“Əl-Dustur” qəzeti Azərbaycan-İordaniya
əlaqələri barədə
məqalə dərc edib
İordaniyanın nüfuzlu “əl-Dustur” qəzetində tanınmış
jurnalist Mərvan Sudahın Azərbaycan-İordaniya
münasibətləri barədə
məqaləsi dərc
edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə
Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah arasındakı şəxsi
dostluq münasibətlərinin
ikitərəfli əlaqələrin
inkişafına mühüm
töhfə verdiyi vurğulanır. AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” sərlövhəli məqaləsinə
istinad edən iordaniyalı jurnalist Kral II Abdullahın dövlətimizin başçısı
barədə dediyi fikri diqqətə çatdırır: “Beynəlxalq
arenada Siz çox vacib rol oynayırsınız. Sizə regionda və dünyada oynadığınız rolunuza
görə təşəkkürümü
bildirirəm. Mən Sizin liderliyinizə, ölkəmizə münasibətdə
xeyirxahlığınıza və dəstəyinizə
hər zaman arxalanıram”.
Kral II Abdullahın ötən
il dekabrın 10-da Azərbaycana rəsmi səfərinin yekunlarına
toxunan jurnalist keçirilən görüşlərin
və imzalanan müqavilələrin ikitərəfli
əlaqələrin daha
da inkişafına mühüm töhfə verəcəyini bildirir.
Mərvan Sudah məqaləsində, həmçinin
Bakı ilə Amman arasında birbaşa uçuşların
təşkili ilə bağlı əldə edilmiş razılığın
əhəmiyyətini vurğulayır.
İki sahil.- 2020.- 11
yanvar.- S.11.