Şamil Ayrım: Fəxr edirik ki, Azərbaycan Türkiyə birlikdə inkişaf edir, birlikdə güclənir

 

 

 

Sentyabrın 15-i Azərbaycan və Türkiyə arasında əbədi körpünün salındığı bir gündür. Böyük sərkərdə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə həyata keçirdiyi Bakının işğaldan azad olunması missiyası tarixə qızıl hərflərlə yazılıb.

 

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

 

Qafqaz İslam Ordusunun Azərbaycanda ayaq qoyduğu hər yerdə xalqın böyük sevgisi ilə qarşılandığını diqqətə çatdıran Şamil Ayrım deyib: “Qəhrəman övladlarımız 102 il əvvəl Bakını düşmən işğalından azad edərək qanları canları ilə bizə böyük bir miras əmanət ediblər. Hər zaman olduğu kimi, şəhidlərimizi rəhmətlə anırıq. Fəxr edirik ki, indi Azərbaycan Türkiyə ümummilli lider Heydər Əliyevinbir millət, iki dövlətprinsipinə uyğun olaraq birgə inkişaf edir, birlikdə güclənir, birlikdə böyük bir coğrafiyada rifaha tərəqqiyə töhfələr verir”.

 

Türkiyə Azərbaycan arasında dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin inkişafında Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanın səylərini yüksək dəyərləndirən dostluq qrupunun rəhbəri əminliklə ifadə edib ki, bütün dünya üçün dostluq, birlik tərəqqi nümunəsi olan əlaqələrimiz əbədiyyətə qədər davam edəcək regionumuza daha böyük faydalar gətirəcək.

 

İki sahil.- 2020.-16 sentyabr.- S.9.