Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

 

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti sentyabrın 11-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopla görüşüb.

 

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarovanı nümayəndə heyətinin üzvlərini salamlayan Mustafa Şentop Türkiyə Azərbaycanın qardaş ölkələr olduğunu bildirib. Qeyd edib ki, Türkiyə Azərbaycan əsrlərboyu dərin tarixi dostluq qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, bir millətdir. Azərbaycanın acısı bizim acımız, Azərbaycanın sevinci bizim sevincimizdir.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Mustafa Şentop diqqətə çatdırıb ki, Ermənistan təkcə Azərbaycana deyil, bütün bölgəyə təhdiddir. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, biz hər zaman Azərbaycanın yanındayıq Azərbaycana istənilən məsələdə dəstək olmağa hazırıq. Bu baxımdan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Türkiyə hər zaman Azərbaycanın yanındadır.

 

TBMM-in Sədri qeyd edib ki, Azərbaycan Prezidentinin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər Türkiyənin 83 milyonluq əhalisinin qəlbinə su səpdi. Mustafa Şentop Yunanıstanla bağlı məsələdə Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkürünü çatdırıb.

 

Milli Məclisin Sədri Sahibə Qafarova səmimi görüşə görə minnətdarlıq edərək parlamentin başçısı kimi ilk olaraq Türkiyəni ziyarət etməsindən məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasında gözəl bir ənənə formalaşıbyüksək vəzifəli dövlət rəsmilərimiz vəzifələrinin icrasına başladıqdan sonra ilk rəsmi xarici səfərlərini qarşılıqlı şəkildə qardaş ölkəyə edirlər. Mən bu gözəl ənənəyə sadiq qalaraq ilk xarici rəsmi səfərimi məhz dost ölkə Türkiyədən başladım. Bu, olduqca təqdirəlayiqdir mən əminəm ki, iki qardaş ölkə arasında bu gözəl ənənə bundan sonra da yaşayacaq.

 

Sahibə Qafarova təəssüflə bildirib ki, koronavirus pandemiyası səbəbindən bu səfəri daha əvvəl həyata keçirmək mümkün olmadı. Sədr pandemiyaya qarşı aparılan çox səmərəli mübarizə ilə bağlı qardaş Türkiyəni təbrik edib.

 

Azərbaycan-Türkiyə münasibətlərindən danışan Milli Məclisin Sədri qeyd edib ki, dünya siyasi sistemində bunun alternativi yoxdur. Bu münasibətlərin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir.

 

Sədr diqqətə çatdırıb ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi xalqlarımız arasında münasibətlərin ruhuna uyğun olaraq qardaş parlamentlər xarakterinə sahibdir. Bu qardaşlıq parlamentlər arasında həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda özünü göstərir.

 

Parlamentlərimizdə qarşılıqlı fəaliyyət göstərən dostluq qrupları vardır. Azərbaycan tərəfdən Əhliman Əmiraslanov, Türkiyə tərəfdən isə Şamil Ayrım bu qruplara uğurla rəhbərlik edirlər. Şamil Ayrım Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi xidmətlərə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindənDostluqordeninə layiq görülüb.

 

Sahibə Qafarova deyib ki, parlament rəhbərləri ilə yanaşı, dostluq qruplarımız arasında da qarşılıqlı səfərlərin görüşlərin artırılması olduqca mühümdür. Çünki dostluq qruplarının təmaslarının intensivləşməsi ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə mühüm töhfə verir.

 

Sədr iyulun 12-də Ermənistan tərəfindən Tovuz istiqamətində sərhəddə törədilən təxribatla bağlı Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya – AK Parti, CHP, MHP İYİ Partinin ortaq bəyanatla çıxışına görə Türkiyə siyasətçilərinə, siyasi partiyalarına bir daha dərin minnətdarlığını bildirib.

 

Xanım sədr vurğulayıb ki, bir millət, iki dövlət olaraq tariximizdə çox oxşarlıqlar var. Buna görə gələcəyimizi gərək elə quraq ki, bunları qoruyub saxlayaq.

 

Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər bütün Azərbaycanın mövqeyidir.

 

Siz qeyd etdiyiniz kimi, Azərbaycanla Türkiyə arasında çox sıx münasibətlər var. Bu günədək iki ölkə arasında 249 sənəd imzalanıb. Bu sənədlər təhsildən tutmuş enerji layihələrinə qədər müxtəlif sahələri əhatə edir. Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri təkcə bizim ölkələr üçün deyil, bütün bölgə üçün mühüm layihələrdir bunu birlikdə həyata keçirməyimiz bizim birliyimizdən, qardaşlığımızdan dostluğumuzdan xəbər verir. Hesab edirəm ki, biz bu münasibətləri daha da genişləndirməliyik.

 

Sonda görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

İki sahil.- 2020.- 12 sentyabr.- S.3