AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin biblioqrafiyası nəşr olunub

 

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri” seriyasından tanınmış dilçi-türkoloq alim Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin biobiblioqrafik göstəricisi hazırlanıb.

 

Görkəmli alimin 70 illik yubileyi haqqında kitabın elmi redaktoru AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, redaktoru MEK-in Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, tərtibçiləri alimin qızı, filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəzqızı MEK-in baş biblioqrafı Mahnur Həsənovadır.

 

Görkəmli pedaqoq Əbülfəz Quliyevin həyat fəaliyyətinin əsas tarixlərini özündə əks etdirən, 1972-2020-ci illəri əhatə edən biobiblioqrafiyada alimin monoqrafiyaları dərslikləri, tərtibçisi olduğu tərcümə etdiyi kitabları, elmi elmi kütləvi məqalələri, elmi rəhbərlik opponentlik etdiyi  dissertasiyalar, Azərbaycan türk dillərinin tarixini geniş təbliğ edən müxtəlif konfrans, simpozium, elmi seminarlarda etdiyi çıxış məruzələri öz əksini tapıb. Həmçinin göstəriciyə üç dildə alimin həyat fəaliyyətinin əsas tarixləri, ictimai elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk daxil edilib.

 

Biobiblioqrafik göstəricidə materiallar xronoloji qaydada, əlifba sırası ilə çap olunduğu dillərə görə qruplaşdırılıb. Kitabın sonunda göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə soraq-axtarış aparatı tərtib edilib.

 

Kitab Azərbaycan dilçiliyi, türkologiya sahəsində çalışan alim mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

 

İki sahil.- 2021.- 10 aprel.- S.20.