“ASAN xidmət”:
Dünyaya nümunə
olan model
Milyonlarla
insanın müraciət
etdiyi bu xidmət bürokratiyasız,
korrupsiyasız, rahat və mədəni şəkildə gözəl
xidmətlər həyata
keçirir
Azərbaycan innovativ texnologiyalardan istifadə imkanları ilə dünyada seçilən ölkələr
sırasındadır. Prezident İlham
Əliyevin rəhbərliyi
ilə ölkəmizdə
ən qabaqcıl texnologiyaların tətbiqi,
cəmiyyətdə informasiya
texnologiyalarının istifadəsinə
əlverişli şəraitin
yaradılması üçün
məqsədyönlü işlər
həyata keçirilir.
2012-ci ildən bu sahədə daha mühüm islahata imza atıldı.
Prezident yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradıldı.
Bu qurumun yaradılması
bürokratik əngəllərin
və mümkün korrupsiya hallarının aradan qaldırılmasında
inqilabi dəyişiklik
etdi və innovasiya sahəsində Azərbaycan brendi kimi dünyada tanındı.
Bu günlərdə Prezident
İlham Əliyevin 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin
açılışında iştirakı da məhz bu addımların uğurlu davamı kimi qiymətləndirilir. Prezident
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət başçısına
Bakıda 6-cı, ölkə
üzrə isə
21-ci olan bu “ASAN xidmət” mərkəzi barədə məlumat verdi. Bildirildi ki, 6 saylı
mərkəzdə müxtəlif
dövlət orqanları,
özəl şirkətlər
və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara
ümumilikdə 320-dən çox
xidmət göstərəcək.
Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək
işçiləri də
daxil olmaqla ümumilikdə 230 əməkdaş
və 85 könüllü
çalışacaq. Onların mütləq əksəriyyəti
şəhid ailələrinin
üzvləri və qazilərdən, Vətən
müharibəsinin iştirakçılarından
ibarətdir.
Onu da qeyd edək ki, hazırda fəaliyyət göstərən
20 “ASAN xidmət” mərkəzinin
5-i Bakıda, digərləri
isə bölgələrdədir.
Bakı,
Gəncə və Sumqayıtda növbəti,
Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa
olunur. Regionlarda 10 səyyar “ASAN xidmət”
avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara
xidmətlərin göstərilməsi
də davam etdirilir. Yeri gəlmişkən onu da qeyd edək ki, bu günədək
“ASAN xidmət”ə 7 milyon
465 mindən çox vətəndaşın 45 milyondan
artıq müraciəti
daxil olub. Bununla da keçirilən rəy sorğularına əsasən vətəndaşların
xidmətlərdən məmnunluq
əmsalı 99,5 faiz təşkil edir.
Yeri gəlmişkən
onu da qeyd edək ki, Prezident
İlham Əliyevin ötən ilin dekabrında imzaladığı
Fərmanla yaradılan
“YAŞAT” Fondunun dəstəyi
ilə Vətən müharibəsi qazilərinin
sağlamlıqlarının bərpa olunması istiqamətində də çox mühüm işlər görülür. Şəhid
ailələri üzvlərinin
və yaralıların
1152 müraciəti üzrə
3,8 milyon manat kreditləri
“YAŞAT” Fondu tərəfindən
ödənilib. 5667 müraciət
üzrə şəhid
ailəsi üzvlərinin
və yaralı hərbçinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
üçün 22,6 milyon
manat, bu qəbildən olan 2357 şəxsin tibb və xaricdə təhsil haqlarının ödənilməsi üçün
isə 5.6 milyon vəsait ayrılıb. 120 ağır yaralı
müalicə üçün
Türkiyəyə göndərilib.
Onların 64 nəfəri tam sağalıb, 56 nəfər
isə hazırda müalicədədir. Bundan
başqa, “Onlar bizə əmanət” layihəsi çərçivəsində
Vətən müharibəsindən
sonra dünyaya gələn 100 şəhid
övladına 1000 manat
məbləğində maddi
yardım olunub, onların adına 5000 manat məbləğində
depozit hesab açılıb.
Beləliklə, Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” qısa müddətdə uğur
qazanıb və dünyaya nümunə olan modelə çevrilib. Prezident İlham Əliyevin
dövlət idarəçiliyinin
təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların
tərkib hissəsi olan “ASAN xidmət” dövlət və özəl xidmətlərin
vahid məkandan innovasiyaların tətbiqi
ilə vətəndaşlara
çatdırılması sahəsində uğurlara
səbəb olub.
Milyonlarla insanın müraciət
etdiyi bu xidmət bürokratiyasız,
korrupsiyasız, rahat və mədəni şəkildə gözəl
xidmətlər həyata
keçirir.
Mənsumə Babayeva
İki sahil.- 2021.- 5 avqust.- S.10.