Erməni terroru: Dünəndən bu günə

 

 

 

Artıq 30 ildir ki, Azərbaycan Respublikası Ermənistanın davamlı təcavüzündən və onun uzunmüddətli təsirlərindən əziyyət çəkir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi həmişə ondan ibarət olub ki, ciddi mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Ermənistan öz təcavüzkar mövqeyindən geri çəkilməzsə, münaqişə sülh yolu ilə həllini tapmazsa, torpaqlarımızın hərb yolu ilə azad ediləcəyini bütün dünyanın şahidliyi ilə Azərbaycan hər zaman bəyan edirdi. Bu dəfə isə belə bir bəyanat reallıqda öz ifadəsini tapdı. Azərbaycan öz hərbi zəfərləri ilə "münaqişənin hərbi həlli yoxdur” tezisini tez-tez təkrarlayan Ermənistan və onun havadarlarının bu tezisini darmadağın etdi. Artıq təmas xətti deyilən anlayış yoxdur. Azərbaycan bununla bütün dünyaya göstərdi ki, münaqişəni birdəfəlik həll edə bilmək qüdrətindədir.  Artıq 30 ilə yaxındır ki, torpaqlarımızın 20 faizi işğal altındadır. BMT-nin 4 qətnaməsi 28 ildən çoxdur ki, Ermənistan tərəfindən saya salınmır. Beynəlxalq təşkilatlar isə Ermənistan hakimiyyətinin bu əməllərini görməməzlikdən gəlir.

 

Sentyabrın 27-də Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı yeni təcavüzə əl atdı, ancaq düşmən təxribatının qarşısını  əks-həmlə ilə aldı. Azərbaycan Ordusu döyüş meydanında birmənalı şəkildə  üstünlük əldə edib. Çünki  Azərbaycanın Silahlı Qüvvələrinin  işğal olunmuş torpaqlarımız  uğrunda  ədalətli müharibə apardığı göz qabağındadır.  Lakin  Ermənistan  həmişə  məğlubiyyətin acısını dadanda Azərbaycana qarşı apardığı ədalətsiz müharibənin forma və metodlarını ağlagəlməz dərəcədə dəyişir. Dünya hələ elə bir müharibə tanımır ki, işğalçı ordu  qarşı tərəfin böyükdən-kiçiyədək son nəfərinə kimi hamısını məhv etmək niyyətini nümayiş etdirsin. Yaşayış yerlərini,  mədəni-tarixi abidələrini, qəbiristanlıqlarını, hətta təbiətini xarabazara çevirsin.

 

 Xilaskar ordumuzun Qarabağı və ətraf rayonları erməni işğalından azad etmək uğrunda müqəddəs savaşı davam edir. Ermənistanın hərbi təxribatına cavab olaraq zəfər  yürüşünə  başlayan  Azərbaycan əsgəri tarixi ədalətin bərpası üçün   bütün cəbhə boyu  Ermənistan silahlı qüvvələri tərəfindən otuz ilə yaxın işğal altında saxlanılan ərazilərimizi azad edir. Haqq yolunda haqq savaşı aparan əsgərlərimizin döyüş ruhu, qələbə əzmi həm cəmiyyətimizin daxilində  özünəinam hissini,  həm də Silahlı Qüvvələrimizə xalqımızın etimadını daha da artırır. Addımını  inamla  atan  mübariz Azərbaycan əsgəri, Vətən səndən bu gün də hünər və rəşadət gözləyir, qaldır zəfər bayrağını!  Qələbə sorağın tezliklə Şuşamdan gəlsin!  Uca Tanrı səni qorusun!

 

    Cənubi Qafqazda ərazisi, torpağı, dövləti, yeri-yurdu olmayan ermənilər müvəqqəti məskunlaşdıqları bölgələrdə yağ-bal içində yaşasalar da, sonda nadanlıqları və xəyanətkarlıqları ilə tanınıblar. Əfsuslar olsun ki, tarix boyu qol qoyduqları mənəviyyatsızlıqlarla həyatın dibinə enmiş bir düşmənlə üz-üzəyik. Erməni rəsmiləri oxşar riyakarlıqları, xəyanətləri, əldə edilmiş razılaşmaları pozmaq xislətini indiyə qədər təkrar-təkrar göstəriblər. Ona görə də Moskva razılaşmasından, humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan sonra Azərbaycanın bir sıra rayonlarına 548-dən çox mərminin (axı bu silahları öz vəsaiti ilə əldə etsəydi, "bu qədər səxavətli” olmazdı) atılması faktı əsla təəccüblü deyil. Düşmən yaşayış məntəqələrimizin atəşə tutulmasını humanitar atəşkəs boyu davam etdirib və hazırda da eyni təxribatları davam etdirməkdədir. Bu da Ermənistanın rəşadətindən deyil, acizliyindən irəli gəlir. İşğalçı ölkənin özünə yer tapa bilməməsi şanlı ordumuzun vurduğu yaraların dərinliyindəndir. Ermənistan illərdir işğal altında saxladığı torpaqlarımızın bir qismindən qovulması, ordumuzun hətta Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrut qəsəbəsini düşməndən təmizləməsi reallığını sindirə bilmir. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə düçar olması ilə barışmaq istəmir. Ancaq nədənsə ermənilər unudur ki, artıq 90-cı illərin əvvəllərindən zəif, silahsız, ordusuz,Azərbaycan yox artıq qarşılarında. İndi hər birimiz möhtəşəm həmrəyliyin şahidiyik: dövlət,xalq və ordu birliyinin. Bu sıx vəhdət ürəyimizdə ehtişam, fəxr-fəxarət duyğusu yaradıb. Xalqımız bütün dünyaya, bizi dəstəkləyən və dəstəklənməyən dövrlərə haqq işi naminə bir yumruq tək birləşmək nümunəsi göstərdi.

 

   Ermənistan rəhbərliyi 1905-1907, 1918, 1920- ci illər  soyqırımları, 1992-ci il Xocalı  soyqırımını müasir formada davam etdirir, yenə uşaq, qadın, yaşlı demədən sivil vətəndaşları qətlə yetirir. (1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bir şahidin dediklərindən: 1991-cı il erməni əsirliyində olan Azərbaycanlı hamilə qadın əzablara dözməyib şüşə qırığı ilə özünə qəsd edib, boyununun damarın, kəsir. Erməni döyüşçüləri qəzəblənib əsırlərin gozu qarşısında çörək bıcağı ilə qadının qarnını yarır. Əsirlərə bildirilir ki, kim əmrə tabe olmasa onu da bu gunə qoyacaqlar. Əsirlikdən dəyişdiyimiz əsgər bu əhvalatı söylədi və cəsədin yerini göstərdi. Səhər saat 5:00-da Gecə görənlə baxıb palatkaya bükülmüş cəsədi gətirdim, körpəni ananın qarnına qoyub dəfn etdim. Budur ermənilərin vandalıst hərəkətləri.

 

1993-cü ilin soyuq fevral ayı idi. Tabura gələn dəhşətli xəbər məni bərk sarsıtdı. Marquşevan deyilən istiqamətdə, çay kənarında ermənilər bir əsgərimizin vəhşicəsinə sifətinin dərisini soyub ağaca bağlamışlar.)

 

Oktyabrın 11-də və 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən 80 km uzaqda yerləşən Gəncənin Ermənistan rəhbərliyinin əmri ilə bombalanması Xocalıdan sonra azərbaycanlılara qarşı törədilən növbəti soyqırımı aktıdır. Humanitar atəşkəsdən bir neçə saat sonra Gəncənin yaşayış binalarına raket zərbələri endirən erməni barbarları öz qəddarlıqlarını bir daha göstərdilər.

 

Ermənistanın Azərbaycanın dinç və günahsız əhalisinə qarşı qətliamı törətməsi terrorçu xislətindən heç bir zaman əl çəkməyəcəyini göstərir. Mülki vətəndaşlarımıza tuşlanan hər bir nişan erməni faşistlərinin nə qədər vəhşi, rəhmsiz, qaniçən olduğunun növbəti sübutu bariz nümunəsidir. Bu murdar  xislətli təcəvüzkarlar nifrətlə, kinlə o qədər köklənirlər ki, hətta dincəhaliyə atdığı raketlərdə qadağan olunmuş odsaçanlardan-kaset döyüş başlıqlarından belə istifadə edirlər. Bu isə erməni siyasətinin çirkin üzünü, mənfur düşmənin öz qəddar əməllərini törətmək üçün bütün vasitələrə əl atmaqdan çəkinmədiyini, erməni faşizminin alman faşizmindən daha qorxunc olduğunu göstərir. Dünya Xocalı harayını eşitmədiyi kimi, Gəncə qətliamına ciddi reaksiya  vermir. Gəncə şəhərinin mərkəzinə atılan raket  Ermənistanın hərbi-siyası rəhbərliyinin düşünülmüş surətdə törətdiyi cinayət və soyqırımdır.

 

Ermənistan ərazisindən Azərbaycan şəhərlərinə raket hücumlarının əsas məqsədi Azərbaycanın eyni tərzdə cavab verməyə təhrik, münaqişənin coğrafiyasını genişləndirmək, beləliklə də münaqişəyə 3-cü ölkəni cəlb etməkdir. Bundan başqa, erməni şovministləri dinc əhalini hədəf almaqla xalqımızı qorxutmaq, mübarizənin əzmini qırmaq, tarixi dədə-baba torpaqlarımızın itirilməsi ilə razılaşmağa məcbur etmək istiyirlər. Amma Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayıb və barışmaz. Elə ona görə də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun  şücaəti və Azərbaycan xalqının dəstəyi ilə Azərbaycan  öz tarixi torpaqlarının erməni işğalından azad edilməsi uğrunda haqq savaşına başlıyıb.

 

Terroru dövlət siyasəti səviyyəsində həyata keçirən, vətəndaşlarımıza qarşı cinayətlər törədən qatil Ermənistan bu cinayətə görə ədalət məhkəməsi qarşısında mütləq cavab verəcəkdir.

 

İndi azərbaycanın hər bir kəndində şəhid məzarları ucalır.Onlar bizim qibləgahımız, səcdəgahımızdır.Qoy düşmən bilsin ki, Azərbaycanın qüdrətli, vətənpərvər oğulları son damla qanınadək, hər qarış torpağını geri alacaq. Bu gün uşaqdan böyüyə hər bir kəs müsəlləh əsgərdi, ehtiyatda olan könüllüdü, çavuşdu, gizirdi,polkovnikdi, generaldı. Öz  tikəsini, suyunu, çörəyini öz əsgəri ilə bölüşən həqiqi VƏTƏNPƏRVƏRLƏRDİR.

 

Bu gün Ali Baş Komandandan sıravi əsgərə kimi hamının bütün varlığı ilə müqəddəs qələbəyə kökləndiyi aydın görünür.

 

Hadisələri nəzarətə götürmək , vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə taleyüklü anlarda Azərbaycanın milli maraqlarının mübadiləsinin təşkili ilə bağlı şəxsi nümunəvi ortaya qoyan dövlət başçısının istər daxili, istərsə də xarici auditoriya qarşısında xalqın ürəyindən xəbər verir. Çünki xalqın sözünü və mövqeyini ifadə edir.

 

Hamı bir nəfər kimi Ali Baş Komandanın və şücaətli Ordusunun arxasındadır!

 

Məhsəti  Əsgərova

 

İki sahil.- 2020.- 23 oktyabr.- S.23