Pandemiya ilə mübarizədə vətəndaş
məsuliyyəti əsas
şərtdir
Koronovirus pandemiyası hələ
də davam edir və bu
gözə görünməyən
bəladan xilas olmaq və ya
daha az yoluxmanın,
eləcə də insan təlafatının olmaması üçün
dövlət başçısı
tərəfindən cox
ciddi addımlar atılıb, dünya ictimaiyyətinin də diqqətin çəkən tədbirlər reallaşdırılıb. Təbbi
ki, tədbirlərin daha effektli olması
üçün vətəndaş
məsuliyyəti də
başlıca şərtdir
və bu mütləqdir.
Prezident İlham Əliyevin
və birinci xanım Mehriban Əliyevanın iştirakı
ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan
üç modul tipli xəstəxananın
açılışında karantin tədbirləri ilə bağlı səsləndirdiyi fikirlər
bunu bir daha aktual edir.
Olkə başçısı
yenə bütün vətəndaşları böyük məsuliyyətə və
nizam-intizama çağırıb.
Bildirib ki, Azərbaycan vətəndaşları
koronavirus pandemiyası
ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər.
Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri
həyat tərzindən
müəyyən dərəcədə
uzaqlaşıblar. Məhdudiyyətlər
var, eyni zamanda, artıq yeni məhdudiyyətlər
də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər
ki, bu məhdudiyyətlərin
əsas səbəbi insanları qorumaqdır. “Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların
sağlamlığı həmişə
birinci yerdə olub.”
Prezident onu da deyib ki, “Koronavirus
pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti
çox böyük məsuliyyət göstərib,
ilk növbədə,
ölkə daxilində.
Çünki iki seçim var idi - ya iqtisadiyyatı
xilas etmək, ya da insanların
sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz
insanların sağlamlığı
həmişə birinci
yerdə olubdur, o cümlədən pandemiya
dövründə. Ona
görə biz şüurlu şəkildə,
bunun iqtisadi fəallığımıza mənfi
təsir göstərəcəyini
bilərək məhdudlaşdırıcı
addımlara getdik.”
Bəs ölkə
vətəndaşları necə?
Öz üzərinə
düşən məsuliyyəti
dərk edirmi?
Birmənalı şəkildə başa düşülməlidir ki,
mübarizə üsullarında
vətəndaşların da
üzərinə ciddi
vəzifələr düşür.
Bütövlükdə cəmiyyətin
gələcəyi baxımından
bu, mühüm faktordur. Məsələ ondan ibarətdir
ki, istənilən ölkənin iqtidarı həyata keçirdiyi tədbirlərdə o zaman
daha çox uğur qazanır ki, ona cəmiyyətdən
dəstək gəlsin
və vətəndaşlar
həyata keçirilən
tədbirləri anlayışla
qarşılasınlar. Bu da vətəndaş
məsuliyyəti məsələsinin
yeni pandemiya mərhələsində daha
da aktuallaşması anlamına gəlir. Bir sıra hallarda
bu məqamı hətta intellektual təbəqə də lazımi dərəcədə
qiymətləndirə bilmir.
Və ya qərəzli dairələr ondan süni istifadə etməyə çalışır.
İnsan azadlığı
anlayışını özbaşınalıq
kimi, qaydalara əməl etməməyi
isə sərbəstlik
kimi təqdim etməyə baş vururlar, həmişə başqasını ittiham etməklə öz məsuliyyətini gizlətməyə
çalışırlar. Bu cür cəhdlərin
bütövlükdə cəmiyyət
üçün nə
dərəcədə təhlükəli
olduğunu başa düşmək çətin
deyildir.
Məsələn, polisin nəzakətlə
insanlara məsafə saxlamaq və maska taxmaqla bağlı tələbinə
"başqa yerdə
belə qadağalar yoxdur" kimi münasibət göstərmək
şəxsi məsuliyyəti
dərk etməmək
deməkdir. Çünki
polis və ya hər hansı
başqa rəsmi orqan pandemiyada tələbləri vətəndaşın sağlamlığı
üçün edir.
Əgər insan yaranmış vəziyyəti
bu cür qiymətləndirə bilmirsə,
onun vətəndaş
kimi sosial həyatda üzərinə
düşən məsuliyyəti
tam anlaya bilmədiyi nəticəsini
çıxarmaq olar. Deməli, xüsusilə pandemiya ilə mübarizənin ikinci mərhələsində vətəndaş
məsuliyyəti faktoru
daha çox önəm kəsb edir. Vətəndaşlar tələb olunan
tibbi şərtlərə
nə qədər çox əməl etsələr, müəyyən
olunmuş məhdudiyyətlər
çərçivəsində hərəkət etsələr,
bir o qədər ümumi nəticə müsbət olar və növbəti mərhələyə keçid sürətlənər.
Artıq pandemiya
ilə mübarizədə
cəmiyyətin özünü
bu prosesin harasında görməsi çox əhəmiyyətlidir.
Başqa cür desək, indi vətəndaşın pandemiya
haqqındakı təsəvvürlərindən
yekun nəticə xeyli asılıdır
Azərbaycanda müşahidə edilən
proseslər göstərir
ki, cəmiyyət hakimiyyətin həyata keçirdiyi tədbirləri
dəstəkləyir. Bəzi
ölkələrdən fərqli
olaraq burada sakitlikdir və vətəndaşlar qoyulan
şərtlərə əməl
edirlər. Bununla yanaşı, ikinci mərhələdə prosesin
əsasən vətəndaşın
şəxsi davranışı
ilə bağlı olması hər bir insanın daha məsuliyyətli olmasını tələb
edir. Konkret desək, hər bir vətəndaşın
pandemiya ilə mübarizəni kənardan
verilən göstərişlərə
əməl etmək məcburiyyəti kimi deyil, özünün şəxsi işi kimi qəbul etməsi zəruridir. Vətəndaş bu prosesin obyekti deyil, subyektidir. Hakimiyyətin insan sağlamlığı üçün
çalışdığı kimi, insanın da özü üçün çalışması
vacibdir. Sosial-mədəni,
hüquqi, psixoloji və etik aspektlərdə
insanların bunu dərk etməsi həm də iqtidar-xalq həmrəyliyini
daha da gücləndirər.
İki sahil.- 2020.- 16
sentyabr.- S.28.