Nobel
mükafatına layiq görülən xanımlar
Dünyanın ən məşhur və nüfuzlu mükafatlarından biri olan və 1901-ci ildən verilən Nobel mükafına bu günə qədər 58 qadın layiq görülüb. Adətən sülh və ədəbiyyat qadınların ən çox mükafat aldığı sahələrdir. İndiyə qədər qadınlar ən çox ədəbiyyat və sülh kateqoriyalarında Nobel mükafatına layiq görülüb.
Nobel
mükafatını ilk alan qadın Mariya Küri olub.
1903-cü ildə fizika, 1911-ci ildə isə kimya sahəsində
mükafata layiq görülən radiologiya elminin qurucusu
Küri Nobel mükafatını iki dəfə alan tək
qadındır. Süni radioaktivliyin kəşfindən bir
neçə ay sonra, 1934-cü ildə Mariya Küri
şüalanmanın doğurduğu qan xərçəngindən
dünyasını dəyişib. Fizika və kimya elminin təmsilçisi
olmasına baxmayaraq, o, uranın
radioaktivliyi haqqında xəbərsiz
olub. O, həmçinin insan orqanizmi üçün təhlükəli
olan radium elementini üzərində talisman kimi gəzdirib.
1901-ci ildən,
Nobel sülh mükafatının verilməsinə
başlanandan bəri dünya üzrə 15 qadın bu
mükafata layiq görülüb. 1905-ci ildə bu mükafata
ilk dəfə Avstriyadan yazıçı Berta Von Sattner layiq
görülmüşdü.
Nobel
sülh mükafatını qazanan ən gənc qadın isə
Malala Yusifzaydır. O, 2014-cü ildə hələ 17
yaşında olarkən bu mükafata layiq görülüb.
Yusifzay qazandığı 1,1 milyon ABŞ dolları olan pul
mükafatını Pakistandakı məktəblərə verəcəyini
açıqlamışdı. Xüsusilə qız
uşaqlarının təhsili məsələsində
adı simvollaşdırılan Malala adına açılan
fondla inkişaf etməkdə olan ölkələrin bir
çoxunda qızların məktəbə gedə bilməsi
üçün işləməyə davam edir. Malala 9 oktyabr
2012-ci ildə məktəbə getmək üçün
mindiyi avtobusda hücuma məruz qalmışdı. Avtobusa minən
Taliban silahlısı onun adını soruşub, daha sonra
qıza üç dəfə atəş açıb.
Başından yaralanan Malala hücumdan 6 gün sonra müalicə
üçün İngiltərəyə aparılıb,
burada başına metal lövhə yerləşdirilmişdi.
Myanma
xarici işlər naziri və prezidentlikdən məsul dövlət
naziri Aung San Suu Çii 1991-ci ildə “demokratiya və insan
hüquqları üçün şiddəti rədd edən
mübarizəsi” səbəbi ilə sülh mükafatına
layiq görülüb.
Ərəb
dünyasında Nobel sülh mükafatı qazanan ilk qadın
olan yəmənli Təvəkkül Karman da qadının cəmiyyət
içindəki rolunun gücləndirilməsinə verdiyi
töhfələrə görə bu mükafatla
mükafatlandırılıb. Karman 2011-ci ildə Liberiya
prezidenti Ellen Conson-Sirleaf və liberiyalı Leymah Gbovi ilə
birlikdə bu mükafata layiq görülüb.
Selma
Laqerlof isə ədəbiyyat sahəsində 1909-cu ildə
mükafat alan ilk qadın və ilk isveçli
yazıçı olub. Əsərlərini digərlərindən
fərqləndirən yüksək idealizmə, aydın parlaq
fikir və müqəddəsliyi tərənnüm etdiyinə
görə o bu mükafata layiq görülmüşdür.
Fiziologiya
və tibb sahəsindəki ilk mükafatı 1947-ci ildə
biokimyaçı Gerti Tereza Kori alıb. Kori qlikogenin katalitik çevrilməsinin
gedişatını kəşf etdiyinə görə bu mükafata layiq
görülmüşdür. Kori mükafatı həyat
yoldaşı Karl Ferdinand Kori və argentinalı fizioloq
Bernardo Hussay ilə paylaşmışdı.
Afrikada isə
sülh mükafatını ilk alan qadın Vanqari Mathay olub. O,
2004-cü ildə davam etdirilə bilən inkişaf, demokratiya
və sülhə verdiyi töhfələrinə görə
bu mükafata layiq görülüb.
Fransalı
Fransua Barre-Sinoussi də 2008-ci ildə HİV kəşfləri
səbəbi ilə fiziologiya və tibb mükafatı
qazanıb.
İqtisadiyyat
üzrə Nobel mükafatını alan ilk qadın Elenor
Ostrom olub. Amerikalı siyasi iqtisadçı bu mükafata
2009-cu ildə layiq görülüb.
2013-cü
ildə Nobel Komitəsi müasir qısa hekayə
janrındakı ustalığına görə Elis Manronu ədəbiyyat
üzrə Nobel mükafatının qalibi elan etdi. Elis Manronu
“Kanadanın Çexovu” adlandırırlar. Manro hekayələrində
sevgi və ölüm kimi mövzuları ön plana
çıxarır. Hekayələrin mərkəzində
qadınlar dayanır. Manronun qadın obrazları mədənidir
və kitab sevəndir.
Olqa
Tokarçuk 2018-ci il ədəbiyyat üzrə Nobel
mükafatına layiq görülmüşdür. 57
yaşlı Olqa Tokarçuk yaşıdları arasında polyak
dilində yazan ən güclü yazıçı kimi
göstərilir. Mükafat komitəsi xüsusilə “Yakobun
kitabları” adlı XVIII əsr Avropasında baş verən
hadisələrdən bəhs edən epik romandan çox təsirləndiyini
vurğulayıb. Olqa Tokarçuk, həmçinin 2018-ci ildə
xarici dildə ən yaxşı film "Oskar"
mükafatına namizəd olan “Spoor” filminin ssenaristi olub.
Statistik
göstəricilərə görə, qadın laureatların
təmsil olunduğu ölkələrdən birinci yeri Amerika
Birləşmiş Ştatları, ikinci yeri isə İngiltərə
tutur.
Bu İl
Nobel mükafatına kimya sahəsində Jeniffer Dudna və
Emmanuel Şerpantye layiq görülüblər. Onların kəşf
etdikləri "genetik qayçı" üsulu, genomu təkmilləşdirmək
üçün bir vasitədir.
Bunun sayəsində həm insanların, həm
heyvanların, həm də bitkilərin
sağlamlığını yaxşılaşdırmaq
mümkündür.Onların kəşf etdiyi "genetik
qayçı" metodu xərçəng
və irsi xəstəliklər
kimi müxtəlif sferalarda mübarizə məqsədi
daşıyır.
2020-ci ildə
fizika sahəsində mükafata layiq görülən digər qadın Andrea Mia Qomezdi. Bu xanım
Reinhard Gentzelin komandasında olsa da, onlardan xəbərsiz Kek rəsədxanasında
araşdırmalar apararaq, bu qənaətə gəlib
ki,qalaktikamızın mərkəzində ifrat kütləli
kompakt bir obyekt var.Təqdim etdiyi elmi dəlillərə
görə, qalaktikamızın mərkəzində həmçinin bir qara dəlik var.
Son on ildə
qadın Nobel mükafatı laureatlarının sayının
artması bu tendensiyanın gələcəkdə də davam
edəcəyi və qadınların elmi fəaliyyətinin ən
yüksək səviyyədə qiymətləndiriləcəyi
ilə bağlı ümidləri gücləndirir.
Samirə Tağıyeva
İki sahil.- 2020.- 31 oktyabr.- S.31.