Zamanı qabaqlayan fenomen Lider!
Prezident İlham Əliyevin
respublikaya başçılıq etdiyi müddətdə xalqımızın
qazandığı nailiyyətlərin
məntiqi nəticəsi 44
günlük müharibədə
qazanılan tarixi Zəfər, Böyük Qayıdışa
hazırlıqdır
Ulu öndər
Heydər Əliyev siyasətinə sadiqlik
Dünyada barmaqla sayıla biləcək müdrik şəxsiyyətlər,
siyasi xadimlər, dövlət
başçıları az olsa da,
özlərindən sonra qənimət
kimi qalan təcrübələri
ilə yaşayır, ardıcıllarına düzgün yol göstərirlər.
Liderin xalqına xidməti yaşadığı zamandan,
iqtisadi, sosial və siyasi vəziyyətdən
asılıdır. Zaman rəhbərə imkanı diktə etdiyi
üçün insanların 1-2 faizi lider, 99 faizi
ardıcıllar olurlar.
Liderliyin şərtlərini açıqlayan Hunların başçısı,
«Tanrının qırmancı» Attilanın liderlik fəlsəfəsinin
xronologiyasında
başçı olmağın şərtləri bu
cür sıralanır: Xalqa sədaqətli
rəhbərlik, insanları arxasınca aparmaq səriştəsi, onları inandırmaq bacarığı,
başqalarına nümunə olmaq istedadı: « Bütün rəhbərlər
qəbul etməlidirlər ki, qələbə
o adamlara nəsib olur ki, onlar, təkcə nəyi etmək
lazım olduğunu yox, həm də
nə vaxt etməyi bilirlər. Bu, məkanı və zamanı hiss etməkdir.»
Tanınmış siyasi xadimlərin,
dövlət başçılarının bu keyfiyyətləri özündə formalaşdıran ulu öndər
Heydər Əliyev haqqında söylədikləri «Azərbaycan xalqı xoşbəxtdir
ki, onun Heydər Əliyev kimi lideri var» sözlərini
zaman təsdiqlədi. Ulu Öndərin xalqına ən böyük xidməti isə yuxarıda qeyd olunduğu kimi,
liderliyə layiq
ardıcılını yetişdirməsidir. Layiqli lider adını siyasəti ilə
doğruldan Prezident İlham Əliyev
Ulu Öndərin Azərbaycan
xalqına göstərdiyi ən böyük xidmətdir.
…1993-cü ilin 10 oktyabrında Prezident kimi and içən, Azərbaycan
xalqının müstəqilliyini tarixi hadisə
adlandıran, « Bu Azərbaycan
xalqının milli sərvəti, milli nailiyyətidir və
müstəqilliyin əldə olunmasında hər hansı
qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz»
söyləyən ulu öndər
Heydər Əliyevin « Bizim əsas
vəzifəmiz respublikanı müharibə vəziyyətindən
çıxarmaq, işğal olunmuş torpaqların
hamısını geri qaytarmaq, Azərbaycanın ərazi
bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin
təhlükəsizliyini təmin etmək, yurd
–yuvasından didərgin düşmüş
soydaşlarımızı, qardaşlarımızı, öz
doğma yerlərinə
qaytarmaqdır» sözlərində əks olunan istəklərini yerinə
yetirən siyasi
davamçısı, həm də varisi olan Prezident İlham Əliyev siyasi bacarığı və təcrübəsi
ilə həyatda
özünü doğruldan
«Siyasət Əliyevlər ailəsinin taleyinə
yazılıb» ifadəsini də reallaşdırdı.
Daha güclü
Azərbaycan naminə verilən vədlər həllini
tapdı
2003-cü ilin oktyabr ayının
15-də keçirilən prezident seçkilərində seçicilərin 76, 84 faizinin səsini
toplayan, sonrakı prezident
seçkilərində də seçicilərin
etimadını qazanan, 2018-ci
ilin aprel ayının 11-də
keçirilən növbəti
seçkidə dövlətə
başçılıq səlahiyyətlərini
təkrarlayan,
andiçmə mərasimində « Bu gün yüksək
kürsüdən çıxış edərkən mən
Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam,
heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər
Əliyev siyasətin davam etdirəcəyəm» söyləyən Prezident İlham Əliyevin respublikaya başçılıq etdiyi
müddətlərdə müəyyənləşdirdiyi
bütün prioritetlərin əsasını dövlətimizin
güclənməsi , müdafiə qüdrətimizin möhkəmlənməsi, xalqın
rahat həyat şəraitinin təmin olunması, neft
amilinin insan kapitalına
çevrilməsi kimi vacib
amillər təşkil edib.
Ölkənin iqtisadi qüdrətinin
möhkəmlənməsi üçün görüləcək
işlərin əks olunduğu «Azərbaycan
Respublikasında sosial-iqtisadi
inkişafın sürətləndirilməsi tədbirləri
haqqında» Fərmanı imzalamaqla daha güclü Azərbaycan
naminə yola çıxan Prezident İlham Əliyevin bilavasitə
rəhbərliyi ilə həyata keçirilən , nəzərdə tutulan müddətdə
icra edilən «Regionların
sosial-iqtisadi inkişafı Dövlət
proqramları»nın yerinə
yetirlməsi ilə bölgələrin
siması dəyişildi, qeyri-neft sənayesi, özəl sektor inkişaf etdi,
ölkədə güclü sahibkarlar ordusu formalaşdı, ordu
quruculuğu istiqamətində aparılan islahatlar davam
etdirildi. Fermer təsərrüfatlarının
genişləndirilməsi, mövcud
potensialdan səmərəli istifadə etməklə
daxili bazarda yerli məhsulların həcmi artırıldı.
Keyfiyyətcə yeni inkişaf mərhələsinə
başlayan aqrar sahədə
aparılan islahatlar nəticəsində əhalinin məşğulluq
səviyyəsinin artmasını şərtləndirən yeni
iş yerləri yaradıldı. Ən müasir
texnologiyaların ölkəyə gətirilməsi ilə iri,
müştərək sənaye
müəssisələri fəaliyyətə
başladı. Qısa müddətdə iqtisadi və maliyyə imkanları
artan Azərbaycanın adı
beynəlxalq təşkilatların siyahısında ilk sıralarda yer aldı. Ölkəmiz investisiya qoyuluşu
baxımından etibarlı dövlət kimi tanındı,
islahatçı ölkələr sırasında önəmli
yer aldı. Vətəndaşların
sosial müdafiəsinin güclənməsi istiqamətində
aparılan islahatlar paketinə uyğun olaraq əməkhaqqı
və pensiya siyasəti davamlı proses kimi diqqətdə
saxlanıldı. Aztəminatlı , kimsəsiz ailələrə
göstərilən güzəştlərin, sosial müavinətlərin
şərtləri sadələşdirildi.
Həyata keçirilən kadr
islahatlarının məqsədyönlü davamı ilə dövlət siyasətinin əsas
istiqamətlərindən olan gənclərə qayğı,
inam artırıldı. Ölkəmizdə yaranan sağlam
biznes mühiti xarici şirkətlərin Azərbaycana marağını surətləndirdi. Reallığa və
praqmatizmə əsaslanan fəaliyyət proqramlarının tətbiqi, neft gəlirlərindən dövlətin
qüdrətlənməsi,
xalqın rifahının
yaxşılaşdırrıması naminə istifadə ilə
Azərbaycan dünyanın ən qüdrətli ölkələri
sırasına daxil oldu. Azərbaycan brendi
olan «ASAN xidmət», «ABAD», DOST
layihələrinin dünya dövlətləri tərəfindən
maraqla qarşılanması, bu sahədəki təcrübəmizin
müxtəlif ölkələr tərəfindən öyrənilməsi
respublikamızın XXI əsrin tələblərinə
uyğun inkişaf yolu ilə
getdiyini təsdiqləyən və beynəlxalq səviyyədə
dəstəklənən uğurlarımızdandır. Deyilənlən
də son deyil. Birləşmiş Millətlər Təşkilatının
«Dünyamızın transformasiyası: 2030-cu ilədək
dayanıqlı inkişaf sahəsində Gündəlik»”dən
qaynaqlanan Milli Prioritetlərin tətbiqi ilə ölkəmiz
daha da qüdrətlənəcək.
XXI əsrin « Qlobal xəritədə ölkələrin
oynadığı rol insanların intellekttual potensialından
daha çox asılı olacaqdır»
çağırışını əsas amil kimi daim diqqətdə
saxlayan ölkəmizdə insan
kapitalına böyük sərmayələr
yatırılır.
Sivilizasiyalararası körpü,
mültikulturalizm mərkəzi kimi tanınan Azərbaycan beynəxalq
aləmdə böyük etimad, nüfuz qazanıb
İqtisadi uğurları ilə dünyada layiqli yer tutan Azərbaycan humanist
siyasəti, xalqları birlik və həmrəyliyə
çağırışları ilə də fərqlənir. Vahid milli ideologiyanın, azərbaycançılıq
məfkurəsinin əsasını
təşkil edən birgəyaşayış qaydalarına
sadiqlik, birlik, həmrəylik
kimi prinisiplərin təşkil etdiyi,
ölkəmizdə dinlərarası,
millətlərarası münasibətlər nümunəvi
xarakter daşıyır. «Bizim siyasətimiz
və cəmiyyətin istəkləri bu istiqamətdə
atılacaq addımları da şərtləndirəcək»
söyləyən Prezident İlham Əliyevin təşəbbüsü ilə
ölkəmizdə keçirilən beynəlxalq humanitar
konfranslar, Dünya Dini Liderlərinin Zirvə
görüşləri, Ümumdünya Mədəniyyətlərarası
Dialoq forumları,
simpoziumlar, Birinci Avropa Oyunları, IV İslamHəmrəyliyi
Oyunları «Eurovision» mahnı müsabiqəsi, Formula-1 kimi dostluq yarışları ölkəmizi
sivilizasiyalararası məkan kimi tanıdır. Dünyada baş verən münaqişələrin,
təhlükəli proseslərin sülh yolu həllində qüdrətli dövlət kimi
iştirak edən Azərbaycanın təşəbbüsləri,
islamofobiya, ksenofobiya, ayrı-seçkilik, dini radikalizmə
qarşı mübarizə
çağırışları
beynəlxalq ictimaiyyət
tərəfindən dəstəklənir. Milli-
mənəvi dəyərlərimizə sadiqliyin nümunəsi 2016-cı və 2017-ci illərdə
elan olunan «Multikulturalizm” ili» və «İslam Həmrəyliyiili”»
təkcə İslam dövlətləri
tərəfindən deyil, bütün sülhsevər
xalqlar tərəfindən
dostluq və həmrəylik
nümunəsi kimi dəstəkləndi.
« Bizim dünyadakı mövqelərimiz möhkəmlənir,
Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik
olan bir ölkədir. Bizə qarşı
dünya birliyi tərəfindən böyük rəğbət,
dəstək var, biz bunu hiss edirik və əldə edilmiş
nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir» söyləyən Prezident İlham
Əliyevin bu sözləri real
həyatda da öz əksini tapır. İki
il müddətinə155 ölkənin dəstəyi ilə BMT
Təhlükəsizlik Şurasına qeyri- rəsmi sədrlik
edən Azərbaycan
bütün dövlətlərlə
qarşılıqlı hörmət prisipləri əsasında əməkdaşlığa sadiqdir. İki və çoxtərəfli
münasibətlər formatında etibarlı dövlət kimi
tanınan ölkəmizin, xüsusilə Heydər
Əliyev Fondunun dəstəyi
və təşəbbüsü ilə müxtəlif ölkələrdə
həyata keçirilən
humanitar layihələr Azərbaycanın
iqtisadi qüdrətinin nümunəsi olmaqla, multikultural dəyərlərə
sadiqliyimizin göstəricisidir.
Dünyamızın düzənini dəyişən və
əsrimizin bəlası adlandırılan COVID-19
pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətə
göstərdiyi yardım Azərbaycana etimadı daha da
artırıb. Pandemiyanın
ilk günlərindən digər
xalqlara da humanitar yardım göstərən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına
10 milyon dollar ianə ayırmış, 30-dan
artıq ölkəyə tibbi avadanlıq və qoruyucu
vasitələrlə kömək göstərmişdir. Azərbaycanın təşəbbüsu ilə sədrlik etdiyi Qoşulmama Hərəkatı
və Türk Şurası üzvlərinin iştirakı ilə videoformatda keçirilən Zirvə
görüşlərində pandemiya ilə mübarizənin
yolları müzakirə olunmuş,
təkliflər irəli sürülmüşdür.
Qoşulmama Hərəkatının Sədri İlham Əliyevin təşəbbüsü
ilə ötən ilin
dekabrın ayının 3-də
BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş
Xüsusi Sessiyası keçirildi. 150-dən çox ölkə
bu təşəbbüsü dəstəklədi. Azərbaycanın
sədrlik etdiyi digər
böyük təşkilat olan Türk Şurasına daxil olan
dövlətlərin rəhbərləri ilə videoformatda
keçirilən Zirvə
görüşündə
pandemiyaya qarşı mübarizə tədbirləri
müzakirə olundu. BMT İnsan Haqları Şurasının 46-cı
sessiyası çərçivəsində Prezident İlham Əliyevin daha bir
qlobal təşəbbüsü müzakirəyə
çıxarıldı və
«COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə,
vaxtında və universal əlçatanlığın
təmin edilməsi» adlı qətnamə qəbul edildi.
«Əsrin
müqaviləsi»nin
yaşadığımız yüzilliyə töhfəsi: «Yeni əsrin
kontraktı»
Dənizdə sənaye üsuli
ilə neft çıxaran ilk
ölkə olan Azərbaycan dünyanın enerji xəritəsini
də dəyişir. 1994-cü
ildə ulu öndər Heydər Əliyevin təşəbbüsu
ilə hazırlanan «Əsrin müqaviləsi»nin XXI əsrdə
davamı « Əsrin yeni kontkraktı» adlanır. Malik
olduğu təbii sərvətləri ilə Avropanın enerji təhlükəsizliyini
təmin edən Azərbaycanın təşəbbüslərinin
reallaşması ilə ölkəmizə maraq daha da
artır.
Xəzərin karbohidrogen ehtiyatlarından səmərəli
istifadə məqsədilə Bakıda keçirilən görüşlər, imzalanan sənədlər,
«Əsrin müqaviləsi»nin yenilənməsi, istifadə müddətinin 2050- ci
ilədək uzadılması
qarşılıqlı etimadı, əməkdaşlıq
formatını genişləndirir. BTC və BTQ neft- qaz
layihələrinin davamı olan Cənub Qaz Dəhlizinin,
TANAP-ın TAP-ın istifadəyə verilməsi ilə Avropa
ölkələrinin enerji ilə təchizatı şaxələndirilmiş
prinsiplər əsasında təmin olunur.
Neft strategiyasından irəli gələn
təşəbbüsləri ilə Xəzəri dostluq, əməkdaşlıq, firavanlıq dənizi kimi
tanıdan, müstəqilliyimizin ilk illərində sahilyanı ölkələr
arasında Xəzərin dibinin, təbii ehtiyatlarının
bölüşdürülməsi ilə bağlı yaranan
fikir müxtəlifliyinin həllində də
aparıcı rola malik Azərbaycan bölgədə
sülhün, sabitliyin
qorunması üçün faydalı təşəbbüsləri
ilə hər zaman diqqəti cəlb edir. Xəzər
dənizi üzrə danışıqlarda dialoq,
qarşılıqlı anlaşma, əməkdaşlıq və
sabitlik mühitinin formalaşdırılması naminə səylər göstərən, Xəzərin
hüquqi statusunun müəyyənləşdirilməsi
üçün ilk təşəbbüs göstərən
ölkə də Azərbaycan
olmuşdur. Neft amilindən istifadə
etməklə regional sabitliyin, təhlükəsizliyin təminatçısı
olan Azərbaycanın Türkmənistanla «Dostluq»” yatağının
karbohidrogen resurslarının birgə kəşfiyyatı,
işlənməsi və mənimsənilməsi haqqında
Anlaşma Memorandumunu” imzalaması tarixi hadisə, artıq reallığa çevrilən
təşəbbüslərin davamıdır.
«Bu gün müstəqil Azərbaycan
və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki,
ancaq müstəqillik şəraitində, müstəqillik
dövründə Azərbaycan xalqı öz təbii
ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik
dövründə Azərbaycan uğurla inkişaf edə bilər.
Bu gün biz müstəqil dövlət kimi
ayaqda möhkəm dayanmışıq, ölkə
qarşısında duran bütün vəzifələri
uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla
birlikdə icra edirik və Avropanın enerji xəritəsini
yenidən tərtib edirik» söyləyən
Prezident İlham Əliyevin bildirdiyi kimi, Xəzər dənizində
bölgü məsələləri üzrə bütün
sahilyanıölkələrin mövqelərinin
yaxınlaşdırılmasına və ümumi
razılığın əldə edilməsinə xidmət
edən Azərbaycan səyləri dünyada da sülhün, təhlükəsizliyin
təmin edilməsini şərtləndirir.
Aşqabad
şəhərində «Azərbaycan Respublikası Hökuməti
ilə Türkmənistan Hökuməti arasında Xəzər
dənizində «Dostluq»” yatağının karbhidrogen
resurslarının birgə kəşfiyyatı, işlənməsi
və mənimsənilməsi haqqında» Anlaşma
Memorandumu”nun imzalanması tarixi hadisə olmaqla, bölgədə
sabitliyin qorunması, əlaqələrin genişləndirilməsi
baxımından da əhəmiyyətlidir. Yatağın
işlənməsi ilə Xəzər dənizi regionunda enerji
və nəqliyyat-kommunikasiya layihələrinin həyata
keçirilməsinə, xarici investorların layihələrə cəlbinə,
habelə Azərbaycanın nəqliyyat-tranzit
potensialının möhkəmlənməsinə yeni imkanlar
yaranacaq. Artıq
reallığa çevrilən «Azərbaycan qazı Avropa
üçün etibarlı və
uzunmüddətli mənbədir”» sözlərinini
qarantı «Babək», «Abşeron», «Ümid»
yataqlarının istismarı ilə
Xəzər dənizinin Azərbaycana məxsus
sektorundan hasil olunacaq
resursların digər ölkələrin də enerji təhlükəsizliyini
təmin edilməsidir.
SOCAR –la BP şirkətlərinin birgə layihəsi
çərçivəsində həyata keçirilən
«Şəfəq-Asiman» yatağında aparılan kəşfiyyat
işləri ölkəmizə marağı daha da
artıracaq.
Ölkəmizin nəqliyyat mərkəzinə,
iqtisadi zonaya çevrilməsi
də iqtisadi qüdrətimizin artmasını göstərən
amillərdən, günümüzün həqiqətlərindən,
müasir dövrümüzün yeniliklərindəndir. Avropanı Asiya ilə birləşdirən,
ən səmərəli nəqliyyat
vasitəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə uzaqlar yaxınlaşıb. Bölgədə ən
iri infrastruktur layihəsi olan Ələt Beynəlxalq Dəniz
Ticarəti limanının istifadəyə verilməsi yükdaşıma sahəsində
böyük əhəmiyyət malik olan Azərbaycanı daha
bir iqtisadi körpüyə çevirib. Çinin təşəbbüsü
ilə həyata keçirilən
və Avrasiya ölkələri araısnda
infraskturun yaradılması və qarşılıqlı əlaqələrin
qurulmasına yönələn
«Bir kəmər, bir yol»layihəsinə qoşulan Azərbaycanın şaxələndirilmiş
iqtisadi siyasət, enerji, nəqliyyat
, investisiya proqramlar davam etməkdədir. İkinci Qarabağ
müharibəsindən sonra imzalanan üçtərəfli Bəyanatda
qeyd olunan Zəngəzur dəhlizinin
bərpası ilə daha böyük nəqliyyat mərkəzinə
çevriləcək Azərbaycan bölgədə
yaratdığı yeni reallaqlarla
da maraq dairəsinə
çevriləcək.
« Dəmir yumruq» əməliyyatı ilə
Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Ordumuzun güclənməsi, Azərbaycan
Silahlı Qüvvələrinin dünya dövlətlərinin
orduları arasında yer
tutması, müdafiə imkanlarımızın
artmasının nəticəsi olan Aprel döyüşləri,
Lələtəpədə bayrağımızın
dalğalanması, Cocuq –Mərcanlıya tarixi, Günnüt
əməliyyatı Ermənistan
üzərində siyasi, iqtisadi, diplomatik uğurlarımız Azərbaycanın müdafiə
qüdrətinin istənilən səviyyədə
olduğunu göstərdi.
Ölkəmiz müasir silahlanmaya görə Avropada
ikinci, dünyada
üçüncü yerdədir. Bu uğurlar,
Ali Baş Komandan İlham
Əliyevin həyata keçirdiyi
ordu quruculuğu siyasətinin
məntiqi nəticəsidir. 44 gün davam edən Vətən
müharibəsində Ermənistan
üzərində Qələbə çalan Azərbaycanın
Zəfəri Prezident, Ali Baş
Komandan İlham Əliyevin 30 ilə yaxın davam etdirdiyi diplomatik
səylər, uzaqgörənliklə müəyyənləşdirdiyi və qələbəyə hədəflənən
«yol xəritəsi»nin təntənəsidirı. Ermənistanın
baş naziri Nikol Paşinyanın
«Münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan
xalqı və Dağlıq Qarabağ xalqı
üçün məqbul olmalıdır» sərsəmləməsinə «İndi deməliyəm ki,
«Dağlıq Qarabağ xalqı»” məfhumu mövcud deyil.
Dağlıq Qarabağın əhalisi var, münaqişə
başlayana qədər bu, bərabər hüquqlara malik olan
Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll
variantının məqbul olmasına gəldikdə isə, o,
Azərbaycanın bütün dünya tərəfindən
tanınmış ərazi bütövlüyünün bərpa
olunması, qaçqınların və məcburi
köçkünlərin öz doğma torpaqlarına, o
cümlədən Dağlıq Qarabağa qayıtmasından
ibarətdir» sözləri ilə aydınlıq gətirdi. Qlobal məsələlərin həllini beynəlxalq
hüququn tələbləri baxımından ədalətli
hesab edən dövlət başçımız «Dəmir yumruq» əməliyyatını
Zəfərlə başa çatdıraraq Ali Baş Komandan
kimi sərkərdəlik məharətini,
bacarığını göstərdi. Nikol
Paşinyanın «Qarabağ Ermənistanın
bir hissəsidir və nöqtə”» sarsaqlamasına «Birincisi, yumşaq desək, bu,
yalandır. Dünya tərəfindən həm Aran, həm də
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi
kimi tanınıb. Ermənistan özü də bu qanunsuz
qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan
torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır
və nida işarəsi» sözləri ilə cavab verən
Prezident İlham Əliyevin vurğuladığı kimi Ermənistanını
kaptulyasiya Bəyanatını
imzalaması ilə
Dağlıq Qarabağ statusu məfhumu gora getdi: «Buna görə
«Dağlıq Qarabağ ordusu» anlayışı yoxdur.
«Dağlıq Qarabağ respublikası» anlayışı
yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan
və Azərbaycan.»
Ötən ilin sentyabr
ayının 27-dən başlanan və Ermənistanın təxribatlarına
cavab olan 44 günlük müharibə dünya hərb tarixinə müasir dövrün
döyüş taktikasını və strategiyasını əks
etdirən hərbi əməliyyat kimi yazıldı. Prezident İlham Əliyevin «Bu dəmir
yumruq onların belini qırdı, onların
başını əzdi. Əgər bizə qarşı hər
hansı bir təxribat törədilərsə,
cavabımız çox sərt olacaq, çox peşman
olacaqlar və yenə də acı məğlubiyyətlə
üzləşəcəklər. Heç kim bizim
qabağımızda dura bilməz. Bundan sonra həmişə
belə olacaq» xəbərdarlığı bu gün də məğlub,
əzilmiş erməniləri qorxuda saxlayır. İllərdən
bəri mötəbər
tribunalardan Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə
çatdıran Prezident İlham Əliyevin sözlərini
işğaldan azad olunmuş torpaqlarımızda dalğalanan
üçrəngli bayraqlarımız təsdiqləyir.
Danışıqların nəticə
vermədiyi məqamda ərazilərimizi Ali Baş Komandan
İlham Əliyevin başçılığı, güc ilə azad edən Azərbaycan əsgəri erməni
faşizmini məhv etdi. Düşmən tarixdə əbədi qalacaq,
alçaldıcı kapitulyasiya
aktına imza atdı. Prezident İlham Əliyevin « Bu dəmir yumruq onların belini
qırdı, onların başını əzdi. Əgər
bizə qarşı hər hansı bir təxribat törədilərsə,
cavabımız çox sərt olacaq, çox peşman
olacaqlar və yenə də acı məğlubiyyətlə
üzləşəcəklər. Heç kim bizim
qabağımızda dura bilməz. Bundan sonra həmişə
belə olacaq» xəbərdarlığı əlləri azərbaycanlıların
qanına bulaşmış erməni cəlladlarını təşvişə
salır. Ağdamı, Füzulini,
Cəbrayılı, Qubadlını, Zəngilanı, Kəlbəcəri,
Laçını, mədəniyyət beşiyimiz olan
Şuşanı azad edən Azərbaycan əsgəri işğalçı erməniləri
torpaqlarımızdan iti qovan kimi qovdu. «Mən demişəm ki, əgər
kimsə Ermənistanda revanş haqqında
düşünürsə, o, bizim dəmir yumruğumuzu bir
daha görəcək. Bu dəmir yumruq
onların belini qırdı, onların başını əzdi.
Əgər bizə qarşı hər hansı bir təxribat
törədilərsə, cavabımız çox sərt
olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə
üzləşəcəklər»
söyləyən İlham Əliyev bildirir ki, düşmən bir daha belə
cəhd edərsə, axırı lap pis olacaq. Hazırda
işğaldan azad edilmiş ərazilərdə geniş
miqyaslı abadlıq, quruculuq
işləri aparılır, infrastruktur yenilənir, yollar
çəkilir, eletrikstansiyaları quraşdırılır,
dağıdılmış dini abidələr əvvəlki
görkəmlərinə
qayıdırı,qırılmış meşələrin
yerində yeni ağaclar əkilir, su mənbələri,
hövzələri yaradılır.
Prezident İlham Əliyevin «Qarabağ bizimdir, Qarabağ Azərbaycandır»
çağırışını dəstəkləyən
bütün dünya azərbaycanlıları, türk
dünyası, müsəlman aləmi ölkəmizlə həmrəyliklərini işğaldan azad olunmuş ərazilərin
bərpasında iştirak etmək müraciətləri ilə
bildirirlər.
Vədə sadiqlik, xalqına, torpağına
bağlılıq Prezident İlham Əliyevin dəyişilməyən
fəaliyyət prinsipi, davam etdirdiyi siyasətə sədaqət
borcudur
« Mən bu gün ulu öndər Heydər
Əliyevin məzarını ziyarət etdim. Onun
ruhu qarşısında baş əydim, ürəyimdə
dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə
yetirdim.» Prezident İlham
Əliyevin ilk dəfə andiçmə mərasimində söylədiyi bu sözlər təkcə «Heydər Əliyev siyəsəti
davam etdiriləcək» vədini
yerinə yetirən övladın deyil, 10 milyondan
artıq insanın taleyinin etibar edildiyi dövlət başçısının
xalqı qarşısında verdiyi 17 illik hesabat idi. Bu gün
bütün Azərbaycan xalqı ürəklə deyir: Cənab İlham Əliyev, Siz doğrudan da xoşbəxt
insan, qətiyyətli Lider, neft
amilini insan kapitalına çevirmək naminə tarixi xidmətlər göstərən
təcrübəli siyasətçi, bacarıqlı
iqtisadçı, milli-mənəvi
sərvətlərimizi qoruyan,
hörmətlə yanaşan əsl azərbaycanlı,
multikultural dəyərləri dövlətə
rəhbərləiyi dövründə formalaşdıran
xeyirxah, humanist şəxsiyyət… milyonların
etimadını qazanan hamının inanıb, taleyini etibar
etdiyi qüdrətli, həmkarlarınız arasında
sayılıb-seçilən qətiyyətli Prezidentsiniz!
Azərbaycan Sizinlə fəxr edir və gələcəkdə
də Sizin siyasətinizi dəstəkləyərək, ətrafınızda
sıx birləşəcək!
İşğaldan azad olunmuş ərazilərdə,
yüksəkliklərdə dalğalanan bayraqlarımız Ali Baş Komandan kimi Sizin qətiyyətinizin,
İlhamlı gələcəyimizin simvoludur! Bu bayraq isə qələbə
üfüqlərində əbədi
dalğalanacaq. Sizin davam
etdirdiyiniz yolla irəliləyən Azərbaycan Ulu Öndərin istədiyi
kimi dünyaya Günəş
kimi doğacaq.
Xuraman
İsmayılqızı,
İki sahil.- 2021.- 10 aprel.- S.3, 16-17.