Azərbaycanın gücü qarşısında
işğalçı Ermənistan
acizdir
Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən etibarən
təcavüzkar Ermənistanın
hərbi təxribatlarına
cavab olaraq əks-hücum əməliyyatları
ilə işğal altındakı ərazilərimizin
azad edilməsi istiqamətində yeni-yeni
qələbələr qazanır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz demək olar ki, hər
gün irəliləyir,
uğurlar əldə
edir. Ordumuzun gücü qarşısında
düşmənin hərbi
birləşmələri döyüş
mövqelərindən qaçır.
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.
Deputat bildirib
ki, əks-hücum əməliyyatlarının ilk
günündə Ordumuz,
qəhrəman əsgərlərimiz
Füzuli rayonunun bir neçə kəndini, strateji yüksəklikləri, o cümlədən
Murovdağ zirvəsini
azad etdi. Həmin gündən sonra da qələbə
xəbərləri bir-birinin
ardınca xalqımızı
sevindirir. Cəbrayıl
şəhərinin və
rayonun çox sayda kəndinin, Hadrut qəsəbəsinin,
Füzuli şəhərinin
və rayonun bir sıra kəndlərinin,
eləcə də Xocavənd rayonunun bəzi kəndlərinin işğaldan azad edilməsi buna sübutdur. Prezident İlham Əliyev Azərbaycan xalqına son müraciətində yeni qələbə müjdəsi verdi. Zəngilan şəhəri
və rayonun bəzi kəndləri, eləcə də Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının bir sıra kəndləri işğalçılardan azad
olundu.
Deputatın sözlərinə
görə, Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlərində,
həmçinin xarici
kütləvi informasiya
vasitələrinə müsahibələrində
prinsipial mövqeyini dəfələrlə bəyan
edib: “Bu mövqe ondan ibarətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.
Bundan sonra məsələ siyasi müstəvidə həll
oluna bilər. Amma biz hələ
ki, erməni tərəfindən hər
hansı konstruktiv mövqe görmürük.
Əksinə, Ermənistanın
baş naziri indiyədək mövcud olan münaqişənin həlli ilə bağlı baza prinsiplərini inkar edir. Bilirsiniz ki, oktyabrın 10-da Moskvada Rusiyanın vasitəçiliyi ilə
tərəflər arasında
humanitar atəşkəslə
bağlı razılaşma
əldə olundu. Amma erməni tərəfi dərhal bu razılaşmanı pozdu. Onlar ikinci
dəfə də, yəni oktyabrın 18-də
də atəşkəslə
bağlı razılaşmaya
əməl etmədilər,
döyüş mövqelərimizi
və yaşayış
məntəqələrini intensiv
atəşə tutdular.
Bütün bunlar o deməkdir ki, işğalçı Ermənistan
bu razılaşmalardan
sui-istifadə edib itirdiyi mövqeləri geri qaytarmağa çalışır.
Ümumiyyətlə, münaqişənin tarixində
belə faktlar kifayət qədərdir. Mən təkcə bir faktı demək istəyirəm. 1992-ci ilin
mayında İranın
vasitəçiliyi ilə
Tehranda Azərbaycan və Ermənistanın rəhbərlərinin görüşdülər.
Şuşa şəhəri
məhz həmin görüş günü
işğal olundu.
Bu faktlar erməni xislətinin göstəricisidir. Paşinyan
hakimiyyəti indi də atəşkəs razılaşmasından öz
məqsədləri üçün
istifadə etməyə
cəhdlər göstərir.
Amma unutmamalıdırlar
ki, Azərbaycan
1990-cı illərin əvvəlindəki
Azərbaycan deyil”.
Döyüş meydanında məğlub
olan təcavüzkar Ermənistanın mülki
insanları hədəfə
aldığını bildirən
A.Vəliyev qeyd edib: “İşğalçı
erməni hərbi birləşmələrinin sentyabrın
27-də törətdikləri hərbi təxribat nəticəsində Gəncə,
Mingəçevir, Naftalan,
Xızı, Abşeron,
Goranboy, Daşkəsən,
Tərtər, Bərdə,
Ağdam, Ağcabədi,
Yevlax, Füzuli və Beyləqan kimi şəhər və rayonlar atəşə tutulub. Bu şəhər və rayonların bəziləri cəbhə
xəttindən xeyli uzaqda yerləşir. Xüsusilə Azərbaycanın
ikinci böyük şəhəri olan Gəncəyə raket hücumu miqyas baxımından dəhşətlidir.
Bu şəhərə
atılan ballistik raketlər qadağan olunmuş silahlardır və ermənilərin bu addımı müharibə cinayətidir.
Gəncəyə edilmiş
xain hücum nəticəsində 25 mülki
şəxs həlak olub, 55 nəfər yaralanıb. Ölənlər
arasında uşaqlar və qadınlar da var. Baş Prokurorluğun
son rəsmi məlumatına əsasən,
düşmənin xain
hücumları nəticəsində
ümumilikdə 63 mülki
şəxs həlak olub, 300 nəfərə yaxın insan yaralanıb. 1941 ev, 90 çoxmənzilli yaşayış
binası və 382 mülki obyekt yararsız vəziyyətə
düşüb.
İşğalçı
Ermənistanın bu hücumları beynəlxalq
hüquq normalarına
və humanitar prinsiplərə, o cümlədən
1949-cu il Cenevrə konvensiyalarına ziddir. Azərbaycanın müvafiq
dövlət qurumları,
eləcə də cəmiyyətimizin bütün
təbəqələri bu
həqiqətləri dünya
ictimaiyyətinə çatdırır.
Dünya ölkələrinə,
beynəlxalq təşkilatlara
bununla bağlı rəsmi müraciətlər
edilir, xarici kütləvi informasiya vasitələrində və
sosial şəbəkələrdə
informasiyalar yayılır”.
Bu gün
cəbhədə Ordumuzun
uğurlar qazanması
ilə yanaşı, diplomatik cəbhədə
də üstünlüyə
sahib olduğumuzu deyən Ağalar Vəliyev söyləyib ki, hazırda diplomatiya sahəsində də davamlı nailiyyətlər əldə
edirik. Belə ki, ötən illər ərzində diplomatiya sahəsində qazanılan uğurlar, beynəlxalq təşkilatların
Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı qəbul etdiyi qərarlar bizim üstünlüyümüzü artırıb. Bütün
ölkələr Azərbaycanın
ərazi bütövlüyünü
tanıyır. Hazırda
torpaqlarımızı hərbi
yolla azad edərkən məhz belə diplomatik uğurlara da istinad edirik. Bu gün rəsmi qurumlarımız diplomatik
fəaliyyətini uğurla
davam etdirir. İşğalçı Ermənistanın
havadarlarının çox
olmasına baxmayaraq, bu gün Azərbaycanın
haqq işini dəstəkləyən dövlətlərin
də sayı artmaqdadır. Ötən günlər ərzində
müxtəlif dövlətlərin rəsmi qurumları tərəfindən
verilən dəstək
bəyanatları da bunu təsdiqləyir.
“Təbii ki,
indiki şəraitdə
ölkəmizdə güclü
milli həmrəylik və vətəndaş birliyi mövcuddur. Xalqımızda yüksək
vətənpərvərlik ruhu var, hər
bir vətəndaş
qələbə xəbərlərinə
köklənib. Prezident
İlham Əliyevin verdiyi qələbə xəbərləri hamını
daha da ruhlandırır.
O cümlədən mənim təmsil etdiyim, cəbhə bölgəsində yerləşən
Goranboy, Ağdam və Tərtər rayonlarının sakinləri
də düşmən
qarşısında mərdliklə
dayanıb, yüksək
vətənpərvərlik mövqeyi nümayiş etdirirlər. İnşallah,
tezliklə bütün
işğalçılar torpaqlarımızdan
qovulacaq, Azərbaycanın
ərazi bütövlüyü
tam təmin ediləcək! Qarabağ Azərbaycandır!”,- deyə
deputat vurğulayıb.
İki sahil.- 2020.- 23 oktyabr.- S.22.