«Əsrin müqaviləsi» ilə Azərbaycanın
enerji diplomatiyasının təməli qoyuldu
Azərbaycanın təşəbbüsü
ilə reallaşan qlobal enerji
layihələrində iştirak edən tərəfdaş
ölkələrin milli təhlükəsizliyinin də təmin edilməsi neft
strategiyasının qələbəsi, uğuru və təntənəsidir
Dünyada sənaye
üsulu ilə ilk dəfə neft çıxarılan ölkə
kimi tanınan, «İkinci
Bakı»”, «Üçüncü Bakı» adlandırılan,
ulu öndər Heydər Əliyevin müəllifi
olduğu «Əsrin müqaviləsi»nin
imzalanması ilə qlobal enerji layihələrinin əsas tərəfdaşı
və təşəbbüskarı olan Azərbaycan enerji potensialına görə
ən çox maraq göstərilən ölkədir. Müstəqilliyini əldə etdiyi ilk illərdə çox ağır
problemlərlə üz-üzə qalan, iqtisadiyyatı, sənayesi
iflic vəziyyətdə olan, inflyasiya səviyyəsi 1000 faizlə
ölçülən Azərbaycanın o dövrdə üzləşdiyi çətinliyi «Belə bir vəziyyətdə Azərbaycana
xarici sərmayəni gətirmək doğrudan da böyük
müdriklik və uzaqgörənlik tələb edirdi və Heydər
Əliyevin neft strategiyası bax, bu
çağırışlara cavab verdi. Xarici tərəfdaşlarla
1994-cü ildə imzalanmış «Əsrin kontraktı»” bizim
üçün bir çıxış yolu idi, bizə bir
güc verdi, nəfəs verdi, investisiya gətirdi. Azərbaycan
dünyada özünü tanıtdıra bilmişdir. Azərbaycana, ilk növbədə, ölkəmizin
neft-qaz sektoruna böyük şirkətlər tərəfindən
maraq artmışdır və bu maraq praktiki işlərə
gətirib çıxarmışdır» sözləri ilə
xarakterizə edən, bu
missiyanı layiqincə davam etdirərək Azərbaycanın dünyanın
enerji və nəqliyyat xəritəsinin yenidən yazılmasında misilsiz
xidmətləri olan Prezident
İlham Əliyev 1994-cü ildən başlayaraq neft-qaz sahəsində
qazanılan nailiyyətləri uğurlar xronologiyası
adlandırır: «Biz bu gün müstəqil siyasət aparan
ölkələrdənik. Bunun təməlində bizim həm
güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz
dayanır. Biz heç kimdən asılı deyilik, öz
taleyimiz öz əlimizdədir və müstəqil siyasət
aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi
imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə
«Əsrin kontraktı»” yaratdı. O vaxtdan bu günə qədər
Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir.»
«Əsrin kontraktı»ndan əldə olunan” gəlirlər
hesabına ölkə iqtisadiyyatı
dinamik inkişaf etdi,
qeyri-neft sektoru formalaşdı, Regionların sosial-iqtisadi
inkişafı Dövlət proqramları həyata
keçirildi, bölgələrin siması dəyişildi.
Ölkədə təhsilin, səhiyyənin
inkişafına diqqət artırıldı, Azərbaycanın
təhlükəsizliyinin möhkəmləndirilməsi,
Milli Ordunun gücləndirilməsi üçün müdafiə xərcləri artırıldı.
«Şahdəniz»in işlənməsi
ilə bağlı
imzalanmış
müqavilə Azərbaycanı
təbii qaz hasil edən və hazırda Avropanın enerji təhlükəsizliyinin
təminatında müstəsna rolu olan ölkə kimi
tanıtdı.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, Cənub
Qaz Dəhlizinin istismarı ilə dünya enerji bazarında qlobal
layihələrin təşəbbüskarı olan Azərbaycanın
mövqeyi möhkəmləndi.
Təbii sərvətlərimizin ixracı ölkəmizə rifah, inkişaf,
sabitlik, güc gətirdi. Qarşıdakı onilliklər
üçün hazırlanan neft strategiyasının tətbiqi
ilə Azərbaycanın xarici sərmayədarlarla birlikdə işləmək təcrübəsi nümunə göstərildi.
Dünyanın
tanınmış şirkətləri arasında zəngin iş təcrübəsi,
qazandığı etimadı ilə
tanınan, Avropa ölkələrində tərəfdaşları
artan SOCAR-ın enerji layihələrinin şaxələndirilməsi
istiqamətində apardığı siyasət dəstəkləndi. Bu uğurlar da son olmadı.
«Əsrin
kontraktı»”nın müddətinin 2050 –ci ilə qədər uzadılması ilə bağlı
imzalanan yeni Sazişə əsasən kontraktın icrası nəticəsində
Azərbaycana 3,6 milyard dolların sadəcə olaraq bonus şəklində
verilməsi, SOCAR-ın payının 11 faizdən 25 faizə
qaldırılması, həmin müddətdə mənfəət
neftinin 75 faizinin Azərbaycana
qalması ölkəmizin enerji
təhlükəsizliyi məsələlərini tam şəkildə
həllini də təmin edəcək. «Biz vaxtilə xaricdən
qaz alırdıq, indi xaricə satırıq. Elektrik enerjisi
alırdıq, indi onu satırıq. İndi nefti
satırıq, neft məhsullarını satırıq. Biz böyük həcmdə qaz satacağıq və
ölkəmizə daha çox pul gələcək» söyləyən Prezident İlham Əliyevin
vurğuladığı kimi karbohidrogen ehtiyatlarını
dünya bazarlarına çıxaran Azərbaycanın mövqe və rolunun artması, təkcə
neft yox, qaz hasil və nəql edən,
zəngin ehtiyatlara malik ölkə kimi önəm
daşıması neft
strategiyasının təntənəsidir. Cənub Qaz Dəhlizinin, onun seqmentlərindən olan TANAP-ın istifadəyə
verilməsi, TAP-ın
inşasının başa
çatdırılması Azərbaycanın
siyasi, iqtisadi mövqeyini möhkəmləndirir. Hazırda
dünyanın ən
qüdrətli dövlətləri, iri neft şirkətləri ölkəmizlə
əməkdaşlığa və Azərbaycanın enerji
layihələrinə
böyük maraq göstərirlər.
Çoxformatlı əməkdaşlıq münasibətlərini qarşılıqlı tərədaşlıq
prinsipləri əsasında
birləşdirən Cənub Qaz Dəhlizinin icrasında
yeddi ölkənin - Azərbaycanın, Gürcüstanın,
Türkiyənin, Bolqarıstanın, Yunanıstanın,
Albaniyanın, İtaliyanın iştirakı Azərbaycanın
alternativi olmayan
çoxformatlı iş təcrübəsinin nümunəsidir. Bosniya və Herseqovina, Xorvatiya və
Monteneqro tərəfdaşlar kimi
növbəti mərhələdə bu layihəyə
qoşulacaqlar. Azərbaycanın
dünyanın enerji bazarında yerinin, mövqeyinin
möhkəmlənməsini tərəfdaş
ölkələrin rəsmiləri də böyük məmnuniyyətlə etiraf edirlər. Sivilizasiyalararası
dialoq məkanı kimi tanınan, siyasi sabitliyi ilə seçilən, tolerantlıq,
multikultural təcrübəsi təbliğ
olunan Azərbaycanın dünya enerji bazarında hasilatçı, tranzit ölkə kimi tanınması, Avropa dövlətlərinin
enerji təhlükəsizliyinin təminatındakı rolunun
artması göstərir ki, Xəzər
dənizindən hasil olunan
enerji ehtiyatları gələcəkdə də Avropa istehlakçıları
üçün yeganə mənbə
olacaq. Çünki Cənub Qaz
Dəhlizi enerji resurslarının şaxələndirilməsi
sahəsində çox önəmli, əvəzolunmaz layihədir. Bu
layihədə mənbələrin,
marşrutların şaxələndirilməsi əksini
tapır.
Başqa sözlə deyilsə, Avropanın
enerji təhlükəsizliyini təmin edən
Cənub Qaz Dəhlizi yeni enerji damarıdır. Bu layihənin
həyata keçirilməsində iştirak edən
bütün tərəflərin maraqları təmin edilib,
balans gözlənilib. Cənub
Qaz Dəhlizinin başa
çatması ilə tərəfdaşlarımızın
sayı daha da artacaq. Cənub
Qaz Dəhlizinin
dördüncü və sonuncu layihəsi olan TAP-ın
tikintisi artıq başa
çatmaq üzrədir.
Yaxın aylarda Azərbaycanın ən böyük qlobal
enerji layihəsi tam istismara veriləcək. Təcrübə göstərir
ki, Cənub Qaz Dəhlizi
olmasaydı heç bir investor
buraya və heç bir başqa layihəyə vəsait
qoymazdı, yaxud da tərəddüd edərdi. Ona görə Cənub Qaz Dəhlizinin
əhəmiyyəti təkcə «Şahdəniz»” layihəsi
ilə məhdudlaşmır. Bu layihə icra olunmadan ölkəmizin enerji siyasəti
yarımçıq qala bilərdi.
Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin
həllinə də kömək göstərir. Bu gün
enerji təhlükəsizliyi ilə bağlı məsələlər
dünya gündəliyində çox ciddi dayanır və
ölkələrin milli təhlükəsizliyi qədər
önəmlidir. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsini neft strategiyasının tarixi nailiyyəti
adlandırmaqda haqlıyıq.
Azərbaycanın enerji layihələrində
iştirak etməkdə
maraqlı olan dövlətlərin
sayının artması bu həqiqəti təsdiqləyir.
«Qarabağ» yatağı da Azərbaycanın
dünyanın enerji
bazarına növbəti
töhfəsi olacaq. Heydər Əliyev adına Bakı dərin
özüllər zavodunda «Qarabağ»” yatağının dayaq
blokunun dənizə yola salınması mərasimində iştirak
edən Prezident İlham Əliyev
Azərbaycan Televiziyasına müsahibəsində müəllifi ulu öndər Heydər Əliyev
olan neft strategiyasının uğurlarından bəhs edərək bildirmişdir ki, bu təntənə
müstəqillik dövründə Azərbaycanda kəşf
edilmiş «Qarabağ»ın səmərəliliyinə
inanmayan xarici tərəfdaşlara daha bir cavabdır : «Ancaq bizim mütəxəssislər tam əmin
idilər ki, bu yatağın çox böyük potensialı
var və həyat bunu təsdiqlədi. Bu il qazılmış
dördüncü quyu səmərəli oldu və beləliklə,
yataq tam kəşf edilmişdir… Çünki «Azəri»”,
«Çıraq»”, «Günəşli»” yataqları sovet
dövründə kəşf edilmişdir. «Şahdəniz”» və
«Abşeron”» yataqları qaz-kondensat yataqlarıdır. Neft
yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng
qurğu Xəzər dənizində inşa edilmiş ən
böyük qurğudur. Ona görə bu layihənin
əhəmiyyəti haqqında çox danışmaq olar.
Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir.»
Dövlət başçımız onu da vurğulamışdır ki, 1994-cü ildən başlayaraq
xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə
sərmayə qoymalarına baxmayaraq, bu günə qədər
Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz
potensialına xarici investorlar tərəfindən maraq
azalmır, əksinə, artır. Növbəti illərdə
«Qarabağ”» və digər yataqlar uğurla istismar ediləcək
və ölkəmizə böyük fayda verəcək, Azərbaycan
dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir.
Potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilən
yatağın Azərbaycanda neft hasilatının sabit
qalması və qaz hasilatının artırılması
üçün böyük
faydası olacaqdır. Yeni platforma göstərir ki, neft-qaz yataqlarımızın
uzunmüddətli işlənməsi artıq
reallıqdır. «Qarabağ»
yatağı rəmzi mənada
daşıdığı adına görə də dəyərlidir. Prezident İlham
Əliyevin
«Əminəm ki, Azərbaycan öz doğma
torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi
bütövlüyümüz tam bərpa ediləcək, necə
ki, bu gün biz vaxtilə tərk edilmiş «Qarabağ»”
yatağına qayıdırıq, eyni qaydada biz doğma
Qarabağ torpağımıza da qayıdacağıq.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» sözləri Dağlıq Qarabağ
münaqişəsinin həllində
xalqımızın qələbə
əzmini əks etdirir.
Xuraman İsmayılqızı
İki sahil.- 2020.- 18
sentyabr.- S.5.