Sahibə Qafarova Cümhuriyyət Günü
münasibətilə türkiyəli
həmkarını təbrik
edib
Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.
Milli Məclisin Mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
Sahibə Qafarova türkiyəli həmkarına
29 Oktyabr - Cümhuriyyət
Günü münasibətilə
təbriklərini çatdırıb,
qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.
Milli Məclisin Sədri
qardaş Türkiyə
Respublikasının Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı ölkəmizə
göstərdiyi dəstəyə
görə bir daha minnətdarlığını
bildirib, iki qardaş xalqın həmişə bir-birinin
yanında olacağına
əminliyini ifadə edib.
Sahibə Qafarova
Ermənistanın son dövrlər döyüş
meydanında məruz qaldığı uğursuzluqlarla
barışmayaraq mülki
əhalini hədəfə
aldığını, bunun
müharibə cinayəti
olduğunu deyib.
Azərbaycan xalqının öz dövlətinin və Prezidentinin yanında olduğunu bildirən Sahibə Qafarova deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar
olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasındakı sarsılmaz
birlik Dağlıq Qarabağ məsələsinin
tam həllini təmin edəcək”.
Təbriklər və xoş
sözlər üçün
təşəkkürünü bildirən Mustafa Şentop Türkiyənin bundan sonra da
Azərbaycanın yanında
olacağını və
torpaqlarımızın düşmən
tapdağından tezliklə
tamamilə azad olunacağı günü
səbirsizliklə gözlədiklərini
diqqətə çatdırıb.
İki sahil.- 2020.- 30
oktyabr.- S.5.