Vətən sizə oğul deyib qucaq açdı

 

 

44 günlük İkinci Qarabağ müharibəsində dastan yazıb şəhidlik zirvəsinə ucalanlar sırasında Mərhəmət Həmzəyevin də adı var

 

Dövlətimizin başçısı, Müzəffər  Ali Baş Komandan  İlham Əliyev 44 günlük İkinci Qarabağ  müharibəsi zamanı  müsahibələrinin birində ona ünvanlananSizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldusualına cavabı hər birimizi təsirləndirməklə yanaşı, dəmir  yumruq kimi birliyimizi daha da möhkəmləndirməyə çağırış etdi. Ölkə Prezidenti cavabında bildirmişdi ki, ən çox kədərləndirən həm mülki vətəndaşlar, həm əsgərlər arasında   itkilərimizdir. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu,  xalqımız, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir.  Bildirirlər  ki, təkiVətən sağ olsun!”

 

Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir! 44 günlük Vətən müharibəsində gənclərimizin dilindən daha çox  səslənən «Vətən mənə oğul desə, dərdim» kimi səfərbəredici çağırışlar  artıq şanlı Qələbəmizdən sonra  reallıqlara uyğun olaraq bu fikirlə   əvəzləndi ki, Vətən sizə oğul deməklə yanaşı, qucaq açdı, vətənpərvərliyinizi,  sevginizi, torpağa bağlılığınızı şəhidlik  kimi ən yüksək zirvə ilə dəyərləndirdi.  Şəhidlik könüllü olaraq, bilərəkdən ki, odun-alovun içinə düşürsən,  amma buna baxmayaraq   tərəddüd etmədən ölümün gözünə dik baxmaqdır.

 

Vətən müharibəsində tarix yazan gənclərimiz bu gün  yalnız onu dünyaya gətirib boya-başa çatdıran valideynlərinin  deyil, bütün Azərbaycan xalqının övladlarıdır. Hər an şəhidlərimizin, qazilərimizin valideynləri qarşısında  baş əyir, belə qəhrəman övladlar böyütdükləri üçün onlara minnətdarlığımızı bildiririk.  Çünki bu valideynlərin dilindən səslənən yeganə  fikir bu olur ki, oğul torpaq, Vətən üçün böyüdülür, tərbiyə olunur. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda tərəddüd etmədən  canlarından keçən oğullardan bəhs edərkən analar bu məqamı da xüsusi qeyd edirlər ki,  bütün canı ilə müharibəyə qatılarkən  «getmə, məni tək qoyma oğul» gəlməsinin  qarşısında aldığımız cavablardan aciz duruma düşür,  utanc hissi keçirirdik: «Vətən bizim anamızdır, ana! Bu dar gündə onun qeyrətini çəkmək, vaxtilə itirilmiş qürurumuzu  özünə qaytarmaq, başımızı dik tutmağımız üçün  savaşa qatılmaq borcumuzdur

 

Başını dik tut, şəhid anası! Bu Qələbəni Vətənə, torpağa sevgi ruhunda tərbiyə etdiyin  oğulların  fədakarlığı, qəhrəmanlığı sayəsində əldə etdik.  Bu gün onların həyat yolu hər bir gənc üçün vətənpərvərlik  məktəbidir. Onların yazdıqları şanlı tarix  30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoydu. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da  inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı uzunmüddətli sülhü, əmin-amanlığı təhlükəsizliyi təmin edən mühüm amildir.

 

Belə qəhrəmanlarımızdan  biri    Mərhəmət  Həmzəyevdir.

 

Qısa tanıtım: Mərhəmət Rizvan oğlu Həmzəyev  24 fevral 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon Keçili kəndində anadan olub. 2003-cü ildə Keçili kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 9-cu sinfi bitirəndən sonra, 2012-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2019-cu ildə bu məktəbi bitirib.  İlk olaraq Şəmkir rayonuna təyinat alıb, leytenant kimi hərbi xidmət  fəaliyyətinə başlayıb.  Mərhəmət Həmzəyev 2020-ci il iyul ayının 12 Tovuz döyüşlərində iştirak edib, sonra isə 44 günlük Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Mərhəmət Həmzəyev Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapılmayıb.  Ötən il dekabrın 22-də  böyük izdihamla  doğma kəndi  Keçilidə dəfn olunub.

 

24 illik həyat yoluna şəhidlik adını qazanmaqla sonluq  verən şəhid hərbçimiz 44 günlük İkinci Qarabağ müharibəsində yazılan   dastanın qəhrəmanlarından birinə çevrildi. Onun şəhid olması   doğmaları, əzizləri üçün qədər kədərlidirsə, bir o qədər   qürurludur. Dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamları əsasında Zəfər Günü ilə yanaşı, Anım Gününün təsis olunması Vətən uğrunda savaşanların qəhrəmanlığına verilən dəyərdir.  Azərbaycan hər zaman mübariz oğul qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si ölkəmizdə  Anım Günü kimi qeyd ediləcək. Anım Gününün rəmzi Şuşanın rəmzi sayılanXarı bülbül”dür. Sükut dəqiqəsi Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamı ilə elan olunub.  Dövlətimizin başçısı İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli «Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin Zəfər muzeyinin yaradılması haqqında»  Sərəncamı da Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.  Mərhəmət Həmzəyev Vətən müharibəsində  3 minə yaxın şəhidimizin sırasında olmaqla daim qəlbimizdə yaşayacaq, xatirəsi əziz tutulacaq.  Əbəs yerə deyimir ki,  şəhidlər ölməz, Vətən bölünməz.  M.Həmzəyev kimi vətənpərvər, torpaq yolunda canından keçən gənclərimizin həyat yolu daim vərəqlənməli, onların qəhrəmanlığı, şücaəti təbliğ olunmalıdır.

 

Azərbaycanın döyüş meydanında, siyasi müstəvidə Qələbəsi torpaqlarımız uğrunda şəhid olmuş igidlərimizin qanının yerdə qalmadığının möhtəşəm nümayişi oldu.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz bu Qələbəni döyüş meydanında  şəhidlər verərək  qazandıq.   Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə   bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir. Azərbaycan xalqı  sübut etdi ki,  yenilməz, məğrur xalqdır.

 

Yeganə Əliyeva

 

 İki sahil.- 2021.- 2 aprel.- S.13