İşğalçı Ermənistana müstəmləkəçi Fransa dəstəyi

 

 

«Ermənilər sonsuz faciələrlə üzləşirlər. Bütün həmrəylik dost hissimlə sizə deyirəm ki, Fransa həmişə sizin yanınızda olacaq» sözləri ilə əqidə, qan qardaşı saydığı ermənilərə canıyanarlıq edən Fransanın prezidenti Emmanuel Makron  Ermənistana yardım ayrılması barədə qərar verib. Burada təəccüblü heç yoxdur.  Yəni, nəticə elə ataların söylədikləri kimidir: «Atı atın yanına bağlasan həmrəng olmasa da, həm xasiyyət olur  Əsrlərdən bəri günahsız insanların ölümünə bais olan müstəmləkəçi fransızlarla işğalçı ermənilərin  insanlara nifrəti hər iki millətin genlərindən qaynaqlanan xarakterləridir. Bu günlərdə  qardaş Türkiyədə baş verən meşə yanğınlarını toy- bayram kimi qeyd edən bir erməni axçiyinin  «Kaş ki, yanğınlar 44 gün sürərdi» sözləri 44 gün  davam edən İkinci Qarabağ müharibəsində məğlub olan xalqın eqoizminin, başqalarına nifrətin, yaxud məğlubiyyətdən irəli gələn hiddətin göstəricisidir.

 

Ermənilərlə fransızları birəşdirən oxşar cəhətlərin olmasını tarixi faktlar da təsdiqləyir.  Vaxtilə müstəmləkəsi olan Afrikanın yerli əhalisinə divan tutan, təbii sərvətlərini istismar edən, günahsız insanları qətlə yetirən fransızlar kimi, ermənilər   qonşularının ərazilərini mənimsəməkdə fransızlardan geridə qalmırlar. Fransızların Afrikada qaradərililərə, II Dünya müharibəsi dövründə nasist Almaniyası ilə əməkdaşlıq edən kollaboraniostlərin yəhudilərə qarşı törətdikləri cinayətləri tarixi faktlar da təsdiqləyir. XVI əsrdən bəri Afrikada öz ərazilərindən 20 dəfə böyük bir coğrafiyada talançılıq qətillər törədən Fransa ilə tarixən  azərbaycanlılara, türklərə nifrət bəsləyən Ermənistanı birləşdirən amillər eynidir.  Yerli əhalinin etirazlarından sonra  müstəqillik qazanan  ölkələrdə  guya yaranan münaqişələri aradan qaldırmaq üçün   «sülhməramlı missiyaadı ilə» qoşun saxlayan Fransa Cibutidə, Sahil regionunun Çad, Mali, Qabondan tutmuş Seneqala qədər uzanan ərazidə hərbi bazalarını  yerləşdirdi.  Azadlıq uğrunda gedən müharibələrdə 2 milyondan çox afrikalı  qətlə yetirildi. Fransızların Əlcəzairdə, Ruandada törətdikləri hərbi cinayətlər dəhşətləri ilə insanın qanını dondurır.

 

Eyni dəst-xətti   təkrar edən Ermənistan qəddarlığına görə  Fransadan heç geridə qalmır. 1988-ci ildə azərbaycanlıları ata yurdu Qərbi Azərbaycandan çıxarmağa başlayan ermənilər 57-si qadın, 23-ü uşaq olmaqla  217 soydaşımızı qətlə yetirmişlər. Qəddar  ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq edərək  dərəyə atmışlar.  Eyni vəhşiliyi  Quqarkda (Qarakilsə-Pəmbək mahalı) təkrar edən ermənlərin bu dəfəki qurbanlarının sayı  70 nəfər olmaqla 5-12 yaşlarındakı uşaqlar idi.  İnsanlığa  yaraşmayan bu cinayətin üstünün 1988-ci ilin dekabrında  Ermənistanda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər tərəfindən açılması isə eyni xislətli qatillərə taleyin ironiyası idi.

 

Ermənilərin 30 il işğal altında saxladıqları Azərbaycan ərazilərində  törətdikləri biri- birindən dəhşətli cinayətləri, terrorları sadalamaqla  bitməz. Dağlıq Qarabağ işğal edilməmişdən əvvəl,  erməni quldurları   1990-cı ildə, Yanvar hadisələrindən  iki gün əvvəl Naxçıvan Muxtar Respublikasının Kərki kəndində azyaşlı Malik Elvin  qardaşlarını həyətlərində  oynarkən  qətlə yetirən erməni terrorçuları həmin ilin martın 24-də Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun Bağanis Ayrım kənd sakinlərindən 10 nəfərini  vəhşicəsinə  öldürmüş,  15 nəfəri yaralamışlar. Həmin rayonun  Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli Məzəm kəndlərinin sakinləri erməni terrorçularının qurbanı olmuşlar. «Qarabağterror təşkilatı»ı qaniçənlərinin Xocavənd rayonunun Qaradağlı kəndində , Vərəndəli fermasında öldürdükləri, diri-diri yandırdıqları, əsir götürdükləri  insanlar da  günahsız qurbanlardır. Kəlbəcərin  Ağdaban, Başlıbel kəndlərində ermənilər tərəfindən  törədilən faciələr  ən ağır cinayətlərdəndir. Nəinki böyüklərə  uşaqlara qarşı amansız olan erməni cəlladlarının uşaq qatili adlandırılması təsadüfi deyil. 1989-cu ildə Xankəndi yaxınlığındakı  Kərkicahan qəsəbəsində 9 yaşlı Nicat 11 yaşlı Nadir İbrahimov ermənilər tərəfindən güllələnmişlər. Müharibənin ilk illərində Kəlbəcərdə 8 uşaq - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) Azər Orucov (7 yaş) vəhşicəsinə qətlə yetirilmişlər. Ermənistan ordusu tərəfindən  Ağdamda 9 yaşlı Fariz Bədəlov, Tovuzda isə 13 yaşlı Aygün Şahmalıyeva, Füzuli rayonunun Alxanlı kəndinin 2 yaşlı  Zəhra Quliyeva  nənəsi erməni vəhşiliyinin qurbanı olmuşlar.

 

Ötən ilin sentyabr ayının  27-də  səbhə xəttində  təxribat törədən ermənilər vandallıqlarını bir daha göstərdilər. Həmin tarixdən başlanan İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran, qalib kimi Ermənistana kapitulyasiya aktını imzaladan Azərbaycana qarşı kinini davam etdirən erməni silahlılarının döyüş bölgəsindən çox uzaqda yerləşən Gəncəyə, Tərtərə,  Qəbələyə, Bərdəyə atdıqları  raketlər nəticəsində  xeyli insan həlak oldu, yaralandı.

 

Ermənistan işğal altında saxladığı ərazilərdə basdırdıqları  minaların partlaması nəticəsində həlak olan azərbaycanlılar da günahsız qurbanlardır.  Damarında erməni qanı daşıyan bir daşnak törəməsinin 44 günlük  Vətən müharibəsindəki məğlubiyyətlərinin acısını qardaş Türkiyədə  davam edən yanğınlara sevinməklə çıxarmaq cəhdi köpəyin aya baxıb hürməsinə bənzəyir. Ermənilərə böyük zərbə olan 44 günlük müharibədə  Zəfər qazanan Türkiyə-Azərbaycan qardaşlığı dost ölkədə baş verən yanğınları da  birgə döyünən ürəklərinin hərarəti ilə söndürəcəklər. Əvvəlki  meşələr bərpa olunacaq. Amma erməni terrorçularının törətdikləri vəhşiliklər, vandallıqlar bu xalqın alnına yazılmış  üz qarası kimi tarixdə 44 gün deyil, əsrlərlə qalacaq.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2021.- 6 avqust.- S.13