İsrailin səfiri Gəncədə erməni
terrorunun acı nəticələrinə şahidlik
edib
Oktyabrın 22-də İsrailin ölkəmizdəki səfiri
Corc Dik Ermənistan silahlı qüvvələrinin cəbhə
zonasından kənarda
yerləşən, Azərbaycanın
ikinci böyük şəhəri olan Gəncənin mərkəzi
hissəsini ballistik raketlərdən atəşə
tutması nəticəsində
dağılan evlərə
və mülki obyektlərə baxıb, erməni terrorunun acı nəticələrinə
şahidlik edib.
AZƏRTAC-ın
bölgəyə ezam
olunmuş müxbiri xəbər verir ki, səfirə məlumat verilərkən
sentyabrın 27-də mülki
əhaliyə qarşı
hərbi təxribata əl atan Ermənistan
silahlı qüvvələrinin
Azərbaycan əhalisinin
sıx yaşadığı
məntəqələri, infrastrukturu,
mülki obyektləri,
o cümlədən fərdi
və çoxmənzilli
yaşayış binalarını,
təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən intensiv atəşə tutaraq mülki obyektlərə ciddi ziyan vurduğu
bildirilib.
Qeyd edilib ki, oktyabrın 11-də düşmənin
məqsədli şəkildə
şəhərin mərkəzi
hissəsində yerləşən
çoxmənzilli yaşayış
binalarını ağır
artilleriyadan – SCUD raketlərindən
atəşə tutması
nəticəsində 5-i qadın
olmaqla, 10 nəfər
həlak olub. Həmçinin 10-u qadın,
9-u azyaşlı olmaqla,
40-dək insan yaralanıb.
Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı
obyektə ziyan dəyib.
Oktyabrın 17-də isə gecə saat 1 radələrində
Gəncənin mərkəzi
hissəsi yenidən ballistik raket atəşinə tutulub. Nəticədə 14 nəfər
həlak olub, 50-dən
artıq şəxs yaralanıb, çoxsaylı
mülki infrastruktur obyektlərinə, nəqliyyat
vasitələrinə külli
miqdarda ziyan dəyib.
İsrailli diplomat
erməni terroru zamanı həlak olan dinc sakinlərin
xatirəsinə ehtiram
əlaməti olaraq, dağılmış yaşayış
binalarının ətrafına
gül düzüb.
Corc Dik
sonra ermənilərin
dinc sakinlərin yaşadığı məntəqələrə
atdığı raket
zərbələri nəticəsində
evləri dağılmış
və müvəqqəti
olaraq yataqxanada məskunlaşmış sakinlərlə
görüşüb.
Səfir erməni
terrorundan zərərçəkən
sakinlərlə söhbət
edib, yaşayış
şəraitləri ilə
tanış olub.
İki sahil.-2020.- 23 oktyabr.-
S.9.