Zəngilanın işğaldan azad edilməsi ölkəmizin
mineral resurs istehsalını və ixracını artıracaq
Kəlbəcər-Laçın
iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi
nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən
müxtəlif ölkələrlə
həmsərhəd olan
rayon qərbdə dağlıq, şərqdə
düzənlik əraziyə
malikdir. Bu özəlliklər Zəngilan
rayonunun şaxəli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır.
Kəlbəcər-Laçın iqtisadi rayonu mineral yataqların sayı üzrə coğrafi şaxələndirməyə
malikdir. Rəsmi hesablamalara görə,
Ermənistanın işğalçılıq
siyasəti nəticəsində,
işğaldan azad olunan və davam edən iqtisadi rayonlarda 155 müxtəlif növ mineral yataqları mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır.
AZƏRTAC İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadənin Zəngilanın
iqtisadi və resurs potensialı barədə şərhini
təqdim edir.
Zəngilan rayonu
iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla xarici ticarət üçün
unikal imkanlara sahibdir. Tranzit nöqteyi-nəzərdən rayonun
xüsusi özəlliyi
var ki, İran
ilə ticarət münasibətlərinin daha
da inkişafına töhfə verə bilər. Habelə, Kəlbəcər-Laçın
iqtisadi rayonunda Kəlbəcərdən sonra
ikinci daha böyük və sənaye əhəmiyyətli
6,5 ton qızıl və 3 min ton
mis təşkil edən “Vecnəli” yatağı, ehtiyatları
6 milyon 618 min kubmetr olan və
üzlük daşı
istehsalına yararlı
Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 milyon ton olan Zəngilan
(Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları
6 milyon 24 min ton olan qırmadaş
və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı,
ümumi ehtiyatları
28 milyon 943 min kubmetr təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1 milyon 102 min kubmetr olan kərpic-kirəmid istehsalına
yararlı Zəngilan gil və ehtiyatları
17 milyon 367 min kubmetr olan Zəngilan
qum-çınqıl qarışığı
yataqları mövcuddur.
Erməni işğalçıları
tərəfindən istismar
edilən bu yataqlar sözügedən
ölkənin dırnaqarası
“keyfiyyətli mineral ehtiyatlar” ixrac edən ölkəsinə
çevirib.
Belə ki,
Ermənistan xarici ticarətini tədqiq edən zaman ixracda dominant mövqe mineral ehtiyatlara aiddir. Qədim Azərbaycan
torpağına aid Ermənistan
ərazisində də
mineral ehtiyatlar mövcuddur.
Sözügedən ölkə Kəlbəcər
və Zəngilan rayonu ərazisində yerləşən mineral ehtiyatları
mənimsəyərək erməni
mənşəli resurs
kimi Avropa ölkələrinə və
Rusiyaya ixrac edir. Söz yox ki, istismar
edilən mineral resursların
mənşəyini saxtalaşdıraraq
Avropa ölkələrinə
satan Ermənistan
iqtisadi cinayətkarlıqla
məşğul olurdu.
Çünki Avropa İttifaqının
qanunvericilik normalarında
mənşə ölkəsinin
bilərəkdən səhv
ekspertiza edilməsi iqtisadi cinayətkarlıq hesab edilir və
bu kimi hallar
aşkarlandığı müddətdə
ticarət sanksiyaları
tətbiq olunur. Bütün bunları bilən Ermənistan malın mənşə özəlliyini
saxtalaşdıraraq Ermənistan
ərazisi kimi göstərib. Bu yataqların
işlənməsində iştirak
edən “Sterlite Gold
Ltd”, “Sirkap Armenian”, “Base Metals”, “Manex and Valex” və “Armenian Copper Program” kimi
onlarla şirkətin əksəriyyəti xaricdəki
erməni diasporası
tərəfindən idarə
edilib.
Zəngilan rayonu coğrafi müxtəlifliyinin bariz nümunəsi turizm potensialına malik olmasıdır. Avropada misli olmayan Şərq çinarları,
qoz və digər qiymətli ağaclar bu zonada yerləşir.
Yaşı 500-ə, uzunluğu 12 kilometrə çatan çinar meşəliyi Bəsitçay qoruğunda
saxlanılır. Bəsitçay qoruğu Azərbaycanın
cənubi-qərbində işğal
olunmuş Zəngilan ərazilərində Bəsitçayın
dərəsində 1974-cü ildə yaradılmışdı.
Qoruğun sahəsi 107 hektardır.
Qoruqda yerləşən Şərq
çinarı "Qırmızı
Kitab"a daxil edilib. Təəssüflər olsun ki, erməni işğalçıları
tərəfindən kəsilərək
yüngül sənayedə
və digər biznes məqsədləri üçün istismar edilən ağaclar da iqtisadi cinayətkarlığın
qurbanıdır.
Nəticə etibarilə ölkəmizin
mədən, tikinti sənayesi və turizm potensialı üçün əlverişli
iqtisadi mühitə malik Zəngilan rayonunda istismar edilən təbii sərvətlər ölkəmizin
resurslarına qarşı
faşist siyasətin nümunəsidir. Son 27 ilə
yaxın müddətdə
Ermənistanın işğalçılıq
siyasəti nəticəsində
istifadəsi mümkün
olmayan təbii sərvətlər, Ermənistanın
kriminal fərdləri
tərəfindən çıxarılaraq
digər ölkələrə
ixrac edilib. Erməni cəmiyyətinə məlum
olmalıdır ki, işğal altında olan torpaqlarda istismar olunan sərvətlərdən gələn
gəlirlər, heç
zaman monoetnik erməni milləti arasında bölüşdürülməyib.
Yalnız öz şəxsi
mənafeyinə xidmət
edən fərdlərin
qanunsuz şəxsi yığım, satış
və sərvət toplaması hüquqi cəhətdən cinayət
predmetidir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Zəngilan şəhərinin işğaldan
azad olunması ölkəmizin iqtisadi inkişafını daha da
sürətləndirəcək. İqtisadiyyatda tikinti sektorunun
drayver roluna malik olduğunu nəzərə aldıqda,
daxili tələbin qarşılanmasında Zəngilan
rayon təbii sərvətləri
əhəmiyyətli rol
oynayacaq. Bundan əlavə,
son illər mineral resurslarımızın
ixracı qeyri-neft sektorunda lider mövqelərdə təmsil
olunur. Belə ki, qızıl
ixracı həyata keçirən dövlət
şirkətinin ixracı
aylıq ortalama 10-18 milyon ABŞ dolları arasında dəyişir.
Zəngilan rayonunda sənaye əhəmiyyətli
6,5 ton qızıl və 3 min ton mis təşkil edən “Vecnəli” yatağından
istifadə ilə ölkəmiz mineral resurslar
ixracını daha da artıracaq.
İki sahil.- 2020.- 22 oktyabr.- S.15.