Moldova mətbuatında
Ermənistanın müharibə
cinayətlərindən bəhs
olunub
AZƏRTAC xəbər verir ki, bəyanatda
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan xalqının yeni tarix yaratdığı qeyd olunub. Bildirilib
ki, Azərbaycan Silahlı Qüvvələri
öz torpaqlarını
işğaldan azad edir.
Döyüş meydanında məğlub
olan Ermənistan müharibə cinayətlərini
davam etdirərək, Azərbaycanın cəbhə
bölgəsindən uzaq
yerləşən şəhər
və rayonlarını
- Gəncə, Mingəçevir,
Siyəzən, Qəbələ,
Kürdəmir və digər yaşayış
məntəqələrini raket
atəşinə
tutur. Bununla da Ermənistan rəhbərliyi özünün
faşist ideologiyaya əsaslanan fəaliyyətini
ifşa edir.
“Artıq bir
sıra şəhər
və kəndlərimiz
erməni işğalçılarından
azad olunub. Hər gün dövlət bayrağımız
azad olunan yeni yaşayış məntəqələrində sancılır.
Budur, Azərbaycan dövlətinin, Azərbaycan
xalqının gücü!
Qarabağ Azərbaycandır!”,
- deyə səfir bəyanatında vurğulayıb.
İki sahil.-2020.- 24 oktyabr.- S.27