İşğaldan azad edilmiş ərazilərimiz nəhəng
tikinti meydanına çevrilib
Azərbaycan
xalqı öz tarixinin ən yaddaqalan və şanlı
dönəmlərindən birini yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz
30 il ərzində dünyanın ən qüdrətli dövlətlərinin
və nüfuzlu beynəlxalq təşkilatlarının
nizamlamaya bilmədiyi Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsini 44 gün
ərzində kimsənin köməyi olmadan həll etdi.
Bu gün işğaldan
azad edilmiş ərazilərimizdə genişmiqyaslı
işlər görülür.
Ölkə başçısı
bildirir ki, tezliklə bütün infrastrukturlar qurulub düşmənə gözdağı
veriləcək: “İlin
sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağda, həm Şərqi Zəngəzurda
bütün elektrik təsərrüfatını
quracağıq, yeni xətlər, ötürücü
xətlər, transformatorlar,
yarımstansiyalar, elektrik
stansiyaları tikiləcək.
Ermənilər tərəfindən
dağıdılmış 12 su elektrik stansiyası
bərpa ediləcək
və bundan sonra yaşıl enerji layihəsi icra ediləcək”.
Prezident İlham Əliyevin
4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı
məskunlaşma üçün
müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə
quruculuq-bərpa və
abadlıq işlərinin
aparılması, habelə
təhlükəsiz yaşayışın,
səmərəli
fəaliyyətin və
rifahın davamlı artmasının dəstəklənməsi
məqsədilə “Qarabağ
Dirçəliş Fondu”
yaradılıb. Bu fond Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinin
bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi
istiqamətində həyata
keçirilən tədbirlərə
maliyyə dəstəyi
göstərilməsini və
sərmayələrin cəlb
edilməsini, bu sahədə dövlət-özəl
tərəfdaşlığının inkişafını təmin
edən, eləcə də ölkə daxilində, habelə ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. Bundan başqa, dövlətimizin
başçısının işğaldan azad edilmiş ərazilərin
dirçəlişi istiqamətində
quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi,
bu hədəfə nail olunmasında dövlət orqanlarının
və digər təşkilatların əlaqələndirilmiş
fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə
çevikliyin və səmərəliliyin artırılması
məqsədilə “İşğaldan
azad edilmiş ərazilərdə Azərbaycan
Respublikası Prezidentinin
xüsusi nümayəndələri
haqqında” Fərmanı
bu istiqamətdə atılan daha bir mühüm addım oldu.
Enerji sahəsindən
başqa ikinci vacib sahə yol infrastrukturudur. 8 ay ərzində bu istiqamətdə də böyük işlər görülüb.
Bərdə-Ağdam avtomobil
yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında
asfalt döşənməsi
başa çatacaq. Paralel olaraq Füzuli-Şuşa magistral
yolu, Horadiz-Ağbənd
yolu, Zəngilan-Qubadlı-Laçın
yolu çəkilir. Bu da çox
önəmli yoldur. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl
yolları - bütün
yollar üzrə qızğın iş gedir. Kəlbəcərə
rahat çatmaq üçün Göygöldən
Ömər aşırımı
üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, yalnız çığır
var idi. Qış aylarında isə heç vaxt ondan istifadə
etmək mümkün
deyildi. Hazırda Kəlbəcər, Laçın
rayonlarında hərbi
əhəmiyyətli yollar
çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Halbuki, əvvəllər həmin ərazidə, yəni sərhədə gedən istiqamətdə yol olmayıb. Strateji nöqteyi-nəzərdən
və sərhəddə
öz mövqelərimizi
möhkəmləndirmək üçün bu yolların çox böyük əhəmiyyəti
var.
İşğaldan azad edilən ərazilərimizdə üç
aeroport tikilir. Ağdamın Baş planı icra olunur. Füzulinin, Cəbrayılın
Baş planlarının
ilkin versiyası prezidentə təqdim edilib. İndi müfəssəl
plan üzərində iş
aparılır. Yaxın aylarda
Füzuli və Cəbrayıl şəhərlərinin
Baş Planı ictimaiyyətə təqdim
ediləcək. Zəngilan şəhərinin
Baş Planının
hazırlanması prosesinə
də başlanılıb.
Bununla bağlı bir neçə xarici şirkət öz təkliflərini verib.
İndi seçim aparılır. Qubadlı, Laçın
və Kəlbəcər
də yenidən qurulacaq. Ölkəmizin
başçısı daim
vurğulayır ki, Azərbaycan bütün bu işləri heç bir yerdən yardım almadan öz hesabına həyata keçirir: “Heç bir yerdən bir manat yardım
almamışıq. Bəli, xarici
şirkətləri biz dəvət
etmişik, amma podratçı kimi.
Bütün vəsait dövlət
büdcəsindən gedir.
Dövlət büdcəsi üçün
bu, böyük yükdür. Təbiidir, amma
biz bunu edirik, edəcəyik. Dediyim kimi,
Qarabağı və Şərqi Zəngəzuru
cənnətə çevirəcəyik”.
Zahid Rza
İki sahil.- 2021.- 5
avqust.- S.10.