BTC: Əfsanədən reallığa

Bakı-Tiflis_Ceyhan kəmərinin  təməlqoyma mərasimindən 18 il keçir

 

 

Azərbaycan Respublikasının geosiyasi əhəmiyyətini artıran, milli maraqlarının təminatında əsas vasitələrdən biri də beynəlxalq aləmdə neft amili ilə bağlıdır. Azərbaycanın zəngin neft resurslarına malik olan coğrafi məkanda yerləşməsi XX əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev tərəfindən düzgün qiymətləndirilərək dövlətin neft strategiyası zamanın nəbzinə uyğun olaraq vaxtında milli mənafeyə yönəldildi. Məhz Bakı-Tbilisi-Ceyhanın inşası iləÜç dənizin əfsanəsireallığa çevrildi. 2002-ci il iyunun 25-də İstanbulda keçirilənÜç dənizin əfsanəsikonfransının açılış mərasimində çıxışı zamanı Heydər Əliyev bununla bağlı qeyd edirdi: Mən baxıram, vaxtı ilə təsəvvür etmək mümkün olmazdı ki, Xəzər dənizindən Qara dənizə gələcəyik oradan da Aralıq dənizinə qədər gedəcəyik. İki min kilometr uzunluğunda böyük bir neft kəməri çəkilir. Bu, həqiqətən əfsanədir”. 2005-ci il may ayının 25-də BTC əsas ixrac kəmərinin Azərbaycan hissəsinin açılışı olmuşdur. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev kəmərin geosiyasi, beynəlxalq regional əhəmiyyətinə diqqət yetirərək: “BTC neft kəməri bölgədə əməkdaşlığın, sülhün, təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaqdırdemişdir.

 

BTC-nin 2006-cı ildən etibarən istifadəyə verilməsi Azərbaycan neftini dünya bazarında mühüm amilə çevirdi. Bununla da Respublikamız beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasına ilk töhfəsini vermişdir.

 

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin texniki-iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi rolu da böyükdür. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan, Gürcüstan Türkiyəni, bu ölkələrin xalqlarını bir-birinə daha da yaxınlaşdırır, bölgəyə sülh sabitlik gətirir, təhlükəsizliyi, ölkələrimizin dünyada mövqeyini möhkəmləndirir.

 

Respublikamızın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi iqtisadi inkişafına, rifahına xidmət edir. BTC dünyanın ən böyük enerji layihəsi kimi beynəlxalq enerji təhlükəsizliyinin təmin olunması istiqamətində olduqca ciddi addım idi. Bununla da Respublikamız beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında ilk töhfəsini vermişdir.

 

Nailə Məmmədova

 

İki sahil.- 2020.- 18 sentyabr.- S.8.