Türkiyə-Azərbaycan qardaşlığı bütün təxribatlara qalib gəlir

 

 

 

Regional gücə sahib olmaq naminə ABŞ prezidentinin səsləndirdiyi saxta «erməni soyqırım» məsələsi ermənilərə «hədiyyədən» çox baş ağrısıdır

 

ABŞ Prezidenti Cozef Baydenin tarixi səhvlərindən olan «erməni soyqırımı» ilə bağlı söylədikləri belə bir reallığı təsdiqləyir ki, dövlətə başçılıq edən şəxs təkcə öz xalqının deyil, əməkdaşlıq etdiyi müttəfiqlərinin tarixi, ənənələri, iqtisadiyyatı haqqında da ətraflı məlumata malik olmalıdır. Amma illərdən bəri ermənilərin həsrətində olduqları «soyqırımı» ifadəsini işlətməklə işğalçıya dəstək göstərdiyini zənn edən ABŞ Prezidentinin tarixdə baş verməyən hadisəni «reallaşdırması» bölgədə siyasi gərginliyi artırır. Bu gərginlikdə diqqət çəkən məqam isə Türkiyə-Azərbaycan dostluğunun dünya ictimaiyyətinə daha geniş mənada çatdırılmasıdır. Türkiyənin Cənubi Qafqazda artan mövqeyindən təşvişə düşən, bölgədə möhkəmlənmək üçün illərdən bəri çalışan Avropa İttifaqına daxil olan dövlətlər kimi ABŞ rəsmiləri coğrafi, siyasi, iqtisadi baxımdan əhəmiyyətli olan bu regiondan kənarda qalmaqdan narahatdırlar.

 

Türkiyədə siyasi sabitliyi pozmaq naminə bu addımı atan Baydenin ermənilərə «simpatiyasının» olmadığı bəllidir. Çünki Ştatlarda yaşayan ermənilərin törətdikləri çirkli əməllərlə bağlı sensasiyalı, kriminal xarakterli yazılarda bu millətin genefondunun dəyişilməz xüsiyyətlərindən, mənfur niyyətlərindən sıravi amerikalılar kimi dövlət rəsmiləri məlumatlıdırlar. Baydenin səsləndirdiyi « erməni soyqırımı» ifadəsinin güclənən, dünya siyasətində önəmli tərəfdaş, söz sahibi olan Türkiyəyə təsir imkanları yox səviyyəsindədir . Amma Ştatlarda bir məqamı nəzərdən qaçırırlar ki, Türkiyə Osmanlı dövründəki dövlət deyil. Daim inkişaf edən, iqtisadi, siyasi qüdrəti artan, türk dünyasının birlik həmrəyliyini möhkəmləndirən sarsılmaz qüvvə, İslam aləminin lokomotividir. İllərdən bəri həmrəylikləri ilə bəzilərini qısqandıran AzərbaycanTürkiyə faktoru son illərdə daha çox diqqəti cəlb edir. ABŞ-dan səslənən saxta « erməni soyqırımı» ifadəsinə etirazını rəsmi bildirən Prezident İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində Azərbaycan xalqının Türkiyə ilə birlikdə olduğunu vurgulamışdır. Bu səmimiyyət öndər Mustafa Kamal Atatürkün vaxtı ilə bildirdiyi kimi hər iki xalqın sevincinin , kədərinin eyni olduğu anlamında qəbul olunur, bu gün daha böyük əhəmiyyət daşıyır.

 

Türkiyə Prezidentinin məsələ ilə bağlı sərt tədbirlər görüləcəyi barədəki açıqlaması «soyqırım» ifadəsindən qürrələnərək atəşfəşanlıq edən ermənilərin sevincini yasa döndərib. Erməni din xadimlərinin vəziyyətdən qorxuya düşərək soydaşlarını xəbərdar etmələri haya-küyə gedən «hay»ların isti aşına su qatıb.

 

Dünyanın siyasi müstəvisində baş verən hadisələrə ani nəzər salmaqla «soyqırımı» məsələsinin dərinliklərində regional mübarizənin dayandığını görmək o qədər çətin deyil. ABŞ-ın Çinlə, Rusiya ilə , İranla soyuq münasibətləri bəllidir. Rusiya ilə İranın Ermənistana göstərdikləri dəstək illərdən bəridir ki, davam edir. Çinin dünya iqtisadiyyatında, xarici bazarlarda güclənən mövqeyi, dördüncü sənaye inqilabında artan rolu rəsmi Pekin-Vaşinqton münasibətlərini daha da gərginləşdirir. Bu fonda diqqət çəkən məsələ regional təsir imkanları artan Türkiyəni proseslərdən kənarlaşdırmaqdır. Amma Türkiyə-Azərbaycan qardaşlığı çirkin siyasətlərin qarşısında sipərdir. Hər iki ölkənin təşəbbüsü ilə reallaşan qlobal enerji, nəqliyyat layihələrinə artan maraq bu birliyi daha da möhkəmləndirir.

 

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti ilə gerçəkləşən, neftqaz kəmərlərinin, daha sərfəli yükdaşımalarını təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Türkiyə-Azərbaycan birliyinin məntiqi nəticəsidir. 44 gün davam edən İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycana daim dəstək göstərən Türkiyənin xalqımızla birliyi artıq təsdiq olunmuş həqiqətdir. Ərazilərini Ermənistanın işğalından azad edən Azərbaycanın tarixi torpaqları olan Zəngəzur dəhlizinin bərpası ilə bağlı məsələdə ölkəmizi dəstəkləyən Türkiyənin israrlı olması da, bu birliyə qısqanclıqla yanaşan dövlətləri narahat edir. Eyni zamanda türk dünyası ölkələrini birləşdirəcək Zəngəzur dəhlizinin bərpasına hər vasitə ilə mane olmağa çalışan qüvvələr guya, Ermənistanı dəstəklədikləri görüntüsü yaratsalar da, əslində bölgədə möhkəmlənməyə çalışırlar. ABŞ regionda kommunikasiyaların bərpası prosesindən kənarda qalmaq istəmir, xüsusilə Cənubi Qafqazı «Bir kəmər, bir yol» qlobal layihəsinin təşəbbüskarı olan Çinlə mübarizə müstəvilərindən birinə çevirməyə hazırlaşan Vaşinqtonun Zəngəzur dəhlizini öz təsirinə almaq Mərkəzi Asiyaya çıxış marşrutu olaraq istifadə etmək planı açıq-aşkar bilinir. « Erməni soyqırımı»” məsələsinin əsas hədəflərindən biri budur.

 

ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi, müzakirə edilən məsələlər bir neçə kontekstdə diqqət çəkir

Baydenin «soyqırımı» deməsindən sonra Türkiyəyə qardaş ölkə olan Bakıya edilən zəng ermənilər üçün «soyuq düş» təsiri yaradır. Çünki Bakı ilə Ankaranın bütün məsələlərdə dəyişilməz mövqeləri tarixin sınağından çıxmış reallıqdır. 28 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir görməyən Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı müzakirələrə isə Prezident İlham Əliyevin «Səmərəlilik, nəticəlilik baxımından, əlbəttə Minsk qrupu özünü doğrultmadı» sözləri layiqli cavabdır. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan daha 30 il gözləyə bilməz. Baydenin saxta «erməni soyqırımı»na isə qəti etirazını türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Prezident İlham Əliyev həmişə Türkiyənin yanında olacağını da diqqətə çatdırıb. Blinkenin «soyqırımı» məsələsindən sonra Prezident İlham Əliyevə zəng etməsi «ermənilərə hədiyyə» olsa da, ABŞ-ın enerji təhlükəsizliyindən tutmuş regional təhlükəsizliyə qədər bir çox məsələdə Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olması deməkdir. Prezident İlham Əliyevin «soyqırımı» ifadəsindən narahatlığını birbaşa Baydenin baş diplomatına bildirməsi Türkiyənin yanında olduğunu diqqətə çatdırması Azərbaycan xalqının istəyinin ifadəsidir: Bakı Ankaranın yanındadır ABŞ regionda öncə Türkiyə ilə razılaşmalıdır. Entoni Blinken Prezident İlham Əliyevə bu il «Azadlığa Dəstək Aktı”»na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirməsi siyasi manevrdir. Xatırladaq ki, 907-ci düzəlişin özü Azərbaycana qarşı ikili standartlardan qaynaqlanan ədalətsizlikdir. Bu düzəlişin ümumiyyətlə, ləğv edilməsi daha ədalətli olardı.

 

ABŞ Dövlət Departamentinin açıqlaması da maraqlıdır. Açıqlamada xüsusi qeyd edilir ki, Baydenin «soyqırım”» ifadəsinin Türkiyə Cümhuriyyətinə aidiyyatı yoxdur. Oxşar açıqlama Pentaqondan da yayınlanıb. Ayrıca, Entoni Blinkenə Amerika prezidentinin «erməni soyqırımı»” ilə bağlı bəyanatının Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılandığı çatdırılıb. Prezident İlham Əliyev bildirmişdir ki, Türkiyə Azərbaycanın yaxın dostu müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli müsbət rol oynayır. Bu sözlər o deməkdir ki, Türkiyə əleyhinə atılan istənilən addım Azərbaycanı narahat edir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2021.- 30 aprel.- S.13.