Terrorla Azərbaycan
xalqını haqq yolundan döndərmək
mümkün deyil - Əli Əhmədov
“Erməni terrorçularının
vandalizmi sərhəd
bilmir, getdikcə daha eybəcər şəkil almaqda davam edir. Gəncənin
ardınca istifadəsi
qadağan edilmiş xüsusi dağıdıcı
gücə malik kassetli bombalarla Bərdənin hücuma məruz qalması, 21 nəfərin həlak olması, 70-ə qədər
insanın ağır
yaralanması bunun bariz ifadəsidir. Sentyabrın 27-dən bu günə qədər erməni terrorçular və vandalların qətlə yetirdiyi mülki insanların sayı 100-ə yaxınlaşır.
Bugünki erməni vandalları ata-babalarından
miras qalmış terrorçuluğu, uşaq
və qadın qatili olmaq ənənəsini
daha qəddarcasına
həyata keçirirlər.”
Bu, Azərbaycan Respublikası
Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun erməni silahlı qüvvələrinin Bərdə
şəhərində törətdiyi
qanlı terror aksiyası və bu terrorizmə bəzi beynəlxalq təşkilatların və
dövlətlərin susqun
münasibətindən bəhs
edən məqaləsində yer alıb.
“Artıq heç
kimə sirr deyil ki, terror
Ermənistanın dövlət
siyasəti səviyyəsinə
yüksəlmişdir. Gəncəyə
və Bərdəyə
atılan raketlərin
istifadəsinə dair
sərəncam yalnız
ən yüksək səviyyədə verilə
bilər. Ermənistanın terrorçu dövlət
olduğunu sübuta yetirmək üçün
bundan əlavə hər hansı dəlilə ehtiyac yoxdur.”-deyə, qeyd edən Əli Əhmədovun sözlərinə görə
erməni terrorçularının
vəhşilikləri fonunda
münaqişə zonasında
dəyərlər savaşının
getdiyi əyani şəkildə özünü
göstərməkdədir. Doğma torpaqlarını işğaldan
azad edən və özünün şərəfli missiyasını
döyüş meydanında
mərdi-mərdanə yerinə
yetirən Azərbaycan
əsgərinin qarşısında
açıq savaşdan
qaçaraq, mülki əhalini raket atəşinə tutan, qadınların və uşaqların qatilinə
çevrilən rəzil
erməni əsgərinin dayandığını
müşahidə etməmək
mümkün deyil. Özünü mədəni
dövlət kimi təqdim etməyə çalışan Ermənistanın
hərbiçilərinin və
onlara döyüş
əmrini verənlərin
dinc əhalini hədəfə alması,
onların sahib olduğu həqiqi dəyərlərin mahiyyəti haqqında aydın təsəvvür
yaradır. Namərdlik,
qorxaqlıq, kəmfürsətlilik,
satqınlıq erməni
terrorçularına xas
olan dəyərlərin
heç də tam olmayan siyahısıdır.
Bir daha əmin olursan ki, dahi rus
şairi A.S.Puşkin erməniləri dillər əzbəri olmuş dəyərləndirməsində nə qədər haqlı imiş.
Erməni vandalizminə
və terrorizminə bəzi beynəlxalq təşkilatların və
dövlətlərin susqun
münasibətinin olduğunu
bildirən Əli Əhmədov: “Azərbaycanın
dinc əhalisi arasında erməni terrorunun qurbanlarının
sayının artmasına
baxmayaraq, bir sıra dövlətlərin
və beynəlxalq təşkilatların qəribə
şəkildə susması
da diqqətdən yayınmır. Terrorizmə
qarşı mübarizəni
az qala öz
siyasi platformasının
əsas qayəsi hesab edən bir sıra dövlət
başçıları və
liderləri də nədənsə erməni
terroru qarşısında
susmağa üstülük
verir. Başqa vaxtlar ən adi hadisələrdə “böyük” pozuntular görməyə çalışan
xadimlərin və təşkilatların bu cür davranışı
erməni terrorizminin gizli şəkildə həvəsləndirilməsindən başqa bir şey deyildir.
Gəncədə və Bərdədə törədilən vəhşi
terror aktları erməni vandalizminin iyrənc ifadəsi olmaqla yanaşı, həm də Ermənistan rəhbərliyinin
eybəcər hərbi
taktikası kimi tətbiq edilir. Döyüş meydanında
ağır məğlubiyyətə
düçar olan Ermənistanın hərbi
siyasi rəhbərliyinin
xilas yolunu öz tarixi ənənələrinə uyğun
olaraq terrorda görməsi bəlkə
də təəccüblü
deyil. Erməni siyasətçilərindən ötrü terror məqsədlərinə çatmaq
naminə istifadə etdikləri ən “sevimli” mübarizə üsuludur. İndi bu iyrənc vasitədən istifadə
etməklə Azərbaycan
xalqını vahiməyə
salmağa, haqq işi uğrunda apardığı mübarizəsindən
döndərməyə çalışırlar.
Lakin erməni vandallarının
törətdiyi terrorlar
nə qədər iyrənc, nə qədər qan donduran olsa da,
xalqımızı haqq
işindən döndərə
bilməz. Əksinə,
namərdlərin dinc əhaliyə xain hücumları xalqımızı
dövlətin, Ordunun
və Ali Baş Komandanın ətrafında daha sıx birləşdirir, mübarizə əzmini daha da artırır.
Terrorla Azərbaycan xalqını haqq yolundan döndərmək
mümkün deyil.”- deyə, qeyd edib.
İki sahil.- 2020.- 30
oktyabr.- S.6.