"24 aprel soyqırımı"iddiası erməni saxtakarlığından
başqa bir şey deyil
Milli Məclisin
deputatı, tarix elmləri doktoru Anar İsgəndərov
-Anar müəllim,
məlum olduğu kimi, ermənilər hər il 24 aprel tarixini uydurma “erməni soyqırımı” kimi qeyd edir. Ermənilərin
bu uydurma iddiaları haqqında nə deyə bilərsiniz?
-Daşnakların
dənizdən-dənizə “böyük Ermənistan” dövləti yaratmaq planı Birinci Dünya müharibəsi ərəfəsində daha
geniş miqyas aldı. Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı
dövlətinin 3-cü ordusuna
rəhəbərlik edən
Ənvər paşa Ərzurumda erməni liderləri ilə görüşündə yəqin etdi ki, ermənilər müharibə başlanacaq
təqdirdə Osmanlı
dövlətinə xəyanət
edəcəklər. Çünki
çar Rusiyası gələcəkdə müharibənin
nəticəsindən asılı
olaraq, Osmanlı ərazisində erməni muxtar dövlətinin yaradılmasına təminat
verməklə, bu ərazidə yaşayan erməniləri
Türkiyəyə qarşı
müharibəyə cəlb
edə bilmişdi. Birinci Dünya müharibəsi ərəfəsində
çar II Nikolayın
Qafqaza gəlişi və ermənilərə
osmanlılara qarşı
əməkdaşlıq təklif
etməsi məsələni
daha da ciddiləşdirdi.
Çar Tiflisdəki nitqini: “Qoy, rus bayrağı altında üzən gəmilər Bosfor və Dardanel boğazlarında sərbəst
hərəkət etsin.
Qoy, erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini
qura bilsin. Çar hökumətinin himayəsi altında qan qardaşlarınızla
birləşərək, nəhayət,
hürriyyət və
ədalət nemətlərinə
qovuşacaqsınız. Ermənilərin sədaqətinə
inanıram, erməni xalqını xoş gələcək gözləyir.
Sizi əmin edirəm, arzunuz yerinə yetiriləcək!”
kəlmələri ilə
bitirdi.
Beləliklə, çar II Nikolayın bu qərəzli və təhrikedici çıxışı ermənilərin
Rusiya tərəfindən
Türkiyəyə qarşı
müharibədə iştirakını
təmin etdi. Türk torpaqlarının
işğalına və
əhalisinin məhv edilməsinə hazırlaşan
erməni silahlı birləşmələri erməni
kilsəsindən xeyir-dua
aldılar.
Çarın bu bəyanatından sonra ermənilərin bir qismi Osmanlı
torpaqlarına soxulan rus ordusuna qoşuldu,
digər hissəsi isə mallarını və mülklərini sataraq könüllü erməni dəstələrinə
yazıldılar. Dinc türk əhalisinə qarşı həyata keçirilən qırğınlarda
fəal iştirak edən ermənilər bölgəni yaxşı
tanıdıqları üçün
həm ruslara bələdçilik edir,
həm də təxribatlar törətməklə
məşğul olurdular.
1915-ci ilin yanvarında
Sarıqamış, 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman,
iyunda Ərzincan, avqustda isə Muş rus ordusu
və erməni silahlı birləşmələri
tərəfindən işğal
edildi. Ermənilər
müsəlman kəndlərini
qarət edir, yandırır, əhalini fərqinə varmadan qılıncdan keçirirdilər.
Dinc əhalini zorla evlərə, məscidlərə dolduraraq
diri-diri yandırırdılar.
Qocaları və uşaqları torpağa basdırır, hamilə qadınların qarnını
yırtıb körpələri
çıxarıb boğur,
anaları öz balalarının ətini yeməyə məcbur edirdilər. Kazım Qarabəkir paşa ABŞ
generalı Harborda göndərdiyi məktubda
yazırdı: “Azad etdiyimiz şəhərdə
dəhşətli bir
mənzərə ilə
rastlaşdım. Şəhərdə
sağ qalmış heç kimə rast gəlmədim. Bütün uşaqların
bədənləri süngülərlə
dəlik-deşik edilib.
Qocaları və qadınları zirzəmilərə
doldurub diri-diri yandırıblar, gəncləri
balta ilə şaqqalayıb asıblar.
Həmvətənlərimin bu faciəsi insanın qəlbinə dağ çəkir…”
-Qeyd etdiyiniz
kimi, Birinci Dünya müharibəsində
ermənilər öz
havadarlarının dəstəyi
ilə türk-müsəlmanlara
qarşı qırğınlar
törətmişlər. Bu
qırğınların qarşısını
almaq üçün
hansı addımlar atıldı?
-Ermənilərin yerli əhaliyə qarşı həyata keçirdikləri qırğınlar
Osmanlı dövlətini
müəyyən müdafiə
tədbirləri görməyə
məcbur etdi. Belə ki, 1915-ci ilin mayın ortalarında Van, Bitlis və Ərzurumdan erməni əhalisi döyüş
meydanından uzaqlaşdırıldı.
Bununla da türklərin rus və ingilislərə qarşı döyüşlərində
ermənilərin neytrallığı
təmin edildi. Eyni zamanda, Osmanlı dövlətinin hərbi rəhbərliyi türklərə
və digər müsəlmanlara ermənilərə
qarşı hər hansı zorakılıq törətməyi qadağan
edən göstəriş
verdi. 1919-cu il yanvarın 30-da Londonda çıxan “The Times” qəzeti yazırdı: “Köçürülən
erməni əhalisinin
gələcəkdə öz
evlərinə qayıtması
və əmlakına sahib durması üçün Osmanlı
hökuməti tərə¬findən
xüsusi komissiya yaradıldı. Komissiyanın
işi erməni əhalisinin siyahıya alınmasından ibarət
idi. Komissiyanın sənədlərində dönə-dönə
qeyd olunur ki, müharibə başa çatandan sonra erməni əhalisi öz evlərinə qaytarılacaqdır”.
Antantanın təbliğat maşını
və erməni millətçiləri sübut
etmək istəyirlər
ki, Birinci Dünya müharibəsi illərində Osmanlı ərazisində bir milyondan çox erməni öldürülüb.
Bunun üçün
fakt kimi müharibəyə qədər
Osmanlı ərazisində
ermənilərin 2,5 milyon
nəfər olduğu
göstərilirdi. Halbuki, Osmanlı
dövlətinin rəsmi
məlumatına görə,
müharibəyə qədər
bu ərazidə 1,3 milyon erməni yaşayırdı. Göstərilən
əhalinin yalnız yarısı döyüş
əməliyyatları gedən
ərazidə yaşayırdı.
Müharibə dövründə
yarım milyon erməni Türkiyədən
Qafqaza və başqa yerlərə köçmüş, 150-200 min
erməni Qərbi Avropa və ABŞ-a mühacirət etmiş və ehtimal etmək olar ki, ölən əhalinin sayı 200 min nəfər olub. Təbii ki, bu rəqəmin
içində təkcə
köçürmə nəticəsində
ölənlər yox,
aclıqdan, soyuqdan ölənlər və itkin düşənlər
də var. “The Times” qəzeti
yazır: “Bu, danılmaz həqiqətdir
ki, müharibə illərində Osmanlı ərazisində iki milyon türkün həyatına son qoyulub”.
Erməni ideoloqları
dünyanı inandırmaq
istəyir ki, guya 1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində
qırılmasına dair
yazılı göstəriş
vermişdi. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd,
ümumiyyətlə, yoxdur.
Osmanlı imperiyasını
parçalamaq üçün
Paris Sülh Konfransına yığışan
Qərb dövlətləri
24 apreldən canfəşanlıqla
istifadə etməyə
başladılar. Konfransın təşkil
etdiyi komissiya Osmanlı rəhbərlərinin
gizli yazış¬malarını
diqqətlə yoxladıqdan
sonra ermənilərin
kütləvi surətdə
qətlə yetirilməsi
haq¬qında heç bir sənəd və əmrə rast gəlmədi. Əksinə, Avropadan gələn məmurlar belə faktla rastlaşdılar ki, köçürülən
erməni əhalisinin
təhlükəsizliyini təmin
etmək üçün
Osmanlı dövləti
tərəfindən onlarla
əmr və göstəriş verilib.
-Əslində, 24 apreldə nə baş vermişdi?
-Doğrudan da,
Osmanlı dövlətinin
daxili işlər naziri Tələt paşa 1915-ci il aprelin 24-də sənəd
imzalamışdı. Həmin
sənəd bu gün müxtəlif dillərdə dünyanın
ayrı-ayrı arxivlərində
saxlanılır. Sənəddə
söhbət Osmanlının
ayrı-ayrı şəhərlərində
üsyana hazırlaşan
erməni təşkilatlarının
rəhbərlərinin həbs
olunmasından gedir. Bu sənəddə söhbət erməni əhalisinin köçürülməsi
və onlara qarşı soyqırımın
həyata keçirilməsindən
getmir. Sənəddə
qeyd olunur ki, erməni komitələrinin rəhbərliyi
altında Zeytun, Bitlis, Sivas və
Vanda baş vermiş üsyanların təkrarlanmaması üçün
üsyan rəhbərlərinə
qarşı həbs qəti imkan tədbirinin seçilməsinə
ehtiyac vardır. Doğrudan da bir gün sonra
- aprelin 25-də İstanbulda
erməni üsyançı
qruplaşmasının Daşnaksütyun
və Qnçaq-dan olan rəhbərliyi həbs olundu. Ayrı-ayrı vilayətlərdə
isə bu həbslər bir neçə gün sonra başladı.
Birinci Dünya müharibəsi
illərində erməni-osmanlı
münasibətlərinə dair həm obyektivlik
baxımdan, həm də sənədlərin
əksəriyyəti qeyri-müsəlman
müəlliflərinə məxsus
olduğuna görə,
ABŞ konqresi kitabxanasında
saxlanılan “Bristolun sənədləri” diqqəti
cəlb edir. Bu külliyyatda qeyd olunur ki, “dəqiq
statistik mən-bələrdən
məlumdur ki,
1912-1922-ci illər ərzində
600 minə yaxın erməni həlak olub. Ölən əhali türklər tərəfindən soyqırımına
məruz qalmamış,
soyuqdan, aclıqdan və köçürülərkən
tələf olublar.
1,5-2 milyon ermənin ölümü ilə bağlı iddialar fərziyyədən başqa
bir şey deyil. Müharibə gedən ərazidə insanların ölümü
və itkin düşməsi adi bir haldır”. Bristolun sənədlərində
göstərilir ki, qeyd olunan dövrdə
2,5 milyon türkün
həyatına son qoyulub. Türklərin ölümü və öldürülməsi ermənilərdən
daha faciəli olub.
İki sahil.- 2021.- 24 aprel .- S.7.