəqil
Azərbaycan Respublikası dünya birliyində öz layiqli
yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı
özünün bu müstəqil dövlətə mənsub
olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir»
fikirləri bugünkü reallıqlarımız fonunda öz
təsdiqini tapıb.
Bu gün harada
yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı
ölkəmizin uğurlarından qürur duyur, gələcəyə
böyük inamla baxır. Bir amal- Azərbaycançılıq ideyası ətrafında
sıx birləşən soydaşlarımız
yaşadıqları ölkələrdə Azərbaycanın
təbliğatçısı kimi çıxış edərək,
həqiqətlərimizin dünya ictimaiyyətinə olduğu
kimi çatdırılmasına öz töhfələrini
verməyə səy göstərirlər.
Ötən
hər günün ölkəmizin həyatında
mühüm hadisələrlə yadda qaldığını
nəzərə alsaq, 29 ildə əldə olunanların
miqyasının genişliyi aydın görünür. Reallıq budur ki, Azərbaycan möhkəm təməl
üzərində ən
yüksək zirvələri fəth edir. Əldə olunan
uğurlar yeni-yeni hədəflərin müəyyənləşdirilməsini
şərtləndirir. Əsas hədəflərimizdən olan
Azərbaycanın inkişaf etmiş ölkələr
sırasında görmək istəyimiz
reallıqdır.
Bir daha
yazının əvvəlində qeyd etdiyimiz qələbə
xəbərlərinə qayıdaraq müstəqilliyimizin
30-cu ildönümünü Şuşada, Xankəndidə
keçirəcəyimizə əminliklə 29 ilin
uğurlarına qısa baxışımıza yekun vururuq. Azərbaycanı
qarşıda daha böyük, möhtəşəm uğurlar gözləyir.
Yeganə Əliyeva
İki sahil.-2020.-
17 oktyabr.- S.21.