Jurnalistlər Zəngilan Qubadlıda minatəmizləmə prosesi ilə tanış olublar

 

 

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə yerli jurnalistlərin Zəngilan və Qubadlı rayonlarına media-turu təşkil olunub. Səfərin məqsədi erməni işğalından azad edilmiş yaşayış məntəqələrimizin mina partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olmaqdır.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, jurnalistlər əvvəlcə Zəngilan rayonundaAğıllı kəndlayihəsi üzrə inşa işlərinin həyata keçirildiyi 1-ci 2-ci Ağalı kəndlərinə səfər ediblər. Məlumat verilib ki, işğaldan azad edilmiş Zəngilan rayonunda Prezident İlham Əliyevin iştirakı ilə aprelin 26-da ilkAğıllı kəndlayihəsinin təməli qoyulub. 1-ci, 2-ci 3-cü Ağalı kəndlərində icra olunacaq layihədə Türkiyə, İsrail, İtaliya Çinin qabaqcıl şirkətləri iştirak edirlər.

 

ANAMA-nın partlamamış hərbi sursatlar üzrə əməliyyatlar qrupunun əməkdaşı Anar Vəliyev qeyd edib ki, təkcə 2-ci Ağalı kəndində 74 hektar ərazidə işarələmə işləri aparılıb 43 hektar sahə mina partlamayan sursatlardan təmizlənib. Ağalı kəndində əsasən partlamayan sursatlara Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilən raket qalıqlarına rast gəlinir. Ümumilikdə isə bu günə kimi Zəngilan rayonunda 3 milyon 530 min kvadratmetr ərazi minalardan təmizlənib.

 

Sonra media nümayəndələri Zəngilan rayonunda tikilən hava limanının ərazisinə gəliblər. Bildirilib ki, dövlətimizin başçısı aprelin 26-da Zəngilana səfəri çərçivəsində hava limanının da təməlini qoyub. Burada ilkin olaraq 68 min kvadratmetr ərazi minalardan təmizlənib proses davam edir.

 

Jurnalistlər daha sonra Qubadlıya səfər edib, rayon ərazisində minatəmizləmə prosesini izləyiblər.

 

ANAMA-nın partlamamış hərbi sursatlar üzrə əməliyyatlar qrupunun bölmə rəhbəri Bəhruz Namazov bildirib ki, düşmənin basdırdığı minaların xəritəsini verməməsinə baxmayaraq, bu günə kimi Qubadlı rayonu ərazisində 3 milyon 600 min kvadratmetr ərazi minalardan təmizlənib. Təmizləmə işləri zamanı 146 ədəd partlamamış mərmi, 12 ədəd tank əleyhinə, 2 ədəd piyada əleyhinə mina, 500-dən çox güllə aşkar edilərək zərərsizləşdirilib. Hazırda Qubadlı rayonu Xanlıq kəndi ərazisində əkinəyararlı torpaqlarda təmizləmə işləri davam etdirilir.

 

Media nümayəndələri ermənilərin basdırdığı mina partlamayan hərbi sursatların zərərsizləşdirilməsini izləyiblər.

 

 İki sahil.- 2021.- 30 aprel.- S.6.