Ermənistan cəbhədə aldığı ağır məğlubiyyətlərin acısını dinc sakinlərdən çıxır

 

 

Xarici diplomatlar Bərdədə erməni terrorunun izləri ilə tanış olublar

 

 

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 29-da Bərdəyə səfər ediblər.

 

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, diplomatları hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş prokuror Kamran Əliyev başqaları müşayiət ediblər.

 

Səfərin məqsədi diplomatları hərbi attaşeləri oktyabrın 27 28-də cəbhə zonasından kənarda yerləşən, 100 min əhalisi olan Bərdədə Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

 

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş prokuror Kamran Əliyev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Qəzənfər Əhmədov yerli xarici jurnalistlərə açıqlamalar veriblər.

 

Daha sonra erməni terrorunun izləri ilə tanışlıq olub. Bildirilib ki, Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında geri çəkilən düşmən beynəlxalq hüququn norma prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən Azərbaycan şəhərlərini əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

 

Ermənistan cəbhədə aldığı ağır məğlubiyyətlərin acısını dinc sakinlərdən çıxır Azərbaycanın mülki şəxslərini hədəf alır. Ermənistana qarşı siyasi-diplomatik təzyiqlərin olmaması bu ölkənin əməllərinin qınanmaması onu yeni cinayətlər törətməyə sövq edir. İstifadəsi qadağan olunmuş raketlərin dinc insanlara qarşı tətbiq edilməsi nəticəsində çoxsaylı mülki şəxs həlak olub. Ümumiyyətlə sentyabrın 27-dən bəri mülki şəxslərdən 90 nəfər həlak olub, 400-ə yaxın dinc sakin isə xəsarət alıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya raket atəşi nəticəsində 2338 ev, 92 çoxmənzilli yaşayış binası 415 mülki obyekt yararsız vəziyyətə düşüb.

 

Diqqətə çatdırılıb ki, oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində aralarında 7 yaşlı uşaq da olmaqla, 5 mülki şəxs həlak olub, 10-a yaxın dinc sakin yaralanıb. Ondan bir gün sonra - oktyabrın 28-də yenidən düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq qadınlar da olmaqla, 21 dinc sakin həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Erməni terroru nəticəsində ölənlər arasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) könüllüsü var. O, Bərdə şəhərində dinc sakinlərə humanitar dəstək verərkən qətlə yetirilib.

 

Beləliklə, Ermənistan atəşkəs rejiminə üçüncü dəfədir əhəmiyyət vermir. Oktyabrın 10-da Moskvada birgə bəyanat, oktyabrın 18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi oktyabrın 24-də Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən kobud şəkildə pozulub.

 

İki sahil.- 2020.- 30 oktyabr.-S.-7