TürkiyəAzərbaycan birliyi təkcə sözdə deyil, həm əməldədir

 

 

30 ilə yaxındır ki, işğalçı Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini, o cümlədən Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal edib. Bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yerlərindən didərgin salınıb, 20 min insan şəhid olub. BMT-nin qərarları  da daxil olmaqla beynəlxalq hüquq çərçivəsində qəbul edilən qərarlara, Azərbaycanın  sülhyönümlü səylərinə baxmayaraq, problem hələ həll olunmayıb. Törətdikləri cinayətlərə görə cəza almayan, əksinə, zaman keçdikcə daha da azğınlaşan Ermənistan müxtəlif vaxtlarda Azərbaycana qarşı bir çox təxribatlar törədib.

 

Belə olduqda hazırda Azərbaycanın haqlı mövqeyini beynəlxalq arenada Türkiyə müdafiə etməsə, kim edəcək? Azərbaycan TürkiyəBir millət, iki dövlətprinsipinə uyğun olaraq bütün məsələlərdə həmrəylik nümayiş etdirir daim bir-birini tərəddüdsüz dəstəkləyir. Ermənistanın Azərbaycana qarşı  işğalçılıq təcavüzkarlıq siyasətini ən qəti şəkildə pisləyən ölkə Türkiyə Respublikası olmuşdur. Türkiyə, Prezident Rəcəb Tayyib Ərdoğan bugünədək olduğu kimi, Qarabağ uğrunda mübarizənin sonuna qədər Azərbaycanı dəstəkləyib dəstəkləyəcək.

 

 Təbii ki, Azərbaycan Türkiyə arasındakı bu birlik bəzi dövlətləri narahat edir. Azərbaycan öz mübarizəsindədir burada haqlı olan tərəfdir. Beynəlxalq ictimaiyyətin Azərbaycanı dinləməsi lazımdır. Çünki Azərbaycan bu gün öz tarixi torpaqlarını geri almaq uğrunda mübarizə aparır. Beynəlxalq hüquq da bu məsələdə Azərbaycanın tərəfindədir. Ermənistan işğalçı dövlətdir Azərbaycan torpaqlarını sözsüz, şərt qoymadan tərk etməlidir. Lakin neyləyəsən ki, bu mübarizədə Ermənistana da dəstək verən Fransa kimi dövlətlər, Azərbaycana bədxahlıq edən  riyakar əqidəli bəzi beynəlxalq təşkilatlar  var. Ümumiyyətlə, türkün  haqqını danan həmin dairələr bir nüansı unudurlar ki, bu gün Azərbaycan Türkiyə çox güclü bir dövlətdirlər.

 

Azərbaycan-Türkiyə dostluğunun sülhün ədalətin tərəfində olub hər iki tərəfə əlavə güc qazandırır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə edib, mütəmadi olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərib. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan edib. Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri həmişə müdafiə edib. Türkiyə dövləti Azərbaycanı dəstəkləyərək Ermənistandan işğalçılıq siyasətinə son qoymasını tələb etdi bu işğalın davam etməsi səbəbindən Ermənistanla sərhədini bağladı. Təsadüfi deyil ki, Azərbaycan -Ermənistan sərhədinin Tovuz istiqamətində növbəti erməni təxribatı nəticəsində yaranan gərginlik zamanı ilk etiraz səsini ucaldan, Azərbaycanı birmənalı dəstəkləyən, bir daha bütün addımlarında onun yanında olduğunu olacağını bildirən məhz qardaş Türkiyə hökuməti oldu. Dünyaya bu mesajı ünvanlandı ki, TürkiyəAzərbaycan birliyi  təkcə sözdə deyil, həm əməldədir.

 

Ermənistan ordusu tərəfindən Azərbaycan kəndlərinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində dinc əhali arasında ölən xəsarət alanların olduğu, yaşayış məntəqələrinə ciddi ziyan dəyməsinə dair rəsmi açıqlamalar Türkiyədə böyük qəzəb doğurub. Azərbaycan dövlətinin özünümüdafiə hüququndan istifadə edərək qətiyyətli cavab verilməsi ilə bağlı qərarı qardaş ölkədə hamını həyəcanlandırdı. Bununla yanaşı, Azərbaycanın haqq işini dünyaya çatdırmaqda önəmli səmərəli rol oynayan Türkiyə mətbuatı da xüsusi rol oynayır.  Türkiyəli jurnalistlər Qarabağda cəbhəsindən döyüş meydanından xəbərləri operativ surətdə dünyaya çatdırırlar. Yenilməz Azərbaycan Ordusunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi bu münasibətlə Prezident İlham Əliyevinin oktyabrın 9-da Azərbaycan xalqına müraciəti, dövlətimizin başçısının çıxışında səslənən önəmli sərt mesajlar Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb. Qardaş ölkə KİV-ləri Prezident İlham Əliyevin işğalçı düşmən ölkənin rəhbərliyini ən ağır ifadələrlə ittiham etməsini türkdilli əhalinin diqqətinə çatdırıblar. Məlumatlar müxtəlif sərlövhələrlə təqdim olunub.

 

Türkiyə ilə Azərbaycanın bir-birinə arxa, həyan olması gücümüzü daha da artırır, düşmən tərəfi isə bundan bərk narahat olur. Onlar unudurlar ki, Azərbaycan-Türkiyə bir ananın övladlarıdır, bir millət, iki dövlətdir. Hər zaman olduğu kimi, bu gün Azərbaycan Türkiyə birliyindən qıcıqlanan işğalçı Ermənistan rəsmiləri onlara havadarlıq edən bəzi güclər hikkələrini çıxartmaq üçün sərsəm bəyanatlarla çıxış edirlər. Onlar rəsmi Ankaranı Azərbaycana hərbi dəstək göstərməkdə gü­nahlandırılar. Bu yalana verilməli olan cavab isə gecikmədi. Belə ki, Azərbaycan Prezidenti İlham ƏliyevRossiya 1” telekanalının “60 dəqiqəproqramında Türkiyənin rolundan bəhs edərkən bildirdi ki, Türkiyə bizə mənəvi dəstək göstərir biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə türk xalqına bizimlə həmrəy olduğuna bizi dəstəklədiklərinə görə təşəkkür edirik: “Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır”.

 

Türkiyə Prezidentinin mətbuat katibi bu yalnış id­diaları nəzərdə tutaraq deyib: Təssüflər olsun, elə bir təəssürat yaradırlar ki, Qarabağda hər şey qaydasında idi, guya, Türkiyənin müdaxiləsindən son­ra hər şey pisləşdi. Əslində isə Dağlıq Qarabağda davam edən erməni işğalı var, buna qarşı mübarizə aparan Azərbaycan var. Bizim Azərbaycana dəstəyimiz mənəvidir, siyasidir”.

 

Qardaş ölkənin bu cür açıq qətiyyətli bəyanatlarla çıxışı bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2020.- 22 oktyabr.- S.24