Təhsilə dövlət qayğısı
parlaq gələcəyin
təminatıdır
Azərbaycanda
təhsilə qayğı ölkənin gələcəyinə
xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən
biridir. Təhsil sisteminin müasir
tələblər səviyyəsində
qurulmasının əsasında
məhz məqsədyönlü
siyasət və düşünülmüş strategiya dayanır. İnşa olunan hər bir məktəb
binası, yaradılan
müasir təhsil infrastrukturu savadlı, intellektli və vətənpərvər gəncliyin
yetişdirilməsi
məqsədlərinə xidmət
edir. Dövlət qayğısı təhsildə
keyfiyyətin yüksəldilməsinə
zəmin yaradır, daha yüksək hazırlıqlı nəsillərin
yetişdirilməsi işinə
güclü təkan verir. Müəyyənləşdirilmiş
hədəflərə nail
olunması istiqamətində
əldə edilmiş
uğurlarda dövlətin
qayğısı əsas
rol oynayır, təhsil işçilərini
daha böyük nailiyyətlərə səsləyir.
Təhsilə ümumi inkişafın tərkib hissəsi kimi yanaşan ulu öndər Heydər Əliyev deyib: "Təhsil Azərbaycanın gələcəyini
təmin edən bir sistemdir”. Təsadüfi deyil ki, bu gün ölkəmizdə
təhsilə hərtərəfli
qayğı göstərilir,
ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Ölkəmizdə
təhsil sahəsində
həyata keçirilən
islahatlar göz önündədir. Müstəqil Azərbaycanın
gələcəyinin daha
etibarlı təminatı
üçün təhsil
islahatları daim dərinləşdirilir. Müasir
təhsil yanaşması
məktəb şəbəkəsinin
bəlli səviyyəyə
çatdırılmasını tələb kimi qarşıya qoyur. Bu məqsədlə ölkəmizdə müvafiq
dövlət proqramları
həyata keçirilir,
məktəblər müasir
tədrisin tələblərinə
uyğun infrastrukturla təmin olunur. Sözsüz ki, təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb
infrastrukturunun inkişafı
böyük əhəmiyyət
kəsb edir.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı
Şəhəri üzrə
Təhsil İdarəsinin
(BŞTİ) müdiri Rəşad
Tağıyev söyləyib.
O bildirib ki, 2020-2021-ci
tədris ili ərəfəsində paytaxtdakı
yeni inşa olunan və ya əsaslı təmir edilən təhsil müəssisələri
artıq istifadəyə
hazırdır. Sevindirici
haldır ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev bir sıra təhsil müəssisələrində görülmüş işlərlə
şəxsən tanış
olub və açılış mərasimlərində
iştirak edib. Məlum olduğu kimi, dövlət başçısı
sentyabrın 7-də paytaxtın
Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil
ocağının yeni
korpusunun açılışında
iştirak edib.
1974-cü ildən fəaliyyətdə
olan, ümumilikdə
1700-ə yaxın şagirdin
təhsil aldığı
məktəb sıxlıq
olduğu üçün
ikinövbəli fəaliyyət
qrafiki ilə işləyirdi. Yeni korpus bu problemi
aradan qaldıracaq. 840
şagird yerlik olan yeni korpusda
məktəblilərin təhsil
almaları üçün
hərtərəfli şərait
yaradılıb.
Xüsusi olaraq
onu da qeyd
etmək istərdim ki, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın təhsilin
inkişafındakı rolu
bu sahədə çalışan hər
kəsə ruh verir. Müxtəlif sosial inkişaf proqramları çərçivəsində
inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər Heydər Əliyev Fondunun reallaşdırdığı
tədbirlərin yalnız
bir hissəsidir.
Heydər Əliyev Fondunun
"Yeniləşən Azərbaycana
yeni məktəb” proqramı çərçivəsində
inşa olunan 216 nömrəli tam orta məktəb binasının açılışında
da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib və təhsil
ocağında yaradılan
şəraitlə tanış
olublar. Xüsusi qayğıya ehtiyacı
olan, sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum
uşaqların təhsilinin
təşkili, onların
təhsil aldığı
müəssisələrin maddi-texniki
və tədris bazasının möhkəmləndirilməsi
istiqamətində Heydər
Əliyev Fondu tərəfindən məqsədyönlü işlər görülüb,
sağlamlıq imkanları
məhdud uşaqlar üçün internat məktəbləri və
xüsusi məktəblər
əsaslı təmir
edilib və ya yenidən qurulub, həmin müəssisələr müasir
tələblərə cavab
verən inventar və avadanlıqlarla təchiz edilib.
BŞTİ-nin müdiri diqqətə çatdırıb ki, paytaxtın ümumi təhsil məktəblərində
yeni dərs ilinə hazırlıq işləri davam edir. Təhsil İdarəsinin tabeliyindəki
8 ümumi təhsil müəssisəsində tikinti
və əsaslı təmir işləri aparılır. Həmçinin
ehtiyac olan ərazilərdə 6 yeni məktəb inşa olunur. Yeni dərs ilinə
hazırlıq çərçivəsində
205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək
yenidən tikintisi, 90,
97 nömrəli tam orta məktəblərin əsas korpuslarının
əsaslı təmiri,
köhnə korpuslarının
sökülərək yenidən tikintisi, 122 nömrəli tam orta məktəbin əsaslı təmiri, idman zalı, kitabxana və əlavə sinif otaqlarının tikintisi,
155 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən
tikintisi aparılır.
Həmçinin 154 nömrəli tam orta məktəbin
bütövlükdə sökülərək
yenidən tikintisi, 251
nömrəli tam orta məktəb üçün əlavə
korpusun tikintisi, 216 nömrəli tam orta məktəb üçün digər ərazidə yeni binanın tikintisi yerinə yetirilib. Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində
cari təmir və mühəndis-kommunikasiya
işləri həyata
keçirilir. Ümumi
təhsil məktəblərinin
təmir-tikinti işləri
son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər
ümumilikdə, təhsilalanların
tədris şəraitinin
yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət
edir. Son 17 ildə Azərbaycanda dövlətin və Heydər Əliyev Fondunun xətti ilə 3500-dən çox
məktəb ya yenidən tikilib, ya da əsaslı
təmir edilib. Görülən bu işlər
bir tərəfdən
gənclərin yüksək
səviyyəli təhsil
almasına xidmət edirsə, digər tərəfdən onların
daha hərtərəfli
yetişməsi, nüfuzlu
universitetlərdə təhsillərini
davam etdirməsi, dünya təhsil sisteminə inteqrasiya baxımından da böyük əhəmiyyət daşıyır.
Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin
olmağa əsas verir ki, müasir
Azərbaycan təhsili
özünün zəngin
mütərəqqi ənənələrinə,
milli-mənəvi və
ümumbəşəri dəyərlərə,
beynəlxalq təcrübəyə
əsaslanaraq daha
da inkişaf edəcək. Yaradılmış
şərait və dövlət qayğısı
təhsil işçilərini
ruhlandırır, onları
öz fəaliyyətlərinə
daha yaradıcı yanaşmağa sövq edir. Məktəb işi təkcə pedaqoji kollektivin üzərinə düşən
vəzifə deyil. Tədrisin səviyyəsinin
yüksəldilməsi, məktəblərin
fəaliyyətinin gücləndirilməsi,
eyni zamanda, dövlətin və cəmiyyətin məktəblə
birgə fəaliyyəti
nəticəsində mümkün
olur. Hər bir təhsil ocağı göstərilən
dövlət qayğısını
qazandığı nailiyyətlərlə
doğrultmalıdır. Təhsilli,
vətənpərvər, hər
hansı peşəyə
sahib olan gənclər yetişdirmək
məktəb kollektivinin
qarşısında duran
əsas vəzifədir.
"Hazırda yeni
tədris ilinin astanasındayıq. Xüsusi karantin rejimi
dövründə təhsil
müəssisələrində tədris və təlim-tərbiyə prosesinin
təşkili barədə
Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən tədris
planları artıq təsdiq olunub. Ümumi təhsil müəssisələrində dərs məşğələlərinin
I-IV siniflərdə sentyabrın
15-dən əyani və
distant (məsafədən), V-IX siniflərdə sentyabrın
15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə
sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani
və distant (məsafədən)
formalarda başlaması
nəzərdə tutulur.
Dərslər epidemioloji vəziyyətdən
və məktəbdə
şagird sıxlığından
asılı olaraq müəyyən edilmiş
qaydada təşkil ediləcək. Təhsilverənlərin və təhsilalanların
sağlamlıqlarını qorumaları üçün
şəxsi gigiyena qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur. Hər bir vətəndaş dövlət tərəfindən
mövcud təhlükənin
qarşısının maksimum
dərəcədə alınmasına
yönəlmiş tədbirlərə
bundan sonra da dəstək verməlidir.
Pandemiya dövründə
Azərbaycanda dövlət
səviyyəsində həyata
keçirilən məqsədyönlü
tədbirlər nikbin olmağa, təhsil sisteminin bu sınaqlardan
da üzüağ çıxacağını
söyləməyə əsas
verir”,- deyə
Rəşad Tağıyev
qeyd edib.
Tağıyev Rəşad
İki sahil.-
2020.- 10 sentyabr.- S.17.