Erməni faşizmi süqutun astanasında

 

30 ilə yaxın  BMT-nin  yerinə yetirə bilmədiyi qətnamələri şanlı Azərbaycan Ordusu 30  günə reallaşdırmağa qadir olduğunu bütün dünyaya sübut edir

 

Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhəboyu ağır itkilər verir. Düşmən bölmələrində döyüş texnikası, silah sursat, ərzaq çatışmazlığı mövcuddur.  Görünür,  düşmən gec-tez  məğlub  olacağını ta başlanğıcdan  bilirmiş. Ona  görə 30 ilə yaxın əsarətdə saxladığı Qarabağ  bölgəsini  demək olar ki,  başdan-başa xarabazara çevirib. İşğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin mədəniyyət  dini abidələrinə,  təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib.

 

Çox təəssüf ki, Paşinyanın azğınlaşmış xunta rejimi  məğlubiyyətlə barışmayaraq, döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən Azərbaycan şəhərlərini əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur. Bu günlərdə Ermənistanın baş naziriFacebookhesabında tez-tez öz xalqını təşvişə salacaq çağırışlar edir. Paşinyanın  münaqişənin diplomatik həlli yoxdur  bəyanatı,  bir tərəfdən  dünya liderlərinə  diplomatik həmlələredərək nicat  umması,  digər tərəfdənəli silah tutan hər kəs cəbhəyə gəlsinsözündən sonra  azsaylı yaşlı nəslin xidmətə cəlb olunması  onun  ölkəni küçə  psixologiyası ilə idarə etdiyinə dəlalət edir.

 

 Sosial şəbəkədə  paylaşılan  xalqa orduya  əsəbi müraciətdən belə  məlum  olur  ki, Paşinyan  mənəvi atası Adolf Hitler kimi  hələ     insanları ölümə aparmaq niyyətindədir. İndi  rəsmi Ermənistan tərəfi bir aya yaxın  davam edən  savaşda Azərbaycan  Ordusunun  zəfər  yürüşünün  üstünə  kölgə salmağa çalışsa da, işğalçı ölkənin bəzi hərbi  ekspertləri  canlı  itkilərin böyük olduğunu qeyd edirlər.  Paşinyanın boş yerə inadkarlıq göstərməsinin  Ermənistana, eləcə qondarmadqr”ə   heç bir faydası yoxdur!  Son günlər  Tavuş Sisian rayonlarından Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edib, fərarilik edən  erməni əsgərləri mövqeləri tərk edirlər.

 

Fəhlə işləmək üçün kişiləri  uzaq Afrika ölkələrinə üz tutan Ermənistanda  Azərbaycan  Ordusunun qarşısına   əlacsızlıqdan qadın  döyüşçüləri çıxarmaq  məcburiyyətində qalıblar. Cəbhədə ard-arda uğursuzluqla canlı qüvvə itkisi ilə üzləşən Ermənistan heç bir hərbi bacarığı olmayan zərif cinsin nümayəndələrinin ölümünə səbəb olur. Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi A. HovanisyanınFacebooksəhifəsindəki paylaşımındaOnlar bizim qızlarımız, bacılarımızdır, şərəfimizdir. Biz qalib gələcəyikdeməsi pafosdan   məntiqsiz ritorikadan əlavə həm acizliyin ifadəsidir.

 

Bəli,  Azərbaycanın  həm savaş meydanında, həm   diplomatik  müstəvidə qazandığı uğurlar  Ermənistanı   dalana  sıxışdırıb. Üstəlik  Rusiya  Prezidentinin "Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti əbədi davam edə bilməz" fikri xilasını Rusiyada görən Paşinyan rejiminin son ümidlərini  puça çıxardı.

 

Əlbəttə,  xəyanətkar Ermənistana görə Rusiyanın  Azərbaycanla, eləcə   Türkiyə  ilə  münasibətlərini  korlaya  biləcəyi ehtimalları yeni müharibənin  ilk  günündən məntiqsiz  görünürdü.  Hətta Ermənistanı daim müdafiə edən, erməni separatizmini, şovinizmini açıq şəkildə dəstəkləməkdən çəkinməyən erməni əsilli tanınmış rusiyalı kinorejissor, “Mosfilm”in direktoru Karen Şahnazarov  da deyir ki, "Artıq Ermənistanı xilas etmək lazımdır." O, “Vladimir Solovyovla axşamverilişində Ermənistan rəhbərliyinə  əgər belə gücün yoxdursa, kompromis axtar”, “Qərb Ermənistanı müdafiə etməyəcəkkimi mesajlar verib. Şahnazarov qeyd edib ki, bu gün Azərbaycan Ordusu ilə döyüşməyə Paşinyan rejiminin hərbi, siyasi gücü var. “Artıq qəbul etmək lazımdır. Qarabağ uğrunda mübarizədə erməni rəhbərliyi Ermənistanı itirməmək barədə düşünməlidir. Bu, kifayət qədər çətin vəziyyətdir.” Gğründüyü kimi, Ermənistan məğlubiyyətə məhkumdur.  Artıq  Qərb dövlətləri   Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar səsləndirirlər.

 

Bu gün 30 ilə  yaxın səbir  nümayiş etdirən  Azərbaycan  BMT Təhlükəsizlik Şurasının, o cümlədən beynəlxalq təşkilatların   yerinə yetirə bilmədiyi   məsələni  özü həll edir, həmin queumların itirilmiş nüfuzunu özünə qaytarır.

 

Xalqımız qəhrəman ordumuzun  zəfər yürüşünün möhtəşəm bir qələbə ilə başa çatacağına əmindir.  Azərbaycan  Qarabağda  işğala son qoyandan sonra Nikol Paşinyan, Seyran Ohanyan, 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur. Buna görə Paşinyan başda  olmaqlaGəncənin bombalanması əmrini mən vermişəmdeyən  Araik Arutyunyan, əlləri Xocalıda dinc əhalinin  qanına bulaşan Serj Sarkisyan, Robert Koçaryan digərləri insanlıq əleyhinə cinayətlərinə görə, ədalət məhkəməsi qarşısına çıxarılaraq layiq olduqları cəzanı alacaqlar!

 

 

İki sahil.- 2020.- 24 oktyabr.- S.27