Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə çatacaq

 

Milli Məclisin deputatı Jalə Əliyeva www.yap.org.az saytına müsahibə verib:

 

 

 

- Jalə xanım, bildiyimiz kimi, ABŞ Prezidenti Co Bayden 24 aprel tarixli bəyanatında uydurma “erməni soyqırımı” ifadəsini işlədib. Türkiyə Azərbaycanda ABŞ Prezidentinin bu addımı kəskin etirazla qarşılanır. Sizcə, belə bir addımın atılmasında məqsəd nədən ibarətdir?

- Son bir neçə günümüz yenə zəngin hadisələrlə, tarixi mesaj bəyanatlarla, açılışlarla yadda qaldı. İstər dünyamızda, istər ətrafımızda, istərsə ölkəmizdə gündəm mövzuları çox zəngin oldu. Təbii ki, bir parçası, tərkib hissəsi olduğumuz üçün dünya gündəmini məşğul edən bir çox mövzular, məsələlər bu ya digər dərəcədə ölkəmizi ilgiləndirdi, əhatələndirdi. Birinci ondan başlayaq ki, aprelin 24-də ABŞ Prezidenti Co Bayden tarixi həqiqətlərə faktlara göz yumaraq, çıxışındaerməni soyqırımıifadəsini səsləndirdi. Bununla da ABŞ tarixində, xüsusilə son 40 ildə bu saxta uydurma məsələni dilə gətirən ikinci dövlət başçısı oldu. Bu bəyanatı, bu ifadəsi ilə həm ölkəsinin imicinə, dünyadakı nüfuzuna zərbə vurdu, həm tarixi müttəfiqi olan qardaş dost Türkiyə ilə münasibətləri ciddi şəkildə zədələdi.

Heç təsadüfi deyil ki, Baydenin son bəyanatı Türkiyə Azərbaycanı bir daha bir-birinə yaxınlaşdırdı, pərçimlədi! İki qardaş dost dövlət yenəİki dövlət, bir millətolduğunu, həmrəyliyini nümayiş etdirdi hər kəsə bir daha yerini tanıtdı. Elə həmin gün, aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı oldu. Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarmaerməni soyqırımıilə əlaqədar verdiyi bəyanatını qınadılar. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırdı.

- Bir neçə gün öncə Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT-nin Asiya Sakit okean üçün İqtisadi Sosial Komissiyasının 77-ci sessiyasında çıxış etdi. Bu çıxışın əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Bəli, bu həftənin ilk günü, bazar ertəsi BMT-nin qərargahı Tailandda yerləşən Asiya Sakit okean üçün İqtisadi Sosial KomissiyasınınAsiya Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunmasımövzusuna həsr edilən 77-ci sessiyası öz işinə başladı. Sessiyanın Asiya Sakit okean regionu ölkələrinin dövlət hökumət başçılarının çıxışları seqmentində Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olundu. Bu çıxışda dövlət başçımız bütövlükdə dünyamızı maraqlandıran, narahat edən məsələlərlə bağlı bir daha həm özünün, həm Azərbaycanın müfəssəl, mükəmməl, birmənalı mövqeyini ortaya qoydu. Çıxışında istər bir ildən çoxdur dünyanı cənginə alan koronavirus pandemiyasına, istərsə 32 illik qanlı Qarabağ münaqişəsinə toxunan ölkə rəhbəri növbəti dəfə açıq, aydın mesajlarını, xəbərdarlıqlarını ifadə etdi. Bildirdi ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş onu uğurla həyata keçirmişdir. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirilmişdir.

Eyni zamanda, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan isə öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qalmışdır. Nəticədə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini beynəlxalq hüququn norma prinsiplərini icra etmiş, tarixi ədaləti ərazi bütövlüyünü bərpa etmişdir.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına da mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaqZəngəzur nəqliyyat dəhliziüzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Asiya Sakit okean hövzəsindən olan tərəfdaş ölkələr bu regional layihənin potensialını nəzərdən keçirə bilərlər. Biz sözümüzü dedik, öz səmimi mövqeyimizi ortaya qoyduq, indi seçim, qərar onlarındır!

- Cənab Prezident işğaldan azad olunmuş Cəbrayıl Zəngilan rayonlarına son səfəri zamanı da mühüm mesajlar verdi. Bu barədə deyə bilərsiniz?

- Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, xalqının Xilaskar oğlu - ölkə Prezidenti cənab İlham Əliyev növbəti dəfə işğaldan azad olunmuş bölgələrimizə - Cəbrayıl Zəngilanımıza səfər etdi. Bu səfərdə yenə Onun yol yoldaşı ən yaxın ən sadiq silahdaşı Mehriban xanım Əliyeva oldu. Ali Baş Komandanla ölkənin birinci xanımı Birinci vitse-prezidenti 6-cı dəfə Qarabağımıza səfərlərini gerçəkləşdirdilər bununla növbəti dəfə tarix yazdılar, növbəti dəfə Qələbələrimizin üzərinə Qələbələr, Zəfərlərimizin üzərinə Zəfərlər əlavə etdilər! Bu səfər əvvəlki səfərlər kimi, zəngin açılışlarla, Ali Baş Komandanın tarixi mesaj bəyanatları ilə bol-zəngin oldu, yadda qaldı. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etdi, eyni zamanda, dövlət başçımız Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinciAğıllı kəndlayihəsinin, Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoydu. Həmçinin səfər zamanı dövlət başçımız Zəngilan sakinləri ilə görüşdü.

Bəli, bunlar bizim növbəti böyük hədəflərimizin tərkib hissəsi bir parçasıdır. indiyə qədər olduğu kimi, bundan sonra da Qalib Azərbaycanla Qalib Sərkərdə ilə bir-bir hədəflərimizə çatacağıq.

 

 

 İki sahil.- 2021.- 30 aprel.- S.11