Dünyanın heyranlıqla izlədiyi Azərbaycan Ordusunun taktiki
hücumları savaş tarixində bir ilkdir
Ordumuz
işğalçıya sübut etdi ki, artıq onlar
üçün cəzasızlıq mühiti bitib və Azərbaycanın
şərtləri ilə razılaşmağa məhkumdurlar
Prezident İlham Əliyevin
rəhbərliyi altında
kifayət qədər
güclənərək nəinki
regionun, hətta dünyanın sayılıb-
seçilən ölkəsinə
çevrilmiş Azərbaycan
hazırda işğalçı
Ermənistana Qarabağdakı
sərt döyüşlərdə
iradəsini və hökmünü göstərir.
Bu gün Ermənistan müzəffər
ordumuz qarşısında
aciz duruma düşüb və təslim olmaq ərəfəsindədir.
Oktyabrın 27-də torpaqlarımızın
işğaldan azad edilməsi üçün
başladığımız sürətli əməliyyatların
bir ayı tamam oldu. Dünyanın
da heyranlıqla izlədiyi Azərbaycan Ordusunun taktiki hücumları savaş tarixinə bir ilk, bir
möcüzə kimi yazılır. Heç dətəsadüfi deyildir
ki, 30 ildir işğalçı Ermənistanın
sərt relyefə malik olan Qarabağda
qurduğu müdafiə
istehkamları ordumuz tərəfindən qısa
müddətdə darmadağın
edildi. Nəticədə
bir ay ərzində
işğal altındakı
4 şəhər, 4 qəsəbə,
178 kənd, bir çox strateji yüksəkliklər azad edildi.
Bu qələbələrimizin
geosiyasi uğuru da çox əhəmiyyətlidir.
Belə ki, BMT Təhlükəsizlik
Şurasının (TŞ) 27 ildir Ermənistan ordusunun işğal etdikləri Azərbaycan torpaqlarından qeyd- şərtsiz çıxmalarına
dair qəbul etdiyi dörd qətnamənin icrasını 27 ildən sonra məhz Azərbaycan Ordusu həyata keçirir.
Beləliklə, Füzuli,
Cəbrayıl və Qubadlının əksər
hissəsinin azad edilməsi ilə 874 saylı qətnamə, Zəngilanın işğaldan
azad edilməsi ilə 884 saylı qətnamə aktuallığını
itirib. Prezident İlham Əliyev 26 oktyabrdakı xalqa müraciətində bildirdi
ki, artıq Kəlbəcər rayonunun
bir hissəsi işğaldan azad edilib. Bu proses
başa çatdıqdan
sonra 822 saylı qətnamənin də icrası təmin olunmuş sayılır. Müdafiə
Nazirliyi oktyabrın
26-da səhər açıqladı
ki, Ermənistan silahlı qüvvələri
Azərbaycan Ordusunun Laçın rayonunun Səfiyan kəndindəki
bölmələrini atəşə
tutub. Artıq bu, o deməkdir ki, 853 saylı qətnaməni də Azərbaycan Ordusu icra etməkdədir. Təbii ki, əgər Ermənistan xoşluqla və tezliklə yerdə qalan torpaqlarımızdan çıxmasa, digər qətnamələri də
Azərbaycan Ordusu reallaşdırmağa başlayacaq.
Məhz Ali
Baş Komandan İlham Əliyev Dağlıq Qarabağın
əzəli Azərbaycan
torpağı olmasını
bütün beynəlxalq
platformalarda dəfələrlə
dünyaya çatdırmaqla
kifayətlənmir, həm
də onu döyüş meydanlarında
real şəkildə
xalqımıza qaytarır.
Eyni zamanda, son bir ay
ərzində status-kvo
bizim xeyrimizə dəyişmişdir və
təmas xəttini ordumuz təyin etməkdədir. Qarabağda
referendum oyunlarına birdəfəlik son qoyulmuşdur. Məhz cənab İlham Əliyevin Ali Baş Komandan
kimi ortaya qoyduğu sərkərdə
qətiyyətliliyi və
prinsipiallığı Azərbaycan
xalqında özünə
böyük inam yaradıb
Digər tərəfdən,
məlumdur ki, Ermənistanın təcavüzkar
siyasəti Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün
böyük təhdid
yaradır. Zəngin iqtisadi potensiala malik bu regionun
resurslarından yetərincə
istifadə imkanlarının
qarşısını alır,
bölgəyə investisiya
axınını zəiflədir,
həyata keçirilən
irimiqyaslı layihələr
üçün böyük
risklər doğurur.
XXI əsrin üçüncü onilliyi
ərəfəsində, bəşəriyyətin
gəlib çatdığı
indiki inkişaf mərhələsində iki
qonşu ölkədən
birinin təcavüzkar
siyasəti ucbatından
belə bir regional münaqişənin
baş verməsi, insan itkilərinin olması, mülki və sənaye obyektlərinə böyük
ziyan dəyməsi, insanların rifahına, elmə, təhsilə, səhiyyəyə, innovasiyalara,
insan kapitalına, mədəniyyətin inkişafına
və digər bu kimi yüksək
dəyərlərə sərf
edilməli olan vəsaitin silahlara xərclənməsi, əlbəttə,
adamı ağrıdır.
Amma işğalçıya
öz yerini göstərməkdən ötrü
əfsuslar olsun ki, bəzən hərbdən başqa yol qalmır. Dünyada sülhün və təhlükəsizliyin
təmin olunmasının
beynəlxalq hüquqi
vasitələri hələ
ki, dövlətlər
arasında dinc münasibətlərin tam
təminatı rolunda çıxış edə
bilmir.
Uzun illər ərzində
Ermənistanın bu beynəlxalq tələblərə
məhəl qoymadığını,
mövcud status-kvonu hər vəchlə uzatmağa çalışdığını
və beynəlxalq ictimaiyyətin də buna göz yumduğunu,
üstəlik, düşmənin
yeni təxribatlara, xalqımıza qarşı
təhqiramiz davranışlara
əl atdığını görən
Azərbaycan pozulmuş
haqq-ədaləti indi
məhz müzəffər
ordusunun gücü ilə bərpa etməkdədir və bunu edir.
Prezident İlham Əliyev
müsahibələrində bu prinsipial və
mühüm məsələyə
də münasibət
bildirərək qeyd edir ki, əfsuslar
olsun, Ermənistanın
yeni hökuməti ilə münaqişənin
sülh yolu ilə nizamlanması perspektivləri
çox uzaqdır: «Çünki Ermənistan
rəhbərliyi tərəfindən
verilmiş çox səmərəsiz
və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində,
danışıqları mənasız
etmişdir. Çünki
danışıqlar masasında
əsas mövzu həmişə BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə
müvafiq olaraq Azərbaycanın işğal
olunmuş ərazilərinin
boşaldılması
idi. Ermənistanın təlxək və
düşük baş
naziri «Qarabağ Ermənistandır» bəyan
edəndə, Azərbaycanın
qondarma «Dağlıq Qarabağ hökuməti» ilə danışıqlar
aparmalı olduğunu
deyəndə, dinc Gəncə şəhərinə
ballistik raket zərbəsi vurmaq əmri verəndə digər şəhərlərinə gündəlik
olaraq hücum edəndə danışıqları
aparmaq üçün
o qədər də imkan qalmır. Buna görə də biz Ermənistan
hökumətinə sübut
etməli idik ki, artıq onlar bu cəzasız
təcavüzkar addımları
ata bilməzlər.»
Regionda sülhün, sabitliyin,
inkişaf mühitinin
təmin edilməsinə
dəstək verməli
olan, bu münaqişənin həllini
həqiqətən səmimi
şəkildə istəyən
beynəlxalq təşkilatların,
vasitəçi ölkələrin
üzərinə böyük
vəzifələr düşür.
Eyni zamanda sülh missiyasında ədalətin təmin olunması üçün
bölgədə mühüm
rola malik Türkiyənin də bu prosesdə iştirakı mütləq
təmin edilməlidir.
Azərbaycan Prezidenti bununla bağlı ölkəmizin mövqeyini
müxtəlif müsahibələrində
bəyan edib. Həm Azərbaycana dost, qardaş münasibətindən,
həm də özünün strateji dövlət maraqlarından
irəli gələrək
regionda sabitliyin, davamlı inkişaf mühitinin olmasını
arzulayan Türkiyə
Cənubi Qafqazda sülh və təhlükəsizliyin əsas
təminatçılarından biri rolunda çıxış
edə bilər. Ümumən Azərbaycan xalqı hər zaman olduğu kimi, Türkiyənin son hadisələrdə tutduğu mövqeyi, bizə uzatdığı
qardaş əlini, Türkiyə Cümhuriyyətinin
Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və dost ölkənin digər rəsmilərinin
işğalçı Ermənistana
və onun havadarlarına qarşı sərt bəyanatlarını heç
zaman unutmayacaq. Bu, Azərbaycan və Türkiyə arasında tarixin sınaqlarından çıxmış
dostluq, qardaşlıq
münasibətlərinin növbəti
təntənəsidir. Prezident
İlham Əliyev Türkiyənin NTV televiziyasına
verdiyi müsahibəsində
bəyan edir: «Artıq Türkiyə-Azərbaycan
birliyi bir reallıqdır. Bununla hər kəs barışmalıdır. Nə qədər
çox vaxt keçsə, bizim birliyimiz daha da güclənəcək.
Çünki Türkiyənin
potensialı, Azərbaycanın
təbii resursları,
bizim aramızda olan nəqliyyat layihələri, Türkiyə
və Azərbaycan vasitəsilə Avropanın
enerji təhlükəsizliyinin
təmin edilməsi, eyni zamanda Orta
Asiyadan, Əfqanıstandan, Azərbaycan və Türkiyə ərazilərindən
yeni nəqliyyat layihələrinin icra edilməsi - bütün bunlar yenilikdir... Çox şadıq ki, bizim Türkiyə
kimi qardaş ölkəmiz var, güclü dövlət var, sözünü deyən, maraqlarını
müdafiə edən,
heç kimdən çəkinməyən və
irəliyə gedən. Bu, bizim gücümüzü
artırır. Türkiyə
üçün Azərbaycan,
Azərbaycan üçün
Türkiyə bir nömrəli müttəfiqdir”.»
Elçin Zaman,
İki sahil.- 2020.- 30 oktyabr.-S.25