Ekoloji terror, yoxsa təbii fəlakət?

 

 

Rövşən Abbasov: Əgər bu təbii amillər nəticəsində baş versəydi Türkiyəyə yaxın başqa ölkələrdə belə miqyasda yanğınlar olardı

 

İdeoloji motivli siyasi mübarizə taktikalarından biri terrorizmdir. Terrorun törədilməsində əsas məqsəd  insanları qorxutmaqdır. Terroru törədənlər fərdi şəxslər ola bilər, qeyri-hökumət təşkilatları da...

 

Törədilən zorakılığın məqsədi terrorçular üçün arzu olunan hadisələrin inkişafına nail olmaqdır. Nədir o “inkişaf”? Məsələn, inqilab, cəmiyyətdə qorxu, sabitliyinin pozulması, xarici dövlətlə müharibənin başlanması, müəyyən bir ərazinin müstəqilliyini qazanması, hakimiyyətin nüfuzunun aşağı düşməsi, iqtisadiyyata zərbə vurmaq s. i.a

 

Terrorizmin təyin edilməsi ilk baxışda çətin kimi görünür. Çünki terror “fəaliyyətininformaları, üsulları zaman keçdikcə köklü dəyişikliyə məruz qalır. 1970-1980-cı illərdə terror terrorizm arasında terminoloji fərq yarandı. Ümumilikdə, terrorizm dedikdə, dövlətə qarşı olan qüvvələr təşkilatlar tərəfindən həyata keçirilən qanunsuz zorakılıq başa düşülür. Terror zorakılığa güvənir bütün potensial rəqiblərinə müqavimət göstərərək məqsədlərinə çatmağa çalışır.

 

Terrorun üsul formalarının arsenalı daim genişlənir

 

Terrorizmə qarşı mübarizə dövrümüzün ən aktual geniş müzakirə olunan qlobal problemlərindən biridir. Beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı yüzlərlə beynəlxalq akt qəbul edilib. Təəssüflə qeyd etməliyik ki, hazırda terrorizm ən təhlükəli cinayət hadisələrindən biri olaraq qalmaqdadır. Hər il dünyanın müxtəlif ölkələrində baş verən terror hücumlarından günahsız insanlar həyatlarını itirir. Yaşanan hadisələrə baxmayaraq terrorizm günü-gündən inkişaf edir onun yeni növləri meydana gəlir. Məsələn, ekoloji terrorizm (ekoterrorizm). Terrorizmin bu növü ətraf mühitə zərər, ziyan vurmaq yolu ilə törədilən terrorizmdir. Müasir dövrdə ekoterrorizm, ümumilikdə dünya, o cümlədən Azərbaycan üçün çox ciddi təhlükə yaradır. Mütəxəssislərin fikrincə, ekoloji terrorizmin spesifikliyi hələ açıq şəkildə yetərincə araşdırılmayıb.

 

İnsanlar üçün potensial təhlükə baxımından ekoloji terrorizm digər növlərinə nisbətən daha təhlükəlidir. Çünki terrorizmin bu növündə yolverilməz addımlar gələcəkdə insanları, ətraf mühiti çıxılmaz vəziyyətə salır. Yəni, bəzi təhlükələr planetar xarakter daşıyır bərpa edilməsi mümkünsüz nəticələrə səbəb olur ki, bəhs etdiyimiz ekoloji terrorizm məhz belə təhlükələrdəndir.

 

Yeri gəlmişkən, artıq 6 gündür ki, yanğınla mübarizə aparan qardaş Türkiyə dövlətinin ekologiyasına, təbiətinə ciddi ziyan dəyib. Nəzərə alaq ki, qardaş ölkənin əsas gəlir mənbələrindən olan turizm sektoruna bu mövsüm kifayət qədər ziyan dəydi. Təbiəti qədər əsrarəngiz, göz oxşayan olsa da hər insan səfər edəcəyi ölkədə hər şeydən əvvəl təhlükəsizliyini düşünür. Yəni, bu gün yanğın təhlükəsi olduğuna görə təlaş içərisində oteldən evakuasiya olunan turistlər öz ölkəsinə heç yaxşı təəssüratla qayıtmayacaq. Bundan başqa, evlərini, mal-qaralarını itirən insanlar rəsmi qurumlar arasında günahkar axtaracaqlar. Əhaliyə dəymiş ziyanın ödənməsi üçün dövlət əlavə vəsait xərcləyəcək s.

 

Həqiqətənmi, eyni vaxtda 100-dən artıq meşəlik ərazi alışıb yana bilər?” Son günlər hamını düşündürən digər sual isə budur. Sosial şəbəkələrdə artıq yol kənarında quraşdırılmış kameraların qeydə aldığı görüntülər var ki, orada naməlum şəxslərin şübhəli əməlləri izlənilir. Hətta meşələrin yandırılmasına görə saxlanılanların da olduğu bildirilir.

 

Qeyd etdiyimiz kimi, iyulun 28-dən etibarən artıq bir neçə gündür ki, qardaş Türkiyədə bir-birindən tamamilə əlaqəsiz bölgələrdə (turizm cəhətdən tanınan ərazilər) müxtəlif miqyaslı yanğınlar baş verir. Bu yanğınlar  əvvəlcə Antalyada başlasa da, daha sonra digər əyalətləri cənginə alıb.  Sadalanan səbəblərə görə, meşə yanğınlarını həmin ərazilərdə qəsdən törədilməsi ehtimalları yüksəkdir.

 

Xəzər Universitetinin Coğrafiya ətraf mühit kafedrasının müdiri Rövşən Abbasov mövzu ilə bağlıİki sahil”ə açıqlamasında bildirdi ki, meşə yanğınlarının təbii halda baş verməsi çox tez-tez rast gəlinən hadisə deyil: “Belə yanğınlar çoxsaylı amillərin təsiri nəticəsində formalaşır əksər hallarda bu kimi hadisələr çox nadir olur. Statistika göstərir ki, son 50 ildə baş verən əksər meşə yanğınları turistlərin, ərazidə olan vətəndaşların səhlənkarlığı nəticəsində baş verir. Bəhs edilən ərazilərdə ya ocaq qalanıb söndürülməyib, ya siqaretdən alov düşüb ya başqa hansısa insan mənşəli fəaliyyət baş verib ki, bu meşələr yanır. İndi nəyi müşahidə edirik? Türkiyənin müxtəlif yerlərində eyni vaxtda bir-birindən uzaq məsafələrdə bu cür kütləvi yanğın hadisələrinin baş verməsi əlbəttə, bir qədər şübhəlidir. Mən deyə bilmərəm ki, bunun hamısı təbii amillər nəticəsində baş verir. Əgər bu təbii amillər nəticəsində baş versəydi Türkiyəyə yaxın başqa ölkələrdə belə miqyasda yanğınlar olardı. Məsələn, meşə yanğınları əsasən çox güclü istilər nəticəsində baş verir. Biz bilirik ki, bu istilər təkcə Türkiyənin bəlli bir bölgəsində yox, digər başqa əyalətlərdə baş verir. Yəni Azərbaycanda, Yunanistanda, Ermənistanda da digər ölkələrdə belə istilər müşahidə olunub. Əlbəttə, tam qətiyyətlə demək olmasa da, amma belə bir qənaətə gəlmək olar ki, buradainsan əli” var. Görünür, Türkiyədə baş verən çoxsaylı yanğınlar qəsdən törədilib”.

 

Bizim dünya vahiddir, qlobaldır

 

Bir neçə gün öncə öz telegram kanalında Ermənistan parlamentinin deputatı Arman Abovyan qardaş Türkiyədə on min hektarlarla meşələrin yanmasına, məhv olmasına sevinərək yazı paylaşıb. Ermənilərin sözügedən deputatının ağıldankəm, savadsız fikirlərini görəndə insan bu planeti belə vicdansızcanlılarlapaylaşmaq məcburiyyətində qaldığı üçün təəssüf hissi keçirir. Türkiyəni sevməyən insanlar ölkənin başına gələn belə hadisələrə sevinirlər. Amma bir şeyi unudurlar ki, heç kim, heş nədən sığortalanmayıb.

 

Ekoloq R. Abbasov xatırlatdı ki, bəzi ölkələrdə insanlar bu hadisələrin baş verməsinə sevinirlər: “ Əlbəttə belə bir hadisəyə sevinmək yalnız insanlıqdan uzaq olan adamların işi ola bilər. Məsuliyyətsiz, savadsız... Çünki harada baş verməsindən asılı olmayaraq dəyən ziyan ilk növbədə təbiətə dəyir. Burada vəhşi təbiətin ünsürləri ziyan görür, heyvanlar tələf olur. Biz bilirik ki, bu cür yanğınlar dünyanın hansı nöqtəsində baş verirsə versin hər hansı təhlükəli hadisə bütün dünya üçün təhdid hesab olunmalıdır. Əgər Türkiyədə bu cür yanğınlar baş verirsə, yanğınlar başqa ölkələrə keçəcək. Hətta keçməsə belə digər ölkələrin ekologiyasına mənfi təsir edəcək. Tutaq ki, Kür Araz çayları Türkiyə ərazisindən başlayır. Əgər o çayların hövzələrində meşələr yanarsa, bunun Ermənistana, Azərbaycana, İrana, Gürcüstana da ziyanı var. Bu yanğınların bütün dünyaya, hətta Xəzəryanı ölkələrə dolayı yolla ziyanı ola bilər. Yəni bizim dünya vahiddir, qlobaldır. Hamı onun qorunmasında maraqlı olmalıdır”. 

 

Meteoroloq Cavidan Əliyev isə hesab edir ki, baş verən meşə yanğınlarında təbiət amilinin ön plana keçmə ehtimalı çox yüksəkdir: “ Çünki meşə yanğınları, təkcə Türkiyədə yox, İtaliyada İspaniyada da qeydə alınmağa başlayıb”. Mövzu ilə bağlıİki sahil”ə danışan C.Əliyev qeyd etdi ki, burada qlobal istiləşmənin rolu var. Qlobal istiləşmə deyəndə, bir yerdə çox isti çox quraq, meşə yanğınları, digər yerdə isə fəlakətli yağıntılar olur. Bəli, daşqınlar baş verir, amma bu da qlobal istiləşmənin nəticəsidir. Digər yerdə böyük quraqlıqlar olur. İndi dünyada rekord həddə istilər qeydə alınmağa başlayıb. Artıq biz bunu neçə ildir ki, müşahidə edirik. Bu rekord göstəricilər ildən ilə artır. İqlim xəritələri dəyişir. Hər dəfə yeni mütləq maksimumla rastlaşırıq. Ona görə bu hadisənin təbiətlə bağlı olma ehtimalı çox yüksəkdir”.

 

Günel Eyyubova

 

 

İki sahil.- 2021.- 3 avqust.- S.9.